Icma.az
close
up
RU
Könüllü söz əsgəri

Könüllü söz əsgəri

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Yaxşı tanıdığın insan haqqında yazmaq həm çox asandır, həm də çox çətin. Asandır, ona görə ki mövzu üzərində işləyərkən, sözə gəzinmirsən, fikrini cilalamağa, pardaqlamağa qələmini zorlamırsan, sağa-sola gərmirsən, əlavə bəzək-düzək aramırsan. Dediklərin öz axarı ilə, rahatlıqla kağıza oturuşur. Çətindir, ona görə ki yazının sönük, yaxud həddindən ziyadə parıltılı düşəcəyindən, yəni birinci halda, qəhrəmanının xətrinə dəyəcəyindən, ikincidə niyyətinin tərif-mədhə yozulacağından ehtiyatlanırsan. “Yeni həyat” ictimai-siyasi qəzetinin baş ədəbi işçisi, “AZpresTİMES.az”, “AzPress.az” və “QHT.az” saytlarının bölgə müxbiri, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü, jurnalist-publisist Akif Ağayev məhz belə yaxşı tanıdıqlarımdandır.

O, 1970-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində dünyaya göz açıb. Sayılıb-seçilən, sayğı-ehtiram göstərilən bir şəcərədəndir. Babası İzzət kişi vaxtilə müxtəlif məsul vəzifələrdə çalışıb, ədalətli, sözübütöv, xeyirxah, təəssübkeş insan olub. Atası Vaqif 37 yaşında dünyasını dəyişsə də, bu qısa ömürdə el arasında böyük xətir-hörmət qazanmışdı. Əmisi Nadir Ağayev idmançı, idman mütəxəssisi kimi nəinki bölgədə, bütöv Azərbaycanda, keçmiş SSRİ miqyasında məşhur idi. 

Akif jurnalistliyə, əslində, çox erkən, 14 yaşında gəlib. Mütəmadi olaraq yerli qəzetdə, “Çağırış”da kiçik məqalələrlə çıxış edib. Azərbaycan Texniki Universitetində oxuyarkən də, sonralar da bir an belə yazmağından qalmayıb. Taleyin çağırışından, necə deyərlər, alın yazısından qaçmayıb. Nəhayət, baş redaktorluğa təzəcə keçən, amma artıq onun imzasını yetərincə yaxşı tanıyan Əyyar Tahirovun dəvəti ilə 2014-cü ildə “Yeni həyat” (“Çağırış”) qəzetində baş ədəbi işçi kimi rəsmi fəaliyyətə başlayıb. Bir çox istedadlı jurnalistin maddiyyəti düşünüb, bu sahədən uzaqlaşdığını görə-görə, onun üçün də heç bir möcüzənin baş verməyəcəyini bilə-bilə, arzusunun, sevgisinin işığına belə bir çətin yolu seçib. Könüllü söz əsgəri kimi! Və budur, həvəslə sevimli peşəsini davam etdirir. Halallığından dönmədən, şükranlığından enmədən çox sadə bir ömür yaşayır. Ən xoş, sevimli anları barədə soruşulanda, məktəbli dövründə poçta doğru pərvazlanıb, qəzetdən göndərilən qonorarı alıb, sinif yoldaşları ilə birgə xərclədiyi çağları, ilk maaşını qol çəkib götürdüyü məqamı yada salır. Həyatının doğruluğuna inananda günəmuzd düşüncələri yaxına buraxmayanda insan belə olur. Nəfsinə qalib gəlirsən, çünki bilirsən, dünya çadırların sökülən yeridir, qalsa əməl qalacaq. Yaxşı əməl – qurulanlar, tikilənlər, söhbət qələm sahibindən gedirsə, yazılanlar qalacaq...
Akif Ağayev bu illər ərzində irili-xırdalı yüzlərlə məqalə, reportaj, oçerk, esse yazıb. Onun qələm işini bir nəhrə-dənizə bənzətsək, qoynundakı qayıqlar arasında iki gəmi də görünəcək. Cəmiyyətimiz üçün çox faydalı, heç vaxt gündəmdən düşməyəcək iki iri həcmli əsərini nəzərdə tuturam. 

2014-ci ildə nəşr olunan, məşhur güləşçi, yunan-Roma güləşi üzrə SSRİ idman ustası, Azərbaycanın Əməkdar məşqçisi, respublika dərəcəli hakim Nadir Yaqub oğlu Ağayevə həsr etdiyi “Pəhləvanın salnaməsi” kitabı əzəmətli adını tam ödəyir. Nadir müəllimin fəaliyyəti mükəmməl işıqlandırılıb. Yaşadığı məkan və doğmaları barədə geniş məlumat verilib. Müəllifin çıxdığı haşıyələr söylənilən xatirələrlə növbələşdikcə məzmun dolğunlaşıb, rəngarənglik artıb. Görkəmli idman mütəxəssislərinin, həmkarlarının xatirələri, yetirmələrinin imzası mövzuya zənginlik gətirib. Güləşin bu növünün tarixi xronikası, maraqlı əhvalatlar, konkret faktlar... Əsl salnamədir! 
Akif Ağayev ssenari janrında da özünü sınayıb. “Pəhləvanın salnaməsi” əsəri əsasında çəkilən film tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Bir neçə il əvvəl ustadlarımızdan biri – Rəsul Rzayev rəhmətə gedəndə, bərk sarsılmışdım. Təkcə ona görə yox ki, əziz bir adamımı itirmişdim. Həm də bölgədə publisistika janrının çökəcəyini fikirləşirdim. Xüsusən İkinci Qarabağ müharibəsindən, böyük qələbəmizdən sonra o səriştəli qələm sahibinin yeri daha çox görünməyə başlamışdı.  Amma Nurəddin Ədiloğlu və Akif Ağayevin şəhidlər haqqındakı əsərləri işıq üzü görüncə ürəyim yerinə gəldi.

“Fitrətimizdədir vətənpərvərlik” kitabında xalqımızın bir qərinəlik ağrılı-acılı, məğlubiyyətli-qələbəli günlərindən bəhs olunub. 20 Yanvar müsibəti, Xocalı faciəsi, Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri, 44 günlük Vətən savaşı və lokal antiterror əməliyyatı zamanı şəhid olmuş oğullardan, onların həsrətini çəkən, qəhrəmanlığından qürur duyan valideynlərdən, yurd-yuvalarından didərgin düşmüş qaçqınların taleyindən söhbət açılır. Akif Ağayev bu kitabı yazmaqla illər boyu yazıb, mətbuatda çap etdirdiyi məqalələri, müsahibələri toplayıb, gənclərimizə, yeniyetmələrimizə çox qiymətli bir töhfə verib.

İki şəhid anası Ziba Əsgərova haqqında qələmə aldığı yazını kövrəlmədən oxumaq mümkün deyil. Sanki müəllifin öz taleyi hopub hər sətirə. Sanki atası erkən vəfat edəndən sonra anasının onları böyütmək üçün çəkdiyi əziyyətləri xatırlaya-xatırlaya yazıb məqaləni... “Cəsur komandir: Qorxu ölüm deməkdir” – yazısı lokal xarakterli antiterror əməliyyatı şəhidi baş leytenant Şəmistan Yusifliyə həsr edilib. Bu əziz şagirdimin mafası kəndimizdə darvazadan həyətlərinə girəndə anasızlığı bizdə ikiqat kədər yaratmışdı. Anasının ölümünü ömrünün ən kədərli hadisəsi sanan Akifin misraları yadıma düşdü:

Gecələr sübhə kimi, ya günüzü axşamacan,
Çəkilərmi göz önündən o mələk görkəm – ana?!.

Xeyli poeziya nümunələri müəllifi olsa da, Akif Ağayev özünü peşəkar şair hesab etmir. Amma yazılarında onlardan yerli-yerində istifadə etməyi bacarır. Məsələn, “Pəhləvanın salnaməsi” kitabında güləşçi əxlaqını belə nəzmə çəkib:

Fəndə düşən zaman “körpü” ilə çıx,
Ya işlət “əksi”ni, rəqibini yıx,
Təmiz qələbə çal, kürəyini sıx,
Əlini boşaldıb, boynundan çəkmə,
Bir göz qırpımında fəndə düşərsən...

Yaxud “Fitərtimizdədir vətənpərvərlik” kitabında şəhid qəhrəmanını ruhən poetik dildə danışdırır:

Yer-göy oda bürünsə də,
Ürəyimiz göynəsə də,
Analar qara geysə də,
Yumruq olmağı bacardıq,
Zəfər çalmağı bacardıq...

Akif Ağayevin qələm məhsullarına vətənpərvərlik hakimdir. Bütün yaradıcılığı boyu bu hiss bariz şəkildə duyulur. Təsadüfi deyil ki, doğulub boya-başa çatdığı Ərkivan qəsəbəsi haqqında klipə də həmin ovqatda qələmə aldığı mənsur şeiri proloq seçib:
“Ülvi, müqəddəs Vətənə məhəbbət doğulduğun doğma yurddan, varlığına qaynayıb qarışdığın el-obadan başlar...”
Akif Ağayev “Pəhləvanın salnaməsi” kitabına yazdığı ön sözə K.Helvetsin bu sözlərini epiqraf seçib: “...İnsan müxtəlif rəssamların seyr etməsi üçün sərgiyə qoyulmuş bir modeldir. Hərə onun bir neçə cəhətinə baxır, lakin hələ heç kəs onu bütünlükdə əhatə edə bilməmişdir...” Və zənnimcə, bu təsadüf deyil, o, məhz öz yaradıcılıq fəaliyyətini bu sistem əsasında qurub. Qəzetdə vəzifəsini ləyaqətlə yerinə yetirməklə paralel, müntəzəm olaraq, vaxtaşırı iki istiqamətdə, idmanla qəhrəmanlıq mövzusunda məqalələr yazır. Deməli, “Pəhləvanın salnaməsi” və “Fitrətimizdədir vətənpərvərlik” kitablarının haçansa ikinci hissələri də olacaq...

Arif FƏRZƏLİ,
şair-publisist

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 İyul 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sertifikasiya qalmaqalı: bu dəfə texnologiya müəllimləri səhv aşkarladı

28 İyun 2026 12:14see1608

“Qarabağ” “Tirol” oyunu hansı kanalda nümayiş olunacaq?

27 İyun 2026 16:03see240

Rusiyanın “yuxusunu ərşə çəkən” adam milyonçu “Madyar“ kimdir...

27 İyun 2026 16:17see233

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see226

DÇ 2026: Messi ehtiyatda: İordaniya Argentina Heyətlər

28 İyun 2026 05:07see219

Bu yayın ən şanslıları onlardır

28 İyun 2026 01:46see213

UFC Bakı: Rafael Fiziyev və digər təmsilçilərimiz oktaqona çıxır YENİLƏNİR

27 İyun 2026 17:14see213

DÇ 2026 da “pley off”a çıxan komandalar artdı ADLAR

27 İyun 2026 10:40see195

Müharibədə təşəbbüsün Rusiyaya məxsus olduğu mərhələ başa çatdı Polşa

27 İyun 2026 14:24see191

Anomal istilər gəlirləri azaldır və yoxsulluq riskini artırır ARAŞDIRMA

28 İyun 2026 16:35see189

Bakıda UFC Fight Night Baku turnirinə start verildi

27 İyun 2026 17:16see189

Almaniya məcburi hərbi xidməti nəzərdən keçirir

28 İyun 2026 01:40see177

DÇ 2026: Harri Keyndən yeni rekord

28 İyun 2026 06:32see173

İkinci qəbul imtahanı asan olmayacaq AÇIQLAMA

27 İyun 2026 17:23see172

Sənədsiz evlər problemi necə həll olunacaq? AÇIQLAMA

27 İyun 2026 12:11see170

Panama DÇ 2026 nı qolsuz başa vuran yeganə komanda olub

28 İyun 2026 03:25see170

Anormal istilər Fransada kənd təsərrüfatına ciddi ziyan vurub

29 İyun 2026 00:57see169

Saziş cəmi bir gün çəkdi: İsrail Livanın cənubunu VURDU

27 İyun 2026 16:17see166

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

28 İyun 2026 23:48see159

Meksika Ekvador: DÇ 2026 da daha bir 1/16 final cütü

28 İyun 2026 04:15see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri