Icma.az
close
up
RU
Körpələrdə doğuş ləkələri öz özünə gedirmi?

Körpələrdə doğuş ləkələri öz özünə gedirmi?

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Moğol ləkəsi" və ya "monqol ləkəsi" kimi tanınan doğuş ləkələri yeni anadan olan körpələrdə daha çox olur. Bəs bu ləkələr necə müalicə edilir?

Doğuş ləkələri normalda dəridə olan qan damarları və ya dəriyə rəngini verən pigment hüceyrələrindəki pozuntular nəticəsində yaranır. Daha çox omba və bel hissələrində müşahidə edilir. Ləkələr bir və ya birdən çox ola bilər. Ölçüləri bir neçə santimentrdən 20 sm-ə qədər ola bilər. Uzunluq baxımından digər doğuş ləkələrindən böyük ola bilər, lakin bədən sahəsinin 5 faizindən artıq yeri tutmur.

Monqol ləkəsi kimlərdə olur?

Moğollarda, türklərdə, cənub-şərqi Asiya xalqlarında, şimal və orta Asiya türklərində, şərqi afrikalılarda, qırmızı dərililərdə daha çox rast gəlinir. Normada doğuşdan 3-5 il sonra və ya ən geci yeniyetmə yaşında yoxa çıxır. Statistik olaraq bu fakta baxsaq, şərqi Asiya xalqlarının uşaqlarının demək olar ki, hamısı monqol ləkəsi ilə dünyaya gəlir. Bu nisbət 95-100 faiz arasındadır. Ana və ya atanın sadəcə birinin asiyalı olan uşaqlarda da əsasən monqol ləkəsi ola bilər. Şərqi Afrika uşaqlarının 90-95 və qırmızı dərililərin 85-90 faizində müşahidə edilir. Bundan başqa, Latın amerika xalqlarının 50-70 faizində rast gəlinir.

Monqol ləkəsi öz-özünə gedirmi?

Monqol ləkələrinin rəngi bir az tündləşir, ilk bir ildə öz-özünə yoxa çıxmağa başlayır. 6 yaşınadək qalıcı ola bilən ləkələr də var. Çox nadir hallarda bu ləkələr yetkinlik yaşınadək qala bilər və ciddi estetik problemlərə səbəb olur. Bu cür hallarda lazer epilyasiyası vasitəsilə problem həll edilir.

Metabolik xəstəliklərlə birlikdə ortaya çıxır

Monqol ləkələri nadir hallarda metabolik xəstəliklərlə birlikdə yarana bilər. Xüsusən də yayılan, erkən yaşlaradək davam edən və çox sayda monqol ləkələrində bu metabolik xəstəliklərin olduğu deyilir. Bundan başqa, dodaq yarıqları ilə birlikdə monqol ləkəsi yarana bilər.

Keçməyən monqol ləkələrinin müalicəsi

Əslində, ilk 5 ildə yoxa çıxdıqları üçün müalicəyə ehtiyac yoxdur. Lakin yenə də çox nadir hallarda da olsa yetkin yaş dövrlərindək getməyən monqol ləkələri əsasən bel və ombada, yəni bədənin görünməyən hissələrində olduğu üçün problem yaratmır. Lakin üz və qollar kimi bədənin görünən hissələrində olan ləkələr kosmetik problemlər yaradır. Bu cür vəziyyətdə lazer epilyasiyası köməyə gəlir.

Lazerlə necə müalicə edilir?

Müalicə prinsipi ləkə yaradan damarların içərisindən keçən qan hüceyrələrinin lazer işığı ilə tutulmasıdır. Beləliklə, damar içərisində istinin təsiri ilə damar zədələnir. Bir müddət sonra damar yox olur və beləliklə, hər seansda ləkə solmağa başlayır. Lazer müalicəsinin özünəməxsusluğu hədəf hüceyrələrə təsir edən zaman digər hüceyrələrə təsir etməməsidir. Bu cür lazer müalicəsi izsiz müalicə etmək imkanı yaradır. Lazer müalicələri 4-8 həftə arası davam edir. Xəstədən asılı olaraq 5-20 seans ola bilər.

Analar doğuşdan sonra körpədə bu ləkələri gördükdə təəssüflənməsinlər. Çünki monqol ləkələri yetkinlik yaşınadək solub gedir, çox az insanlarda isə yetkinlik yaşdan sonra yox olur. Əgər bu ləkələr zamanında solmasa, lazer müalicəsi edilə bilər.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 08:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see287

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see267

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see248

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see248

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see239

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see238

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see224

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see219

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see207

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see202

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see201

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see196

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see196

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see191

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see191

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see185

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see182

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see180

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see169

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri