Koroğlu körpüsündə intihara cəhd edən şəxs xilas edilib
Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakıda, metronun "Koroğlu" stansiyası yaxınlığındakı körpüdə bir nəfər özünü atmağa cəhd edib. Xilasedicilər tərəfindən intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb.
Bu məlumat Missiya.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən verilib.
Qeyd olunub ki, bu müddət ərzində xilasedici qrup tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
"Xilasedicilərin vətəndaşla apardığı psixoloji söhbət nəticəsində intihar etmək niyyətindən çəkinib və o, xilas edilərək aidiyyəti üzrə təhvil verilib", - deyə məlumatda qeyd olunub.

Koroğlu körpüsündə intihara cəhd edən şəxs xilas edilib
07 Noyabr 2024 10:42
Koroğlu körpüsündə intihara cəhd
07 Noyabr 2024 10:01
Koroğlu körpüsündə intihara cəhd edən şəxs həbs edildi
07 Noyabr 2024 11:59
“Koroğlu” körpüsündə intihara cəhd edən şəxs xilas edilib VİDEO Doğru Xəbərlər
07 Noyabr 2024 13:05

