Körpələrdə qaz sancısını necə aradan qaldırmaq olar? 5 effektiv üsul
Icma.az, Sherg.az portalına istinadən məlumat verir.
Yeni doğulmuş körpələrdə ən çox rast gəlinən problemlərdən biri qaz sancısıdır. Bu hal körpələrdə narahatlığa, ağlamağa və yuxu pozuntusuna səbəb olur.
Sherg.az xəbər verir ki, körpələrdə qaz sancısını azaltmaq üçün düzgün qidalandırma mövqeyi, kürək və qarın nahiyəsinə yüngül masaj, eləcə də ayaqların velosiped hərəkətinə bənzər şəkildə hərəkət etdirilməsi tövsiyə olunur.
Qazın çıxmasına kömək etmək üçün körpəni çiyinə söykəyərək dik vəziyyətdə saxlamaq, kürəyini yüngülcə sığallamaq və ya qarnı aşağı vəziyyətdə dizlərin üzərinə yerləşdirərək kürəyini masaj etmək olar.
Mütəxəssislər həmçinin qidalanma zamanı fasilələr verməyi, körpənin başını mədəsindən bir qədər yuxarıda saxlamağı və qidalandıqdan dərhal sonra uzandırmamağı məsləhət görürlər.
Bundan başqa, körpələrdə hava udulmasını azaltmaq üçün antikolik əmzikli butulkalardan istifadə etmək də faydalı ola bilər.
Baxış sayı:62
Bu xəbər 09 Noyabr 2026 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















