Icma.az
close
up
RU
Könülü öldürdükdən sonra fotosunu sosial şəbəkədə paylaşıb

Könülü öldürdükdən sonra fotosunu sosial şəbəkədə paylaşıb

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu il martın 2-si itkin düşən və mayın 14-ü Lənkəranda meyiti tapılan Cəlilabad rayon Muğan kənd sakini 22 yaşlı Könül Ağayevanın qətli ilə bağlı məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində 2003-cü il təvəllüdlü Elvin İsmayılzadəyə hökm oxunub.

O, Cinayət Məcəlləsinin 120.2.9 və 326-cı (Köməksiz vəziyyətdə olan adamı öldürmə və rəsmi sənədləri məhvetmə) maddələri ilə təqsirli bilinib. Elvinə 19 il 6 ay həbs cəzası verilib.

Araşdırmalar zamanı məlum olub ki, Lənkəran Dövlət Universitetinin 4-cü kurs tələbəsi olan Könülün 2023-cü ildə Kamran adlı şəxslə münasibəti başlayıb, bir müddət sonra onunla evlənib. Bildirilir ki, anası Könül onun sözünə baxmadığı üçün qızından imtina edib və o, nənəsinin himayəsində yaşayıb.

Daha sonra Könül Lənkəranda olarkən orada dönərçi işləyən Elvinlə tanış olub və aralarında münasibət yaranıb.

Hadisədən əvvəl isə Könül Ağayeva Cəlilabaddan bəzi əşyalarını götürərək Lənkəran şəhərinə gedib və bir müddət burada yaşayıb. Elvin ona ailə qurmaq istəmədiyini bildirib, Könülün onunla fikrinin ciddi olduğunu gördükdən sonra isə gənc qızı qətlə yetirmək qərarına gəlib. O, K.Ağayevanı məftillə boğub öldürdükdən sonra dostu Xəyalla birgə meyiti evin zirzəmisində basdırıb.

Qətl hadisəsindən sonra Könülün nənəsinin istəyi ilə Elvin Bakıda onunla görüşüb, lakin qızdan xəbərinin olmadığını bildirib. Həmçinin Elvin sosial şəbəkələrdə Könülün fotosunu paylaşaraq onun itkin düşməsi barədə elanlar paylaşıb və axtardığı barədə görüntü yaratmağa çalışıb.

Qeyd edək ki, bu ilin may ayında Könülün qətlə yetirilməsinin məlum olması və meyitinin tapılmasından bir neçə gün sonra nənəsi də vəfat edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 Dekabr 2024 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see318

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see308

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see289

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see267

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see258

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see245

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see214

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see199

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see199

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see190

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see183

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see177

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see173

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see156

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see154

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see152

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see151

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see151

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri