Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Körpələr doğulan kimi bilərəkdən ana südündən uzaqlaşdırılır“ ŞOK İDDİA

“Körpələr doğulan kimi bilərəkdən ana südündən uzaqlaşdırılır“ ŞOK İDDİA

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Körpə qidası bazarının təsiri doğum evlərinə qədər uzanıb" 

Ana südü körpənin həyatının ilk aylarında ehtiyac duyduğu bütün əsas qida maddələrini özündə birləşdirən ən təbii və təhlükəsiz qidalanma mənbəyidir. Mütəxəssislərin fikrincə, ana südü uşağın immun sisteminin formalaşmasında mühüm rol oynayır və onu bir çox infeksiya və xəstəliklərdən qorumağa kömək edir. Bu qidalanma forması yalnız fiziki inkişafı deyil, körpə ilə ana arasında emosional bağın güclənməsini də təmin edir. 

Araşdırmalar göstərir ki, ana südü ilə qidalanan uşaqlarda bir sıra sağlamlıq problemlərinin yaranma riski daha aşağı olur. Eyni zamanda, ana südü körpənin yaşına və ehtiyaclarına uyğun olaraq tərkibini dəyişə bilən yeganə təbii qidadır. Buna görə də mütəxəssislər həyatın ilk dövrlərində ana südü ilə qidalanmanı uşağın sağlam gələcəyinə qoyulan ən mühüm investisiyalardan biri hesab edirlər.

Ana südü ilə qidalanmanın təşviqi istiqamətində çağırışlar səslənsə də, bu sahədəki mövcud vəziyyətlə bağlı narahatlıqlar qalmaqdadır. Moderator.az-a məsələni şərh edən Azad İstehlakçılar Birliyinin sədri Eyub Hüseynov bir sıra diqqətçəkən məqamlara toxunub.

Eyub Hüseynov qeyd edib ki, bildiyiniz kimi, bir neçə il əvvəl ölkəmizdə erkən yaşlı körpələrin qidalanmasına dair qanun qəbul olunub. Həmin qanunun qəbulunda mən də iştirak etmişəm və qanun mümkün qədər süni qidaların istifadəsinin məhdudlaşdırılmasına yönəlib. Təəssüf ki, qanunda nəzərdə tutulan bir çox tələblər bu günə qədər yerinə yetirilmir:

"Məsələn, qanuna əsasən körpə qidası distribüterlərinin pediatrlarla əlaqələri qəti şəkildə qadağan olunub. Lakin reallıq göstərir ki, pediatrların əksəriyyəti körpə qidası distribüterlərinin təsiri altındadır. Təsadüfi deyil ki, ölkədə körpə qidalarının qiyməti həddindən artıq yüksəkdir. Çünki bu sistemdə pediatrların da müəyyən rolu var. Azərbaycan dünyanın azsaylı ölkələrindən biridir ki, körpə dünyaya gələn kimi anadan ayrılır və doğum evlərində ona süni qida verilir. İlk süni qidanı qəbul edən uşaq sonradan anaya yaxın durmaq istəmir, çünki həmin qidanı daha rahat şəkildə əldə edir. Bu proses təsadüfi deyil, bilərəkdən həyata keçirilir. Çox təəssüf ki, körpə qidası distribüterləri doğum evlərinə yol tapa biliblər. 

Bu fəaliyyət son dərəcə gizli şəkildə aparılır. Hətta onların izlərini doğum evlərində körpələr üçün ayrıca otaqların yaradılmasında da görmək mümkündür. Beynəlxalq təcrübə göstərir ki, körpə doğulan kimi ananın sinəsi üzərinə qoyulmalı, hətta bir neçə saat həmin vəziyyətdə saxlanmalıdır. Belə olduqda, anada süd olmasa belə, sonradan südün gəlməsi mümkün olur. Təəssüf ki, bizdə bunun əksi baş verir.

Azad İstehlakçılar Birliyi illərdir bu problemləri ifşa edir, belə pediatrları və doğum evlərini ictimaiyyətə tanıtmağa çalışır. Ana südü ilə əmizdirmənin təşviqi ilə bağlı müxtəlif təşəbbüslər də mövcuddur. Lakin bu istiqamətdə fəaliyyət göstərən insanlar birləşərək problemin qarşısında ciddi mübarizə apara bilmirlər.

Mən uzun illər ana südü ilə əmizdirmə faizinin Avropa ölkələrindən geri qaldığını və təxminən 44-45 faiz təşkil etdiyini deyirdim. Lakin iki il əvvəl UNICEF-in Azərbaycanda keçirdiyi beynəlxalq konfransda bu sahənin tanınmış həkimləri bildirdilər ki, ölkədə ana südü ilə əmizdirmə faizi 25 faizdən yuxarı deyil. Bu, son dərəcə acınacaqlı göstəricidir".

Sədr vurğulayıb ki, bütün bu proseslər o qədər gizli və ört-basdır edilmiş şəkildə aparılır ki, onları müəyyən etmək çox çətindir:

"Qeyd etdiyim kimi, bunun nəticələrini uşaqların müxtəlif xəstəliklərə daha çox yoluxmasında, zəif inkişaf etməsində, immunitetlərinin aşağı düşməsində, eləcə də doğum evindən çıxan anaların düşüncələrində görmək mümkündür. Körpə qidası analara öz istəkləri ilə verilmir. Bu məhsullar pediatrların təsiri ilə tövsiyə olunur və valideynlər də onları istifadə etməyə məcbur qalırlar. Bundan başqa, digər ölkələrdən fərqli olaraq Azərbaycanda körpə qidaları demək olar ki, hər yerdə satılır. Bir çox ölkələrdə isə bu məhsullar yalnız ixtisaslaşmış mağazalarda satışa çıxarılır və əlçatanlığı məhdud olur. Çünki təcrübə göstərir ki, körpəsi ağlayan ana həmin məhsulu gördükdə dərhal alternativ qidalanma vasitəsi kimi onu seçmək barədə düşünür.

Qanunda çox ciddi müddəalardan biri də körpə qidalarının üçüncü ölkələr vasitəsilə idxalının qadağan edilməsidir. Lakin biz görürük ki, bu gün də həmin məhsulların üçüncü ölkələr üzərindən Azərbaycana gətirilməsi davam edir. Bir sözlə, qiymət artımı və körpələrin ana südü ilə qidalandırılmaması bir çox mənfi nəticələrə səbəb olur. Bu, yalnız qidalanma məsələsi deyil, eyni zamanda uşaqların sağlamlığında da özünü göstərən ciddi problemdir.

Hətta vəziyyət o həddə çatmışdı ki, dörd il əvvəl Azərbaycanda eşşək ferması yaradılması təşəbbüsü irəli sürülmüşdü ki, körpələr onun südü ilə qidalansınlar. Azad İstehlakçılar Birliyi bununla bağlı ciddi mübarizə apardı və həmin təşəbbüsün qarşısını aldı. Bəzi media qurumlarında belə eşşək südünün guya ana südünü əvəz edə bilməsi ilə bağlı təbliğat da aparılırdı.

Halbuki qanunda açıq şəkildə göstərilir ki, körpə qidaları barədə harada məlumat verilirsə, orada mütləq qeyd olunmalıdır ki, ana südü əvəzolunmazdır və körpələr ana südü ilə qidalandırılmalıdır. Təəssüf ki, qanunun bu tələbi də yerinə yetirilmir. Çox təəssüf ki, uşaq hüquqlarının qorunması istiqamətində mühüm fəaliyyət göstərən UNICEF-in Azərbaycandakı fəaliyyəti də məhdudlaşdırılıb. Hesab edirəm ki, müvafiq dövlət qurumları və pediatrlar bu məsələyə ciddi diqqət yetirməli, qanunun tələblərinin pozulmasına yol verən şəxslərə qarşı tədbirlər görülməli və qeyd olunan qanun normaları Azərbaycanda tam şəkildə icra olunmalıdır".

Pərvin Şakirqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 İyun 2026 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see661

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see346

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see336

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see320

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see309

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see307

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see287

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see278

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see276

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see260

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see256

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see236

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see224

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see224

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see224

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see217

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see213

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see209

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see203

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri