Kopenhagen in baş məşqçisi: Qarabağ mükəmməl oynadı və layiqli qələbə qazandı
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 1 oktyabr, AZƏRTAC
Meydanda gözlədiyim "Qarabağ"ı gördüm. Bu komandanın gücünü bilirdik. İlk hissədə rəqib mükəmməl oynadı. Biz isə zəif təsir bağışladıq. Nəticədə qol buraxdıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Kopenhagen"in baş məşqçisi Yakob Neestrup UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis Azərbaycan çempionunun layiqli qələbə qazandığını bildirib: "İkinci hissədə vəziyyəti dəyişsək də, qol vurmaq alınmadı. Meydanda başabaş mübarizə getdi. Hesab heç-heçə də ola bilərdi".
O, "Qarabağ"ın əla komanda olduğunu söyləyib: "Çox yaxşı futbolçuları və baş məşqçisi var. Qurban Qurbanova hörmətlə yanaşıram. Uzun illərdir "Qarabağ"a rəhbərlik edir. Onlara gələcək oyunlarda da uğurlar arzu edirəm".
Yakob Neestrup Ağdam klubunun Çempionlar Liqasında sürpriz edə biləcəyini istisna etməyib: "Sadəcə, buna inanmaq lazımdır. Bizim də şanslarımız var. Sonadək mübarizə aparacağıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 01 Oktyabr 2025 23:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















