Icma.az
close
up
RU
Korkoranə edilən TÜRKƏÇARƏNİN dəhşətli təhlükələri ARAŞDIRMA

Korkoranə edilən TÜRKƏÇARƏNİN dəhşətli təhlükələri ARAŞDIRMA

Sonxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kor-koranə edilən TÜRKƏÇARƏNİN dəhşətli təhlükələri – ARAŞDIRMA

Çoxumuz xəstələnən kimi Həkimdən öncə dədə-baba, nənə-bibi üsulunu sınayırıq. Hansısa otlardan inhalyasiya, buxar, isti kartofdan burunun üstünə kompress, yanığa qatıq və ya sidik çəkmək və s. Yəqin ki, bunlar haqqında eşitmisiz və ya özünüz də tətbiq etmisiz. Bəs, görəsən, türkəçarə adlandırılan bu müalicə metodlarının faydası olduğu kimi, zərəri də varmı? Həkim məsləhəti olmadan şəfalı bitkilərdən istifadə etmək olarmı?

Lent.az mövzu ilə bağlı araşdırma aparıb.

Vaxtilə nənələrimiz, babalarımız məhz belə təbii vasitələrlə özlərini sağaldır, dərmana o qədər də üstünlük vermirdilər. İndinin özündə də bu cür türkəçarələrə, çiçəklərə, otlara üstünlük verənlər az deyil. Hətta kimyəvi dərmanın bir yerə faydalı olub, digər yerə zərərli olduğunu düşünənlər var. Ümumiyyətlə, türkəçarələr hər zaman xalqımızın vazkeçilməz müalicə üsulları olub. Elə bu günə kimi davam edən bu müalicə üsulları hələ də ağrıların kəsici çarəsi kimi məşhurdur. Qulaq ağrılarında qulağa qızdırılmış spirt damcıları tökmək, soğan kökünü qızdırıb qulağa qoymaq, boğaz ağrıları zamanı yodla, yaxud mürəbbələrlə boğaz yolunu silmək, boğazı ağrıyanı qusdurmaq, limon suyu içirtmək, burnu qanayanın başını yuxarı qaldırmaq, buruna soğan suyu damcılatmaq və s. kimi üsullar bu gün də gündəmdədir. Bu üsulların nə qədər yararlı olduğunu dəqiq deyə bilməsək də, həkimlər bu üsulların əleyhinədir.

Hər bir bitkinin faydalı olduğu kimi, zərərli yönləri də ola bilər. Faydalı bilib, istifadə etdiyimiz bitkilər bəzən əks-effekt də verə bilər.

İstənilən türkəçarənin bir xeyri varsa, min ziyanı var. Özbaşına dərmandan istifadə etmək, müalicə məqsədi ilə hər hansı bir proseduru yerinə yetirmək istəyən öncədən mütləq bu haqda məlumat toplamalıdır.

Həkimlər buna nə deyir, xalq təbabəti qəbul ediləndirmi?

Həkim Adil Qeybulla ev şəraitində aparılan müalicələrin xəstələrə ziyan verdiyini düşünür: "Əslində bizim türkəçarə dediyimiz sahə böyük elmi əsası olan qədim türk təbabətidir. Bu elmi cəhətdən əsaslandırılmalıdır. Əvvəllər farmakologiya və xalq təbabəti birliyi vardı. Onlar çox yaxşı işləyirdi. Əslində burada bu məsələlər araşdırılmalı, elmi cəhətdən əsaslandırılmalı və müxtəlif dərman otlarının, vasitələrinin, türkəçarə adı altında tətbiq olunan üsulların bir resepti verilməlidir. Yəni kor-koranə ev şəraitində kimdən nə eşidib onun tətbiq etmək düzgün deyil. Bəzən soyuq nəsə qoyulmalı yerə xəstələr isti bir şey qoyur. İnsanların bununla bağlı təsəvvürləri çox vaxt yanlış olur. Ona görə də hesab edirəm ki, insanlar özbaşına müalicə ilə məşğul olmamalıdır. Gələcəkdə xalq təbabəti inkişaf etdikcə onun vahid reseptləri olacaq ki, o reseptlər əsasında həkim onu xəstəyə təyin edəcək".

Lent.az sizə tibb mütəxəssislərinin araşdırdığı insan səhhəti üçün təhlükəli olan türkəçarə metodlarını təqdim edir:

1.Kartofdan kompress, inhalyasiya

Öskürək, qrip, burun tutulmasında nənələrin xüsusi metodu olan qabıqlı bişirilmiş isti kartofun əzilib, tənzif arasında buruna, sinəyə qoyulmasıdır. Xüsusən uşaqlara bronxit və öskürəkdə çox tətbiq olunur. Həkimlər isə bildirir ki, qabıqlı bişmiş kartofu yemək daha faydalıdır, nəinki müalicədə istifadə etmək.

Təhlükəsi: Yuxarı tənəffüs yollarının yanığı, göz, burun selikli qişasının qıcıqlanması, udlaq-qırtlağın şişməsi, müxtəlif spazmların baş verməsi.

Yüksək hərarəti olan xəstəyə bunu etmək əksinə temperaturu daha da artırıb, xəstənin huşunu itirə bilər. Bronxit, angina, laringit, haymorit kimi infeksion xəstəliklərdə isti buxar, isti kompress əks göstərişdir, iltihabi prosesi daha da artıra bilər.

Nə etməli: istənilən inhalyasiya, kompress həkim göstərişi ilə məsləhətləşib seçilməlidir. Yaxşı olar ki, burunu dəniz suyu və xüsusi məhlullarla yuyasız. İnhalyasiya üçün mətbəx qazanından yox, xüsusi aparatdan istifadə edəsiz.

2.Soda içmək

Qida sodası mədə şirəsində turşuluğun dərəcəsini neytrallaşdırır. Sodanı qəbul edən kimi mədədə kəskin reaksiya gedir. Həqiqətən bu metod güclü mədə yanmasında, turşuluqda effekt verir, amma qısamüddətli olur. Ondan sonra mütləq yan təsirlər başlayır.

Təhlükəsi: Soda mədənin selikli qişasını " yeyir", iltihablaşır, insanda sodadan asılılıq yaranır. Arıqlamaq üçün soda içənlər isə mədələrini geridönüşü olmayan xəstəliyə salır. Sonradan mədə iltihabı insanı yeməkdən yayındırır.

Nə etməli: mədə qıcqırması, yanması əleyhinə xüsusi emulsiya, kisel, yulaf sıyığı qəbul edin.

3.Yanıq sahəsinə sidik və ya bitki yağı çəkmək

Bu üsul da el arasında çox yayılıb. Birinin barmağı yanan kimi, sidik vur deyirlər. Yanıq yarası zamanı ilk növbədə etməli olduğumuz yanığın dərəcəsini azaltmaq, ikinci növbədə infeksiyalaşmasının qarşısını almaqdır. Bu halda sidik işə yaramır. Bitki yağı isə toxumalara oksigen axınının qarşısını alıb, yanıqda dərəcəni daha da artıracaq.

Nə etməli: həkimə çatana kimi yanıq nahiyəsinə soyuq su qoymalı. Bu üsul yanığın dərəcəsini bir addım aşağı endirəcək. Əgər açıq yaradırsa, onu soyuq suda isladılmış parça ilə yumaq lazımdır.

4.Urinoterapiya - Sidiklə müalicə

Çox qədim kökləri olan bu terapiyanın indi də davamçıları var. Əslində isə tibbin qəbul etmədiyi, yalançı nəzəriyyədir. Elə bir xəstəlik yoxdur ki, onun müalicəsində sidik, xüsusən insanın öz sidiyi möcüzəvi təsir göstərsin. Bu məsələdə qadınlar xüsusən aktivdir, onlar sonsuzluq, mioma, mastopatiya, ginekoloji xəstəliklərdə daha çox sidikdən istifadə edir.

Təhlükəsi: Sidiklə orqanizmə lazım olmayan biomaterial ifraz olunur, hətta uşaq sidiyi belə təmiz deyil. Sidikdə çox sayda bakteriyalar var, əgər sidiyi daxilə və ya xaricə tətbiq etsəniz, bakteriya və viruslar yenidən orqanizmə daxil olacaq.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 18 Noyabr 2024 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri