Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Koreya yarımadasında sərhəd gərginliyi: Seul qətiyyətli mövqe nümayiş etdirir

Koreya yarımadasında sərhəd gərginliyi: Seul qətiyyətli mövqe nümayiş etdirir

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Koreya yarımadasında Şimali və Cənubi Koreya arasında sərhəd ətrafında yaranmış gərginlik yenidən beynəlxalq diqqət mərkəzinə gəlib. Cənubi Koreya Şimali Koreyanın sərhəd yaxınlığında apardığı hərbi-mühəndislik işlərinin vəziyyəti daha da mürəkkəbləşdirdiyini bildirir. Seul Pxenyanın sərhəd xəttindəki fəaliyyətlərinə qarşı qətiyyətli tədbirlər görəcəyini bəyan edib.

“Reuters” agentliyinin bu gün yaydığı məlumata görə, Cənubi Koreyanın milli təhlükəsizlik müşaviri Wi Sonq-lak ölkəsinin Şimali Koreya ilə hərbi sərhədi qorumaq üçün qətiyyətli mövqe tutacağını bildirib. O, Pxenyanın sərhəd xəttinin öz tərəfində fəaliyyət göstərdiyi barədə açıqlamalarına baxmayaraq, Seulun təhlükəsizlik məsələlərində güzəştə getməyəcəyini vurğulayıb.

Gərginliyin artmasına səbəb olan hadisələrdən biri ötən ay Koreya yarımadasını iki yerə ayıran hərbsizləşdirilmiş zonada baş vermiş mina partlayışıdır. Kəşfiyyat tapşırığını yerinə yetirən bir neçə Cənubi Koreya hərbçisi partlayış nəticəsində ağır yaralanıb. Seul hadisəyə Şimali Koreya tərəfindən yerləşdirilmiş minanın səbəb olduğunu iddia edir. Hərbsizləşdirilmiş zonaya nəzarət edən BMT Komandanlığı da Şimali Koreya minasının sərhəd xəttini keçməsini atəşkəs razılaşmasının pozulması kimi qiymətləndirib. Pxenyan isə hadisəyə görə məsuliyyət daşımadığını bildirir.

Cənubi Koreya hakimiyyəti Şimali Koreyadan sərhəd yaxınlığında istehkam və müdafiə qurğularının tikintisini dayandırmağı tələb edib. Seul hesab edir ki, bu işlər hərbi təmas xəttində gərginliyi artırır və gözlənilməz toqquşma riskini yüksəldir. Tərəflərin mövqeləri arasındakı fərq isə problemin diplomatik yolla həllini çətinləşdirir.

Gərginliyi artıran digər məqam Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conqun oktyabrın 21-də səsləndirdiyi bəyanatdır. O, Pxenyanın Cənubi Koreya əleyhinə təbliğat aparan səsgücləndiriciləri sərhəd boyunca yenidən işə salacağını bildirib. Bununla belə, Cənubi Koreya kəşfiyyat orqanı oktyabrın 29-da Şimali Koreyanın hələlik belə yayımlara başlamadığını açıqlayıb.

Hər iki Koreya əvvəllər sərhəd bölgəsində səsgücləndiricilər vasitəsilə qarşılıqlı təbliğat kampaniyaları aparıb. Bu vasitələr uzun müddət tərəflər arasında psixoloji qarşıdurmanın alətlərindən biri olub. Onların yenidən işə salınması ehtimalı isə onsuz da gərgin olan münasibətlərdə əlavə qarşıdurma amilinə çevrilə bilər.

Koreya yarımadasında baş verənlər göstərir ki, sərhəd təhlükəsizliyi məsələsi təkcə iki ölkənin münasibətləri ilə məhdudlaşmır. Burada atəşkəs rejiminin qorunması, hərbi insidentlərin qarşısının alınması və regionda sabitliyin təmin edilməsi də mühüm əhəmiyyət daşıyır. Tərəflərin qarşılıqlı ittihamları və sərhəd boyunca davam edən hərbi fəaliyyətlər isə vəziyyətin diqqətlə izlənilməsini zəruri edir.

N.Adilqızı
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Oktyabr 2026 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see447

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see410

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see292

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see289

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see283

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see257

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see254

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see240

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see232

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see224

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see224

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see220

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see219

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see207

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see205

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see204

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see200

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see199

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see196

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri