Icma.az
close
up
RU
Koreya parlamentində “Kitabi Dədə Qorqud” dastanının təqdimatı keçirilib

Koreya parlamentində “Kitabi Dədə Qorqud” dastanının təqdimatı keçirilib

525.az saytına istinadən Icma.az xəbər verir.

Koreya Respublikasının parlament binasında “Kitabi-Dədə Qorqud” dastanının 6 boyundan ibarət Koreya dilindəki nəşrinin təqdimatı keçirilib.

525.az xəbər verir ki, tədbir Azərbaycanın Koreya Respublikasındakı səfirliyi və Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədrinin ofisinin birgə təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə baş tutub.

Azərbaycanın Koreya Respublikasında səfiri Ramin Həsənov iki ölkə arasında elmi və mədəni əlaqələrin inkişafından danışıb, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə “Kitabi-Dədə Qorqud” dastanının 6 boyunun Koreya dilinə tərcümə olunmasını mədəni əməkdaşlığın növbəti nümunəsi olduğunu vurğulayıb. Çap olunmuş kitabın 1000 nüsxəsinin Koreya Respublikasının müxtəlif kitabxanalarına ianə edildiyini bildirən diplomat, bu cür layihələrin vahid dil ailəsinə mənsub olan, eləcə də oxşar mədəni və mənəvi dəyərləri bölüşən Azərbaycan və Koreya xalqlarını bir-birinə daha da yaxınlaşdırdığını qeyd edib.

R.Həsənov, həmçinin ulu əcdadlarımızın həyatı, məişəti və qəhrəmanlıq səhifələrini əks etdirən “Kitabi-Dədə Qorqud” dastanının həm Azərbaycan xalqının folkloru, həm də bütövlükdə Türk dünyasının mədəni irsində tutduğu mühüm yeri vurğulayıb.

Koreya Respublikasının Milli Assambleyasının deputatı, Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Li Man dostluq qrupunun iki ölkə arasında əlaqələrin inkişafı üçün göstərdiyi səylərdən söz açıb və bunun davam etdiriləcəyini bildirib. Deputat “Kitabi-Dədə Qorqud” dastanının 6 boyunun Koreya dilində nəşrinin ölkəsində Azərbaycan barədə məlumatlılığın çoxalması üçün dəyərli mənbə olacağına, xalqlarımız arasında mədəniyyət mübadiləsinin artmasına və dostluğun güclənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Belə bir layihənin dəstəklənməsi və nəşr olunmuş kitabın tanıtdırılması üçün tədbirlərin təşkilinə görə səfirliyə və Azərbaycan Diasporuna Dəstək Fonduna təşəkkür edib.

Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev Azərbaycan dövlətinin xaricdə yaşayan soydaşlarımıza göstərdiyi diqqət və qayğıdan, eləcə də ölkəmizin təbliğatı sahəsində diasporla sıx əməkdaşlıq edilməsindən danışıb, xüsusilə, gənclərin təşviq edilməsi istiqamətində həyata keçirilən layihələri vurğulayıb.

Natiq qeyd edib ki, Cənubi Koreyada yaşayan soydaşlarımızla bu xüsusda səmərəli əməkdaşlığın parlaq nümunəsi “Kitabi-Dədə Qorqud” dastanının 6 boyunun Koreya dilində nəşridir.

Ə.Abdullayev layihənin tarixçəsi barədə məlumat verib, kitabın tərcüməçiləri Cənubi Koreyada yaşayan soydaşımız Leyla Məsimli və koreyalı yazıçı Li Sucinin, eləcə də kitabın baş redaktoru Seul Milli Universitetinin professoru Banq Min Honun əməyini vurğulayıb.

Tədbir kitabın tərcüməsini həyata keçirmiş şəxslərin panel müzakirəsi ilə davam edib. Natiqlər tərcümə işinin ideyasının yaranması, onun məqsədi, tərcümə üçün boyların seçimi barədə məlumat veriblər. Həmçinin “Kitabi-Dədə Qorqud” dastanının nümunəsində Azərbaycan və Koreya xalq ədəbiyyatının oxşarlıqlarını diqqətə çatdırıblar.

Sonra Koreyada təhsil alan azərbaycanlı tələbənin ifasında milli rəqslərimiz nümayiş etdirilib.

Tədbirdə Koreya Respublikasının Milli Assambleyasının deputatları və əməkdaşları, elmi-mədəni dairələr və media nümayəndələri, bu ölkədə fəaliyyət göstərən diplomatik missiyaların təmsilçiləri, eləcə də Azərbaycan diasporunun fəalları iştirak ediblər (AZƏRTAC).

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:305
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Noyabr 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see466

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see307

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see305

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see297

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see243

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see240

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see227

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see227

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see222

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see219

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see215

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see213

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see209

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see208

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see206

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see198

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see193

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see190

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see188

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri