Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Konum”, “lokasiya”, “location”, yalnız “məkan”, yox...

“Konum”, “lokasiya”, “location”, yalnız “məkan”, yox...

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mətanət Məmmədova

XXI əsr bizim müasirliyin kulminasiya nöqtəsinə çatdığımız yüzillikdir. Ta bundan müasir olmağı bəlkə də düşünə bilmərik. Bunun səbəblərindən başlıcası həyatımıza yeni texnologiyaların daxil olması və bizim üçün yaratdığı yeni imkanlardır. Məsələn, sosial şəbəkələr var ki, bildiyimizi bilirik, bilmədiyimizi isə oradan öyrənirik. İş o yerə gəlib çatıb ki, uşağından tutmuş ahıl yaşda olan insanlaradək real həyatı buraxıb bir tərəfə, qeyri-real olanı-yəni sosial həyatı qoyub onun yerinə. Bu isə hər gün daha da “müasirləşməyimizə” o qədər geniş imkanlar açıb ki, hansından danışım, bilmirəm.

Bizim də “obrazovannılar” var ki, lap əvvəllərdən öz dilimizdə danışmağı sən deyən bir o qədər sevməyib. Buna görə də sosial həyat sanki lap ürəyindən olub. Həftəbecər turşusuna bənzər olan sosial şəbəkələrdə nə dildə istəsən, o dildə videolarla qarşılaşmaq olur. Yəqin elə bunlar dil sevgisi az olan bəziləri üçün geniş imkanlar yaradır. Bu, əslində həm də özümüzü “inkişaf” etdirməyimizin göstəricisidir. Məsələn, türklər məkana “konum” deyirsə, biz buna həm “konum”, həm “lokasiya”, həm də “location” deyirik. Deyə bilərsiniz ki, bunun nəyi pisdir ki?.. Gör neçə dildə danışmağı bacarırıq.

Kim eşidib ki, hər hansı ünvanı nişan verən adam ona “məkan” desin. Ya zəng vurub deyəcək ki, sənə “konum” atdım, ya yazacaq ki, “lokasiya”nı, location”u göndərdim.

Ötən həftə ərzində milli mətbuatımızın 150 illiyi münasibətilə bir neçə tədbirdə iştirak etməli oldum. Başqalarını demirəm, məhz elə bu zaman şahidi oldum ki, bəzi qələm yoldaşlarım belə “məkan” sözünə endirmir. Yəni onu dilinə almağı ya özünə yaraşdırmır, ya da məkan deyəndə düşünür ki, “obrazovannı” görünmür.

Bütün sahələrdə bu, belədir. İstər müəllimi, həkimi, sürücüsü olsun, belədir. Bütün yaşlarda-istər yeniyetməsi, gənci, istərsə də yaşlısı olsun, bu, belədir. Ya konum”dur, ya “lokasiya”dır, ya da “locatoin”dur. Yalnız və yalnız “məkan” deyil.

Nə üçün? Bax bunu anlamağa çalışmaq istədim, amma hələ də anlaya bilmirəm ki, qoy görüm, bir türk “konum”a “məkan” deyər? Bir rus “lokasiya”ya “məkan” deyər? Bir ingilis “location”na “məkan” deyər?

Maraqlıdır, bəzən düşünürəm ki, bəlkə içdiyimiz sudandır? Bəlkə təmizləmə işləri aparanda “xlor”unu bir qədər çox edirlər, bu, bizə belə əks təsir göstərir? Yox, içməli suyu ki, satın alırıq. Bu su dağlardan süzülən saf sudur ey, zirzəmilərdə istehsal olunmur ki...

Bəlkə istehlak etdiyimiz ərzaqlardandır? Axı onların təhlükəsizliyi göz bəbəyi kimi qorunur aid qurumlar tərəfindən. Yox, bu fikirdə də yanıla bilərəm, onların zəhmətinə kölgə salmış olaram. Bəlkə udduğumuz havadandır? Əsla, havamıza nə olub ki?..

İnanın, adamın ağlına hər şey gəlir. Nə üçün axı, biz öz dilimizdən savayı, bütün dillərdə danışmağı bu qədər sevirik? Düşünürsən ki, bu nədirsə, hər gün istifadə etdiyimiz bir şeydir. Ki, davamlı olaraq dilimizi unutdurmaq hissi yaradır bizdə. Hər gün istifadə etdiyimiz sudur, yağdır, çörəkdir. Bəlkə bunları aid qurumlar bir laboratoriya testindən keçirələr? Bəlkə mərdimazarlar var aramızda. Yoxsa biz nə üçün ”məkan”a “konum”, “lokasiya”, “location” deyək axı?

Vallah, kim nə deyir, desin, bu işdə bir sirr var. Biz öz dilimizdə olan sözü qoyub onu digər üç dildə ifadə ediriksə, bu, normal deyil. Normal olmayan isə anormaldır. Bunun səbəbini axtarıb tapmamağın özü də normal olmayan haldır. Belə isə, gəlin, yığışaq, məsləhət-məşvərət edək, görək nə üçün “konum”, “lokasiya”, “location”, təkcə “məkan” yox?..

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 İyul 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see350

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see277

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see265

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see262

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see253

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see239

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see236

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see219

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see215

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see210

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see202

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see202

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see193

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see191

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see184

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see182

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see180

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri