Icma.az
close
up
RU
Körpəsini quyuya atmaq istəyən, əsərlərini yandıran yazıçı Cəlilin evindən REPORTAJ

Körpəsini quyuya atmaq istəyən, əsərlərini yandıran yazıçı Cəlilin evindən REPORTAJ

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Lent.az Cəlil Məmmədquluzadənin ev-muzeyindən reportajı təqdim edir.

"Sizi deyib gəlmişəm..." - Binanın blokundakı bu yazını oxuyanda ünvanı düz tapdığıma əmin oldum. Cəlil Məmmədquluzadənin evi...

Bizi Muzeyin direktoru Yeganə Məmmədova qarşılayır. Vaxt itirmədən ev-muzeyi "kəşfə" çıxırıq. Muzey 5 otaqdan ibarətdir.

Birinci otağa daxil oluruq. Bu otaq Cəlil Məmmədquluzadənin uşaqlıq, gənclik və tələbəlik dövrünə həsr olunub. Burada onun uşaqlıq və gənclik illərindən xatirələr, doğulub boya-başa çatdığı evin, müəllimlərinin fotoları nümayiş etdirilir.

Eyni zamanda, ədibin müəllim kimi çalışdığı Uluxanlı, Baş Noraşen, Nehrəm kənd məktəblərinin şəkilləri, eləcə də Nehrəmdə təsis etdiyi ilk qız sinfinin şagirdlərinin siyahısı təqdim olunur. Onun ilk qələmə aldığı “Çay dəstgahı”, “Kişmiş oyunu” və “Poçt qutusu” hekayələri haqqında ətraflı məlumat verilir.

Muzeyin direktoru Yeganə xanım bildirir ki, Mirzə Cəlil Nehrəmdə dərs dediyi vaxt uşaqlar dermatoloji xəstəliyə yoluxur və hamısında kəçəlləşmə baş verir. Mirzə Cəlil öz pulu ilə dərman alır və dərsdən sonra şagirdləri çimizdirib yaralarına məlhəm çəkir.  

Satira, tənqid yazan yazıçıları oxucular həmişə əsəbi, aqressiv təsəvvür edir. Məsələn, çox adam elə bilir ki, Mirzə Ələkbər Sabir çox əsəbi adam olub, həmçinin Mirzə Cəlil. Mirzə Cəlillə bağlı faktları araşdıranda bəzi maraqlı məqamlara rast gəldim. Qulam Məmmədli yazır ki, Mirzə Cəlil Qoriyə oxumağa getmək istəyir. Lakin ailəsi buna razı olmur. Bundan əsəbiləşən Cəlil əlinə ağac alaraq evdəki bütün qab-qacağı sındırır. Ata-anası onun dəli olacağından qorxaraq, getməyinə icazə verirlər... Maraqlıdır ki, Qoridə oxuduğu illərdə Mirzə Cəlil Azərbaycan dilindən və yazıdan “2”, şifahi nitqdən isə 5 qiyməti alırdı.

Digər bir hadisə də rastıma çıxdı: Körpə qızı dayanmadan ağlayanda o qədər əsəbiləşib ki, onu qucağına alıb su quyusuna atmaq istəyir. Amma yarı yolda dayanır və fikrindən daşınır. 

1894-cü ildə Nehrəm kəndində müəllim işləyən Cəlil Məmmədquluzadə İrəvan xalq maarif müfəttişliyindən icazə alaraq “Molla İbrahimxəlil kimyagər” komediyasını tamaşaya qoydurur.

Növbəti otağa keçirik. Qonaq otağı. Burada Mirzə Cəlil və ailəsinə məxsus masa, stullar var. Masaya qab-qacaq düzülüb. Bu qablar Mirzə Cəlilin üçüncü həyat yoldaşı Həmidə xanım Cavanşirin qab-qacaq servisidir.

Masanın üzərindəki incə naxışlı süfrə isə Qarabağ sənətkarlarının əl işidir. Otağın sağ divarında rəssam Oqtay Sadıqzadənin çəkdiyi Cəlil Məmmədquluzadə və Həmidə xanımın portretinin reproduksiyası yer alır. Burada həmçinin ədibin övladlarının fotoları, doğum və nikah sənədləri, onun yaxın dostları — “Şərqi-rus” qəzetinin redaktoru Məhəmmədağa Şahtaxtlı və “Molla Nəsrəddin” jurnalının yaradıcılarından, tanınmış yazıçı və jurnalist Ömər Faiq Nemanzadə ilə bağlı materiallar, eləcə də həyat yoldaşı Həmidə xanımın oğlu Nifhətə yazdığı məktub sərgilənir.

Yeganə xanım deyir ki, bu muzeyin yaranması bir az fərqli olub. Buranı qurmaq üçün çatışmayan bəzi əşyaları qonşulardan alıblar. Əlyazmalar institutunun damından da xeyli əşyalar tapılıb. 

Divardakı yatmış saat 16:35-i göstərir. Bu tarix maraqlı gəlir:

- Saatın məhz bu tarixdə dayandırılmasının bir mahiyyəti var?
- Bu saatın yox, amma digər otaqdakı saat Mirzə Cəlilin vəfat etdiyi saatda dayanıb.

Divarda Mirzə Ələkbər Sabirin portreti asılıb. Mircə Cəlilin çox assosial insan olduğu deyilir. Lakin Sabirlə yaxın dostluğu var imiş. Hətta Sabir qaraciyər serrozu olanda Mirzə Cəlil onu Tiflisə aparır və orada müalicə etdirir. Həmidə Xanım Cavanşir Sabirin qulluğunda dayanır.

Həmidə xanımın otağına keçirik.

Otaqkı geyim şkafında Həmidə xanıma məxsus kostyum asılıb. Masanın üzərində yerləşdirilmiş çanta isə onun istifadə etdiyi tibb çantasıdır. Yeganə xanım deyir ki, bu çantanı Mirzə Cəlil Moskvadan gəririb.  Həmidə xanım Qarabağda yaşadığı dövrdə bu çanta ilə ətraf kəndlərə gedərək xəstələrə peyvənd və dərman çatdırırdı. Şkafda Həmidə xanıma aid ənlik-kirşan qabı var.

Otağın divarlarından birində ailə şəcərəsi təqdim olunur. Eyni zamanda, çarpayının üstündə asılan məşhur Qarabağ xalçası otağa özünəməxsus  estetik dəyər qatır. Bu otaq mənə başqa bir əhvalatı da xatırlatdı: Həmidə xanım bir gün Cəlil Məmmədquluzadəni qulluqçusu ilə yataqda yaxalayır. Tüfəngi ona tuşlayıb öldürmək istəyir, lakin sonradan qıymır...

Divarın bir hissəsinin boyası yağış suyuna görə ovulub tökülmüş vəziyyətdədir.

Yeganə xanım bildirir ki, axırıncı dəfə çox pis təmir edilib:

- "Kreativ mod" adı ilə eksponatlar üçün qara fon düzəltdilər, lakin bu, evin orijinallığını itirir. Burada çox gözəl çilçıraqlar var idi, onları götürüb yerinə modern işıqlar quraşdırıblar. 

Növbəti otağa keçirik. Bu otaqda Cəlil Məmmədquluzadənin dram yaradıcılığı, əsərlərinin müxtəlif dillərə tərcümələri və xarici ölkələrdə nəşr olunmuş nüsxələri sərgilənir. Burada yazıçının “Ölülər”, “Anamın kitabı” və “Dəli yığıncağı” kimi məşhur dram əsərlərinin müxtəlif illərdə səhnəyə qoyulmuş tamaşalarından fotoşəkillər var.  Ədibin şah əsəri sayılan “Ölülər” pyesində Kefli İsgəndər obrazını ilk dəfə canlandırmış görkəmli Azərbaycan aktyoru Mirzəağa Əliyevin fotosu da burada yer alır. Yeri gəlmişkən, Mirzə Cəlil "Ölülər"i real həyatda baş vermiş hadisədən ilhamlanaraq yazıb. Ölü dirildən dərvişlər Seyid Heydər və Seyid Mirzəcan İranın Qaradağ mahalından Cəbrayılın Hörovlu kəndinə gəlmişdilər. 1890-cı illərin əvvəllərində baş vermiş bu hadisə Cəlil Məmmədquluzadəyə ilham qaynağı olmuşdu. Otaqda "Çay dəstgahı" və "Ölülər" əsərinin səhnələşdirilmiş halının maketi qoyulub.


Nəhayət, 5-ci otağa keçirik. Bu otaq Cəlil Məmmədquluzadənin şəxsi dünyasına bir pəncərə açır. Burada onun yazı masası, kitab rəfləri, şəxsi əşyaları və müxtəlif sənədlərin əlyazmaları yer alır. Bu otaq uzun müddət "Molla Nəsrəddin"in redaksiyası kimi istifadə edilib. Mirzə Cəlil xüsusilə iş başında olarkən səssizliyi sevirmiş, ən xırda səs belə fikrini yayındırırmış.

“Əl verməmək və uzun danışıqlarla işdən ayırmamaq xahiş olunur” - Bu sözləri Mirzə Cəlil redaksiyanın girəcəyində divara yazıb vurmuşdu. Yazıçı redaksiyaya gəlib çox zaman lüzumsuz söhbətlərlə onun vaxtını alanlardan bezmişdi. Bundan başqa, tanımadığı adamlarla əl tutub görüşdükdən sonra mütləq gedib əllərini yuyurdu.

Ədibin irsini araşdıran tədqiqatçıların, eləcə də “Molla Nəsrəddin” jurnalının yaradıcı heyətinin fotoşəkilləri otağa tarixi bir dəyər qazandırır. Divarda “Molla Nəsrəddin” jurnalının redaksiyasının yerləşdiyi “Qeyrət” mətbəəsinin fotosu da diqqət çəkir. Kitab şkaflarında isə 19–20-ci əsrə aid dəyərli ensiklopedik lüğətlər, Cəlil Məmmədquluzadənin orijinal əsərləri və onun yaradıcılığına dair tədqiqat kitabları yer alır. Otaqda asılmış saatın əqrəbləri yazıçının dünyasını dəyişdiyi an – saat 15:00-da saxlanılıb. Bundan əlavə, onun qələmqabısı, tütün kisəsi, ətir qabı və şəxsi kəməri də ziyarətçilərə təqdim olunur. Bu otaqda da divarın rütubətdən aşınmış hissələri nəzərə çarpır.

Divardan kamança asılıb. Mirzə Cəlil bu kamançada ifa edibmiş. Otaqdakı bir guşədə isə "Molla Nəsrəddin"in orijinal nüsxəsi sərgilənib. 

Otaqda soba da var. Bu, Mirzə Cəlilin əsərlərini yandırdığı həmin məşhur sobadır... Soba həmişə soyuq saxlanılır. Mənası isə odur ki, bu soba nə qədər yansa da, həmişə bizi üşüdür, çünki Mirzə Cəlilin əsərlərini yandırdığı sobadır...


 
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://lent.az
archiveBu xəbər 12 May 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə və Şimali Kipr mediası Heydər Əliyev irsi barədə materiallar dərc edir

10 May 2025 18:53see189

İspaniya La Liqası: Atletiko qələbəni darmadağınla qazandı

11 May 2025 02:29see154

Ümummilli Lider Heydər Əliyevin 102 illiyi Lerikdə qeyd olunub FOTO

12 May 2025 02:02see150

İlham Əliyev şəhid atalarının dəstəyindən danışarkən kövrəldi

11 May 2025 01:02see149

Prezident Ağdamda Çıxışın TAM MƏTNİ + FOTOLAR (Yenilənib)

11 May 2025 00:00see144

Beton maşını yoldan çıxdı: Əraziyə beton yayıldı VİDEO

11 May 2025 12:32see142

Sakitlik uzun çəkmədi Kəşmirdə partlayış səsləri eşidilir

10 May 2025 19:50see141

“Evdən işləyirəm” deyənlər oxusun...

10 May 2025 17:54see140

Vüsal İsgəndərlidən məhsuldar ötürmə

11 May 2025 01:47see140

ABŞ nümayəndələri Kiyev Təhlükəsizlik Forumuna qatılmadı KONKRET

10 May 2025 20:26see140

Messi həyat yoldaşından ayrılacaq?

11 May 2025 06:36see139

Veneranın yeni sirləri planetoloqları çaşdırır...

10 May 2025 23:16see138

Gerçəkləşməyən uşaqlıq arzusunu 85 il sonra həyata keçirdi

10 May 2025 22:11see136

Batumi qaranlığa qərq oldu

10 May 2025 22:55see133

Bakıdan Pakistan Hindistan atəşkəsinə reaksiya

10 May 2025 20:15see132

Stalin Avropaya hücuma hazırlaşırdı və...

12 May 2025 01:15see131

Ərdoğanla Putin telefonda danışdı Zelenskidən dərhal reaksiya gəldi: Hazıram

11 May 2025 22:17see127

Ukraynanın “MiQ 29” təyyarəsi rusların bazasını məhv edib

10 May 2025 19:23see126

Ulu Öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq Bağdaddakı səfirliyimiz ziyarət edilib

11 May 2025 18:36see121

İqtisadçı: Mövcud vəziyyətdə siqaret qiymətləri bahalaşmamalıdır

11 May 2025 17:16see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri