Icma.az
close
up
RU
Körpənin göbəyinə necə qulluq etməli? Pediatr məsləhətləri

Körpənin göbəyinə necə qulluq etməli? Pediatr məsləhətləri

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin klinik protokoluna əsasən yeni doğulmuş körpələrin göbək güdülünün təmiz və quru saxlanılması kifayətdir, hər hansı vasitələrlə işlədilməsinə ehtiyac yoxdur.

Yenə də hər şeyi nəzərə alaraq profilaktik olaraq 70%-li spirtlə təmizlənməsi tövsiyyə oluna bilər. Qısaca olaraq desək, göbək güdülünü çox sayda məhlullar (perekis, zelyonka, ksereform və s.) ilə təmizləməyə, boyamağa ehtiyac yoxdur.

Göbək güdülünü təmiz və quru saxlasanız öz-özünə quruyub düşəcək və daha tez sağalacaqdır. Göbək güdülünün təmiz və quru qalması üçün bezi bağlayarkən göbək kordonunun çöldə (bezdən kənarda) qalmasına xüsusi diqqət edin ki, sidik və nəcis korpənin göbəyini bulamasın.

Diqqətinizi çəkmək istədiyimiz bir digər məqam isə körpələrin çimizdirilməsi ilə əlaqədardır. Bəzi valideynlər körpədə göbək düşmədən onu çimizdirməzlər. Bu yanlış bir düşüncədir. Belə ki, körpə dünyaya gəldikdən 24 saat sonra çimizdirilə bilər, hətta çimizdirilməlidir də. Göbək 20-ci gündə, hətta bəzən 1 ayında da düşə bilər. Bu vaxta qədər gözləmək doğru deyildir. Əgər göbək körpənin 20-ci günündən sonra düşməzsə həkimə müraciət edilməlidir. Onu da qeyd edək ki, gec-gec çimizdirilən körpələrin dərilərində bişməcə və səpkilərə daha tez-tez rast gəlinir. Çimizdirilən körpə özünü daha yaxşı, rahat hiss edir, yaxşı əmir və rahat yatır. Körpəni çimizdirərkən onun göbəyini bağlamağa ehtiyac yoxdur.

Çimizdirildikdən sonra körpənin göbəyi yaxşıca qurulanmalıdır. Əgər göbək ətrafında qızartı, pis qoxulu yaşıl axıntı, davamlı bir şəkildə qanama halları olarsa bu zaman təcili həkimə müraciət edilməlidir. Lakin bununla belə göbək düşdüyündə az miqdarda qanama, yüngül axıntı da ola bilər ki, bu da normaldır.

Müəllif: Altay Abdullaoğlu

Pediatr-neonatoloq

Vib.az

.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:294
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 04 Noyabr 2024 23:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see330

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see329

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see324

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see321

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see305

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see297

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see293

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see280

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see278

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see271

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see252

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see251

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see249

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see235

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see227

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see227

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see223

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see218

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri