Icma.az
close
up
RU
Könüllü söz əsgəri

Könüllü söz əsgəri

Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.

 Yox,

mən günəmuzd yaşamadım,

yoox,

günləri

sadəcə vermədim yola,

boşuna xərcləmədim,

tozlamadım sağa-sola…

İki “kafi”,

iki “yaxşı”,

bax,

ardınca da

Vaxt müəllimin

tale “kitabça”ma yazdığı

iki saz “əla”…

  Xeyli öncə, əlli beş yaşımın tamamında qələmə gətirmişəm bu misraları. Ömrün mərhələlərini rəmzi olaraq mənalandırmağa çalışmışam. Mənəvi borc bilib, poetik dildə bəlli bir həqiqəti milyonuncu – milyardıncı dəfə yada salmışam… İki “kafi”də, yəni otuz üçdə zaman baxımından bədxərc, iki “yaxşı”da – qırx dörddə ondan qismən qənaətcil olursan. İki “əla”dan üzü bəri isə artıq darmacalsan, seytnotdasan. Elə illər aşırımındasan ki, istər-istəməz tez-tez dönüb yaşantılarına boylanırsan, həyatının məzmunu barədə özün-özünə suallar yağdırırsan…

Sadiq dostumuz Akif Ağayev də yəqin indi belə bir ovqatdadır. Ötən çağları ilə haqq-hesab çəkir. İnsan kimi! Vətəndaş, övlad, valideyn kimi!..    

 

Yaxşı tanıdığın insan haqqında yazmaq həm çox asandır, həm də çox çətin. Asandır, ona görə ki mövzu üzərində işləyərkən, sözə gəzinmirsən, fikrini cilalamağa, pardaqlamağa qələmini zorlamırsan, sağa-sola gərmirsən, əlavə bəzək-düzək aramırsan. Kəlmələr öz axarı ilə, rahatlıqla kağıza oturuşur. Çətindir, ona görə ki yazının sönük, yaxud həddən ziyadə parıltılı, gurultulu alınacağından – birinci halda, qəhrəmanının xətrinə dəyəcəyindən, ikincidə niyyətinin tərifə-mədhə yozulacağından ehtiyat edirsən. “Yeni həyat” ictimai-siyasi qəzetinin baş ədəbi işçisi, “AZpresTIMES.info”, “AzPress.az” və “QHT.az” saytlarının bölgə müxbiri, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü, jurnalist-publisist Akif Ağayev məhz belə yaxşı tanıdıqlarımdandır.

O, 1970-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində dünyaya göz açıb. Sayılıb-seçilən, ehtiram göstərilən bir nüfuzlu şəcərədəndir. Babası İzzət kişi vaxtilə müxtəlif məsul vəzifələrdə çalışıb, ədalətli, sözübütöv, xeyirxah, təəssübkeş insan olub. Atası Vaqif 37 yaşında dünyasını dəyişsə də, bu qısa ömürdə el arasında böyük xətir-hörmət qazanmışdı. Əmisi Nadir Ağayev idmançı, idman mütəxəssisi kimi nəinki bölgədə, bütöv Azərbaycanda, keçmiş SSRİ miqyasında məşhur idi.

Akif jurnalistlika aləminə əslində çox erkən, 14 yaşında gəlib. Mütəmadi olaraq yerli qəzetdə – “Çağırış”da kiçik məqalələrlə çıxış edib. Azərbaycan Texniki Universitetində oxuyarkən də, daha sonralar da bir an belə yazmağından qalmayıb. Taleyin çağırışından, necə deyərlər, alın yazısından qaçmayıb. Nəhayət, baş redaktorluğa təzəcə keçən, onun imzasını yetərincə yaxşı tanıyan Əyyar Tahirovun dəvəti ilə 2014-cü ildə “Yeni həyat” (“Çağırış”) qəzetində baş ədəbi işçi kimi rəsmi fəaliyyətə başlayıb. Bir çox istedadlı jurnalistin maddiyyəti düşünüb, bu sahədən uzaqlaşdığını görə-görə, özü üçün də heç bir möcüzənin baş verməyəcəyini bilə-bilə, arzusunun, sevgisinin işığına belə bir çətin yolu seçib. Könüllü söz əsgəri kimi! Və budur, həvəslə peşəsini davam etdirir. Halallığından dönmədən, şükranlığından enmədən çox sadə bir ömür yaşayır. Ən xoş, sevimli anları barədə soruşulanda, məktəbli dövründə poçta doğru pərvazlanıb, qəzetdən göndərilən qonorarı alaraq, sinif yoldaşları ilə birgə xərclədiyi çağları, ilk maaşını qol çəkib götürdüyü məqamı yada salır. Həyatının doğruluğuna inananda, günəmuzd düşüncələri yaxına buraxmayanda belə olur. Nəfsinə qalib gəlirsən, çünki bilirsən, dünya çadırların sökülən yeridir, qalsa əməl qalacaq. Yaxşı əməl – qurulanlar, tikilənlər, söhbət qələm sahibindən gedirsə, yazılanlar qalacaq…

Akif Ağayev bu illər ərzində irili-xırdalı yüzlərlə məqalə, reportaj, oçerk, esse yazıb. Onun qələm işini bir nəhrə-dənizə bənzətsək, qoynundakı qayıqlar arasında iki gəmi də görünəcək. Cəmiyyətimiz üçün çox faydalı, heç vaxt gündəmdən düşməyəcək iki iri həcmli əsərini nəzərdə tuturam.

2014-ci ildə nəşr olunan, məşhur güləşçi, yunan-Roma güləşi üzrə SSRİ idman ustası, Azərbaycanın Əməkdar məşqçisi, respublika dərəcəli hakim Nadir Yaqub oğlu Ağayevə həsr etdiyi “Pəhləvanın salnaməsi” kitabı əzəmətli adını tam ödəyir. Nadir müəllimin fəaliyyəti mükəmməl işıqlandırılıb. Yaşadığı məkan və doğmaları barədə geniş məlumat verilib. Müəllifin çıxdığı haşıyələr söylənilən xatirələrlə növbələşdikcə məzmun dolğunlaşıb, rəngarənglik artıb. Görkəmli idman mütəxəssislərinin, həmkarlarının xatirələri, yetirmələrinin imzası mövzuya zənginlik gətirib. Güləşin bu növünün tarixi xronikası, maraqlı əhvalatlar, konkret faktlar… Əsl salnamədir!

Akif Ağayev ssenari janrında da özünü sınayıb. “Pəhləvanın salnaməsi” əsəri əsasında çəkilən film tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Bir neçə il əvvəl ustadlarımızdan biri – Rəsul Rzayev rəhmətə gedəndə, bərk sarsılmışdım. Təkcə ona görə yox ki, əziz bir adamımı itirmişdim. Həm də bölgədə publisistika janrının çökəcəyini fikirləşirdim. Xüsusən İkinci Qarabağ müharibəsindən, böyük qələbəmizdən sonra o səriştəli qələm sahibinin yeri daha çox görünməyə başlamışdı.  Amma Nurəddin Ədiloğlu və Akif Ağayevin şəhidlər haqqında əsərləri işıq üzü görüncə ürəyim yerinə gəldi.

“Fitrətimizdədir vətənpərvərlik” kitabında xalqımızın bir qərinəlik ağrılı-acılı, Zəfər sevincli günlərindən bəhs olunur. 20 Yanvar müsibəti, Xocalı faciəsi, Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri, 44 günlük Vətən savaşı və lokal antiterror əməliyyatı zamanı şəhid olmuş oğullardan, onların həsrətini çəkən, qəhrəmanlığından qürur duyan valideynlərdən, yurd-yuvalarından didərgin düşmüş qaçqınların taleyindən söhbət açılır. Akif Ağayev bu kitabı yazmaqla, illər boyu  mətbuatda çap etdirdiyi məqalələri, müsahibələri toplayıb, gənclərimizə, yeniyetmələrimizə çox qiymətli bir töhfə verib.

İki şəhid anası Ziba Əsgərova haqqında qələmə aldığı yazını kövrəlmədən oxumaq mümkün deyil. Sanki müəllifin öz taleyi hopub hər sətirə. Sanki atası erkən vəfat edəndən sonra anasının onları böyütmək üçün çəkdiyi əziyyətləri xatırlaya-xatırlaya yazıb məqaləni… “Cəsur komandir: Qorxu ölüm deməkdir” – yazısı lokal xarakterli antiterror əməliyyatı şəhidi baş leytenant Şəmistan Yusifliyə həsr edilib. Bu əziz şagirdimin mafası darvazadan həyətlərinə girəndə anasızlığı bizdə ikiqat kədər yaratmışdı. Ovqatımız anasının ölümünü ömrünün ən kədərli hadisəsi sanan Akifin misraları ilə səsləşirdi:

Gecələr sübhə kimi, ya günüzü axşamacan,

Çəkilərmi göz önündən o mələk görkəm – ana?!.

 

Xeyli poeziya nümunələri müəllifi olsa da, Akif Ağayev özünü peşəkar şair hesab etmir. Amma yazılarında onlardan yerli-yerində istifadə etməyi bacarır. Məsələn, “Pəhləvanın salnaməsi” kitabında güləşçi əxlaqını belə nəzmə çəkib:

 

Fəndə düşən zaman “körpü” ilə çıx,

Ya işlət “əksi”ni, rəqibini yıx,

Təmiz qələbə çal, kürəyini sıx,

Əlini boşaldıb, boynundan çəkmə,

Bir göz qırpımında fəndə düşərsən…

 

Yaxud “Fitərtimizdədir vətənpərvərlik” kitabında şəhid qəhrəmanını ruhən poetik dildə danışdırır:

Yer-göy oda bürünsə də,

Ürəyimiz göynəsə də,

Analar qara geysə də,

Yumruq olmağı bacardıq,

Zəfər çalmağı bacardıq…

 

Akif Ağayevin qələm məhsullarına vətənpərvərlik hakimdir. Bütün yaradıcılığı boyu bu hiss bariz şəkildə duyulur. Təsadüfi deyil ki, doğulub boya-başa çatdığı Ərkivan qəsəbəsi haqqında klipə də həmin ruhda qələmə aldığı mənsur şeiri proloq seçib:

“Ülvi, müqəddəs Vətənə məhəbbət doğulduğun doğma yurddan, varlığına qaynayıb qarışdığın el-obadan başlar…”

 

Akif Ağayev “Pəhləvanın salnaməsi” kitabına yazdığı ön sözə K.Helvetsin bu sözlərini epiqraf seçib: “…İnsan müxtəlif rəssamların seyr etməsi üçün sərgiyə qoyulmuş bir modeldir. Hərə onun bir neçə cəhətinə baxır, lakin hələ heç kəs onu bütünlükdə əhatə edə bilməmişdir…” Zənnimcə, bu təsadüf deyil, Akif öz yaradıcılıq fəaliyyətini məhz belə bir sistem əsasında qurub. Qəzetdə vəzifəsini ləyaqətlə yerinə yetirməklə paralel, müntəzəm olaraq, xüsusən iki istiqamətdə, idmanla qəhrəmanlıq mövzusunda məqalələr yazır. Deməli, “Pəhləvanın salnaməsi” və “Fitrətimizdədir vətənpərvərlik” kitablarının haçansa növbəti hissələri də olacaq. Və inşəallah, sonrakı yubileylərində dəyərli ziyalımız barədə daha geniş şəkildə danışılacaq…

 Arif FƏRZƏLİ,

şair-publisist.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azpost.info
archiveBu xəbər 03 Sentyabr 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see277

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see236

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see219

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see218

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see215

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see213

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see212

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see211

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see208

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see207

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see206

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see204

Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

26 Sentyabr 2026 14:14see203

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see203

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see200

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see198

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see195

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see195

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see190

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri