Icma.az
close
up
RU
Köpdən xilas olmanın yolları

Köpdən xilas olmanın yolları

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bağırsaqda havanın olması normal fizioloji haldır. Bu bağırsağın tonusda olması və bağırsağın peristaltikası (bağırsağın hərəkətliliyi) üçün lazımdır.

Lakin bəzən bağırsaqlarda yığılan hava insanı çox narahat edir - qarın ağrılarına, ağırlığa, qarının köpməsinə səbəb olur. Əgər bu hal tez-tez təkrarlanırsa, qastroenteroloqa müraciət edib lazım olan müayinələrdən keçin. Məsələ burasındadır ki, tez-tez təkrarlanan qarın köpü ciddi həzm sistemi xəstəliklərinin və pozulmaların (xroniki kolit, pankreatit, bağırsaq keçilməzliyi, xərçəng və s.) simptomu ola bilər.

Həmçinin tez-tez təkrarlanan köp bağırsaq disbakteriozun, helmintozların (qurd xəstəlikləri) əlaməti ola bilər.

Qadınlarda menstruasiyadan əvvəl və hamiləlik zamanı köp ola bilər. Bunun səbəbi qadın orqanizmində gedən hormonal dəyişikliklərdir.

Əgər sizdə heç bir ciddi pozulma yoxdursa, lakin buna baxmayaraq köp sizi narahat edirsə, bu kimi məsləhətlərdən istifadə edin:

- Əksər hallarda köpün səbəbi qidanın həddən artıq miqdarda qəbulu olur. Bu səbəbdən daha tez-tez və kiçik miqdarlarla qida qəbul edin (gündə 5 dəfə). Bu sadə qayda həzm sisteminin sağlamlığı üçün olduqca vacibdir. Həddən artıq qida qəbulu (xüsusilə bu hal daim təkrarlanırsa) bütün həzm sistemini yükləyir ki, bu həzm sistemində müxtəlif pozulmaların inkişafına təkan verir.

- Bəzi qidaların qəbulu bir çox insanlarda köpə səbəb olur. Bu qidaların arasında: çox yağlı, qızardılmış qidalar, şirniyyatlar, qara çörək, noxud, mərci, lobya, turp, kələm, göbələk, qara qavali, süd, mayalı xəmirdən hazırlanmış un məmulatları, qazlı içkilər. Qidalanmanızda bu məhsulları məhdudlaşdırın.

- Oturaq həyat tərzi köpün əmələ gəlməsinə təkan verir. Bu zaman həzm prosesləri pozulur, ləngiyir və nəticədə müxtəlif pozulmalar (köp, qəbizlik və s.) inkişaf edir. Köp problemini həll etmək istəyirsinizsə, aktiv olun, idman və bədən tərbiyyəsi ilə məşğul olun, açlq havada gəzin və s.

- Əgər insan qida qəbul etdikdə, tələsir, qidanı pis çeynəyir və iri tikələri udursa, bu qarın köpünə səbəb olur. Həkimlər hər tikəni asta-asta 20 dəfə çeynəməyi tövsiyə edir. Bu bütün həzm sisteminin sağlamlığı üçün vacibdir. Belə ki, pis çeynənmiş qida mədəni lazım olandan artıq yükləyir ki, nəticədə bu orqanda pozulmalar yarana bilər.

Digər tərəfdən qidanı yavaş-yavaş çeynəyən insanlar adətən artıq çəkidən əziyyət çəkmir.

- Bəzi xalq təbabəti üsulları köplə mübarizədə çox yaxşı effekt verir:

1. 1 stəkan qaynar suda 1 çay qaşığı çobanyastığı və 1 çay qaşığı nanə 20 dəqiqə ərzində dəmləyin və yarım stəkan olmaqla gün ərzində 2 dəfə çay kimi için.

2. Şüyüd toxumu köp zamanı çox yaxşı kömək edir. 1 çay qaşığı şüyüd toxumu 1 fincan qaynar suda dəmləyin, süzün və çay kimi qəbul edin.

3. 2 çay qaşığı quru nanə, 2 çay qaşığı pişikotu kökü, 1 çay qaşığı razyana toxumu qarışdırın. Bu qarışıqdan 1 çay qaşığı götürüb fincanda 20 dəqiqə ərzində dəmləyin, süzün və qəbul edin.

4. 2 çay qaşığı cirə toxumu 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmləyin və 1/3 stəkan olmaqla gündə 3 dəfə qəbul edin.

5. Təzə zəncəfil kökü sürtgəcdən keçirilir, 1 çay qaşığı götürülür və 1 fincan qaynar suda 20 dəqiqə ərzində dəmlənilir. Dəmləməyə 1 çay qaşığı bal əlavə edib çay kimi qəbul edin.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see432

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see428

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see306

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see282

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see271

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see265

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see262

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see258

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see242

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see227

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see220

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see217

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see216

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see213

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see212

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see211

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see208

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see207

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see205

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri