Icma.az
close
up
RU
Mirzə Cəlilin gecikmiş prototipi KONKRET

Mirzə Cəlilin gecikmiş prototipi KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İlk dəfə eramızdan əvvəl 5-ci əsrdə məşhur yunan tarixçisi Herodot dünyanın möcüzələri konsepsiyasını irəli sürüb.

Üzərindən 100 il keçəndən sonra, yəni eramızdan əvvəl 4-cü əsrdə Sidonlu Antipater dünyanın sadəcə 7 möcüzəsi olduğunu bildirib və bu gün qəbul olunan “Yeddi möcüzə” siyahısını tərtib edib.

Bir sözlə, “dünyanın 7 möcüzəsi” konsepsiyasının irəli sürülməsindən və siyahısının tutulmasından indiyə qədər 2500-2300 il vaxt keçir. Elə buna görə də xarüqəladə əsərlər 7 ilə məhdudlaşıb. Həmin siyahı indi tutulsaydı, əminəm ki, dünyanın xarüqəladə əsərləri 7 yox, 8, bəlkə də 9 olardı. Digər iki xarüqəladə əsər isə bizim payımıza düşərdi. Söhbət, təbii ki, “akademikbaşı” İsa Həbibbəylidən gedir.

“Akademikbaşı”nı xarüqəladə edən, bilirsinizmi, nədir? Təbii ki, onu digər bənzərlərindən fərqləndirən xüsusiyyətləri.

Məlumdur ki, dünyanın bütün əsərlərinin obrazlarını (xarüqəladə olsun və ya olmasın) müəlliflər yaradıb. Onlar hansısa bir prototipi nəzərdə tutub mənfi və müsbət obrazlar meydana gətiriblər. İsa Həbibbəyli də əslində Mirzə Cəlilin müxtəlif əsərlərinin prototipi sayıla bilər. Onun xarüqəladə tərəfi odur ki, digər prototiplər ən yaxşı halda müəlliflərlə eyni zamanda və ya əvvəl yaşayıblar. İsa Həbibbəyli isə öz müəllifindən xeyli sonra dünyaya gəlib. Mirzə Cəlil 1932-ci ildə rəhmətə gedib, İsa Həbibbəyli isə onun ölümündən 17 il sonra – 1949-da anadan olub. Buna baxmayaraq, onun bir çox obrazlarının prototipi olmağı bacarıb. Vallah, halaldır bu adama.

Amma bu, hələ onun xarqəladəliyin yeganə əsası da deyil. Digər prototiplər müəlliflərinin “materialı”, tədqiqat obyekti olub. Bizim İsa müəllim isə Mirzə Cəlilin əsərlərinin prototipi olmasına baxmayaraq, öz müəllifinin həyat və yaradıcılığını incələyib. Xeyli məqalələr və kitablar yazıb. Hətta bu xidmətlərinə görə akademik ünvanı qazanıb, sonra isə dilini işə salıb Rusiyanın agentura şəbəkəsinin baş agentinə bəy tərifi deyə-deyə “akademikbaşı”lığa yüksəlib.

Ən əsası, digər 7 möcüzəni insanlar yaradıb. Bizim möcüzəvi şəxsiyyəti isə Allahın özü yaradıb bizə bəxş edib.

Hesab edirəm ki, bu xarüqəladə bacarığına görə ona AMEA-nın qabağında başı buludlardan, ayağı Xəzər dənizindən nəm çəkən hündür abidə qoymalıdır. Qoy, bu abidə də olsun dünyanın 9-cu möcüzəsi. Bizim yunanlardan nəyimiz əskikdir ki? Heç onların öz müəllifinin əsələrini incələyən prototipləri var?
Heydər Oğuz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://konkret.az
archiveBu xəbər 30 Noyabr 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see891

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see342

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see314

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see301

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see278

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see265

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see232

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see230

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see212

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see205

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see203

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see202

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see201

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see201

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see195

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see188

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see188

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see187

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see175

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri