Icma.az
close
up
RU
Körpələrdə qaz sancısının həll yolları

Körpələrdə qaz sancısının həll yolları

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Doğulduqdan sonra əsasən 20-ci gündən etibarən başlayan və 4-5 ay davam edən bilən qazlılıq dövr, sadəcə körpələri deyil, eyni zamanda ailələri də sıxıntıya salan bir vəziyyətdir.

QAZIN YARANMA SƏBƏBİ NƏDİR?

Qaz, körpənin südü əmərkən udduğu havadır. Qazın az olması üçün döşün tünd hissəsinin (areolanın) körpənin ağzına qoyulması lazımdır. Körpələrdəki qaz sancısı, böyüklərdəki kimi dəyərləndirilib və çarə olaraq bir sıra dərmanlardan istifadə edililir. Ancaq, körpələrdəki qaz sancısının mexanizması böyüklərdə olandan fərqlidir. Qazı yaxşı çıxarılmayan körpə anasına 3 əlamət  göstərə bilər: Çox hıçqırıq tutar, qidalanma zamanı qarnından gurultu səsləri gələr və çox qaz çıxardar.

KÖRPƏLƏRDƏKİ QAZ SANCISININ SƏBƏBİ HƏRƏKƏTSİZLİKDİR.

– Bu səbəbdən hətta böyük adamlar da keçirdikləri əməliyyatdan sonrakı gün gəzdirilir və ya onlara gəzişmək tövsiyə edilir.

– Bu səbəbdən körpələr nəqliyyata minərkən sakitləşir və sancıları keçir.

– Bu səbəbdən 4-cü aydan etibarən körpə sağa-sola dönməyə başlayanda qazlılığı keçir. Bəzi uşaqların çevrilmə hərəkətlərini etməsi gecikdiyi üçün qaz sancısı da uzun çəkə bilir.

- Bu səbəblə insanlar 2-3 nəsil əvvəl körpələrdə qaz probleminə az rast gəlirdilər, çünki, körpələr indiki kimi sabit yataqlarda deyil, beşik və ya yellənən çarpayılarda yatdırılırdılar.

Əgər körpələrdə qazlılıq problemi istənilmirsə, körpə bir şəkildə hərəkət etdirilməlidir. Körpələrdə “qucağa öyrəşmə” adlı bir təhlükə mövzusu doğru deyil. Bu söz el uydurmasıdır.

Mədədə, bağırsaqda yaranmış havanı yox edən dərman yer üzündə hələ kəşf edilməyibdir. Bu iş üçün şüyüd və buna bənzər bir çox otlardan istifadə olunur. Bunların ən əhəmiyyətli xüsusiyyəti kalium elementi ilə zəngin olmalarıdır. Kalium da bağırsaq hərəkətlərini artırır. Bağırsaq hərəkətləri artınca da, insana qazını çıxarması asanlaşır. Ancaq,körpədə 6 ayına kimi ana südü və ya süni qidadan kənar hər hansı maye və dəmləmələrin verilməsi düzgün deyil. Hətta yalnışlıq nəticəsində bu cür dəmləmələr verilərsə yenə də qaz tam çıxana qədər, sancısını və ağrısını körpəyə göstərəcəkdir.

ANANIN YEDİYİ QİDALARDAN KÖRPƏYƏ QAZ KEÇƏRMİ?

Qaz yaradan qidalar ananın bağırsağında qazlılıq yaradır. Heç bir zaman ananın bağırsağındakı qaz qana qarışıb, qanla döşə və ana südününə gedib körpəyə keçə bilməz. Bu tamamilə uydurmadır.

KÖRPƏNİN QAZI NECƏ ÇIXARILMALIDIR?

İlk öncə bilmək gərəkdir ki, “QAZIN DƏRMANI HƏRƏKƏTDİR”. Körpə qazı çıxarılarkən dik olaraq qucaqda(çiyin nahiyəsində) tutmaq, bir qolun üstünə oturdulmalı və yanının yuxarısına-belinin alt hissəsinə əllə masaj edilməlidir. Həmçinin həmin nahiyyəyə ehmalca hərəkətlərlə vurulmalıdır. Bu zaman körpəni ağrıtmamaq üçün əlin iç qismindən istifadə edilməməlidir. Ələ yay şəkli verilərək, içəridə hava boşluğu saxlayıb, əlin yastıq vəzifəsi rolu oynaması əhəmiyyətlidir. Eyni zamanda, körpənin qazını çıxarması üçün qarnına saat istiqamətində masaj etmək, ayaqlarını velosiped sürürmüş kimi hərəkət etdirmək və körpəni sağa-sola çevirərək hərəkət etdirmək lazımdır.

Həmçinin valideynlər tərəfindən sınanan və effektivliyi sübuta yetən Baby Bowen massaj texnikası ilə tanış olub, onu körpənin üzərində həyata keçirmək olar.

Bu dönəmdə körpələrin digər bir sancılanma səbəbi, qaz narahatlığı ilə ağlayan körpənin ac olduğu düşünülərək, qazı çıxarılmayıb yenidən yedirilməsidir. Bu halda körpənin nəcisi qızılı sarı rəng deyil, yaşıl rəngdə olur və ya körpədə həddən çox qaytarma müşahidə olunur. Körpə artıq qidanı qaytararaq özünə çarə qılmış olur. Belə körpələrin qaytarmasına baxmayaraq, az kilo alma problemi yaranmır.

Tərcümə: Aynur Eyvazqızı
Mənbə: www.bmj.com

?

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 04:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see290

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see270

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see250

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see250

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see242

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see240

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see226

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see220

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see210

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see206

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see203

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see198

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see197

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see193

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see192

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see186

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see183

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see182

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see169

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri