Icma.az
close
up
RU
BMU da koreyalı müəllimlərlə görüş keçirildi FOTO

BMU da koreyalı müəllimlərlə görüş keçirildi FOTO

Icma.az, Modern.az saytına istinadən bildirir.

Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev Koreyanın İNHA Universiteti ilə birgə icra olunan ikili diplom  proqramı (BMU-İNHA İDP) çərçivəsində tələbələr üçün “Yay məktəbi”ndə tədrisə cəlb edilən koreyalı müəllimlərlə görüşüb.

Modern.az xəbər verir ki, rektor qonaqları salamlayaraq Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunan “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətini, bu proqramın tərkib hissəsi olan BMU-İNHA İDP-nin yüksəkixtisaslı kadrların hazırlanmasına xidmət etdiyini vurğulayıb. Bildirilib ki, ötən il proqramdan 61 tələbə məzun olub, bu il isə proqramı 82 tələbə başa vurub və onlar üçün iyulun 17-də “Məzun günü” keçiriləcək. Yaqub Piriyev proqramın tələbələrə gərəkli bilik və bacarıqlar qazandırdığını deyərək, İNHA Universitetinin rəhbərliyinə və professor-müəllim heyətinə təşəkkürünü bildirib. BMU və İNHA arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini önə çəkən rektor ötən il bu məqsədlə imzalanan Niyyət Məktubuna toxunub. Sənədin yüksək akademik göstəricilərə malik proqram məzunlarının 10%-nə İNHA Universitetinin magistr proqramlarına qəbul olunduqları təqdirdə tam təqaüd ayrılmasını nəzərdə tutduğunu xatırladan Yaqub Piriyev  artıq məzunlardan təqaüd qazananlar olduğunu diqqətə çatdırıb.   

Ənənəvi “Yay məktəbi”nin təhsilalanların savad və təcrübələrinin artırılmasında müsbət rol oynadığını söyləyən rektor tədris prosesinin  davamında müəllim və tələbələrə uğurlar arzulayıb. 

Görüşdə çıxış edən İNHA Universitetinin müəllimləri “Yay məktəbi” üçün yaradılan əlverişli şəraitə görə minnətdarlıqlarını bildiriblər. Çıxışlarda qeyd olunub ki, 15 nəfərlik professor-müəllim heyəti artıq müxtəlif fənnlər üzrə tədrisə başlayıb və nəzəri, təcrübi biliklərin artırılmasına xidmət edən bu dərslərə tələbələr tərəfindən böyük maraq göstərilir. Azərbaycanlı tələbələrə bilik öyrətməkdən məmnunluqlarını dilə gətirən İNHA müəllimləri ölkəmiz haqqında xoş təəssüratlarını da bölüşüblər. 

Görüş İNHA Universitetinin professor-müəllim heyətinə hədiyyələrin təqdim olunması və xatirə fotolarının çəkdirilməsi ilə başa çatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 İyul 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri