Icma.az
close
up
RU
Korrupsiya və təcavüz ittihamı: İspaniya seçki rejiminə keçir Hökumət və müxalifətin planı

Korrupsiya və təcavüz ittihamı: İspaniya seçki rejiminə keçir Hökumət və müxalifətin planı

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Keçən həftəsonu İspaniyanın iki əsas siyasi qüvvəsi - hakim Sosialist Fəhlə Partiyası və müxalifətdə olan Xalq Partiyası qurultay keçirib və öz liderlərini yenidən seçiblər. 

Qaynarinfo xəbər verir ki, sosialistlər üçün bu, baş nazir Pedro Sançesə yaxın şəxslərlə bağlı korrupsiya qalmaqalları fonunda hakimiyyəti qorumaq üçün mümkün ssenariləri müzakirə etmək imkanı idi. Xalq Partiyası isə növbədənkənar seçkilər tələbi ilə çıxış edərək, həmçinin ifrat sağçılarla əməkdaşlıq qapısının artıq açıq olduğunu bəyan edib.

Sosialistlərin qurultayından bir gün əvvəl, 5 iyulda, "ElDiario" nəşri baş nazirin partiya yoldaşı Fransisko Salazarın bir neçə qadın sosialist tərəfindən cinsi təcavüzdə ittiham olunduğunu yazıb. Salazar partiyanın təşkilati katibliyində sədr müavini postuna namizəd idi, lakin qurultaydan bir neçə saat əvvəl istefa verib. Bu hadisə baş nazir Sançesin partiya rəhbərliyində dəyişikliklər edərək korrupsiya iddialarından uzaqlaşmaq planına ciddi zərbə vurub.

Buna baxmayaraq, qurultayda sosialistlər birliyini nümayiş etdirməyi bacarıb və Pedro Sançes demək olar ki, yekdilliklə yenidən partiya lideri seçilib. O, həmkarlarının davranışına görə üzr istəyib və 2027-ci il seçkilərində yenidən namizəd olacağını bildirib. Eyni zamanda, hökumətin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ehtimalını rədd edib: "Kapitan dənizdə fırtına zamanı məsuliyyətdən yayınmır, o, yerində qalır ki, gəmini limana çıxarsın".

Lakin Sançesin bu "fırtına”dan sağ çıxıb-çıxmayacağı hələ bəlli deyil. Xalq Partiyası və ifrat sağçı Vox Partiyası dəfələrlə hökumətin istefası və növbədənkənar seçkilər tələbi ilə çıxış ediblər. Onların hələlik parlamentdə belə bir qərarı qəbul etdirmək üçün 176 səsə ehtiyacı var, lakin hazırda bu iki partiyanın cəmi 170 səsi mövcuddur. Bununla belə, siyasi böhran dərinləşdikcə onların yeni müttəfiqlər qazanması ehtimalı artır.

Xalq Partiyasının paralel qurultayı isə əslində seçki kampaniyasının startı olub. Partiyanın lideri Alberto Nunes Feyxoo 99 faiz dəstəklə yenidən sədr seçilib və gələcək hökumətin konturlarını açıqlayıb. "Yalnız iki seçim var: Sançes və ya mən. Başqa alternativ yoxdur… Mən təkpartiyalı hökumət istəyirəm. Yeganə koalisiya hökuməti artıq uğursuz olub", deyə o, Sançesin separatçı region partiyaları ilə qurduğu koalisiyanı nəzərdə tutaraq bildirib. 

Feyxoo həmçinin ifrat sağçı Vox Partiyası və onun lideri Santyaqo Abaskalla işləməyə hazır olduğunu deyib. "Bu, ölkənin üçüncü siyasi qüvvəsidir, onların seçiciləri hörmətə layiqdir və mən onları küncə sıxışdırmaq niyyətində deyiləm", deyə Xalq Partiyasının lideri vurğulayıb.

Bununla belə, "El Pais" nəşrinin araşdırmasına əsasən, növbədənkənar seçkilər nəticəsində təkpartiyalı hökumətin formalaşması real görünmür. Xalq Partiyasının reytinqi sosialistlərdən yuxarı olsa da, bu, hakimiyyət qurmaq üçün kifayət deyil. Ən mümkün ssenari Vox və Kataloniyadakı "Junts per Catalunya" ilə koalisiya hökumətidir. Lakin bu iki qüvvə arasında ciddi fikir ayrılıqları mövcuddur. Nəşr qeyd edir ki, yerli səviyyədə Xalq Partiyası artıq bir neçə ildir ki, Vox ilə əməkdaşlıq edir və bu ittifaq partiyanın antimiqrant ritorikasının sərtləşməsinə təsir göstərib. Əgər bu birlik federal səviyyəyə keçərsə, sərt miqrasiya siyasəti ümumi gündəmə çevrilə bilər.

Feyxoonun çıxışında da buna dair işarələr olub. Mərkəzdən idarəetmə vədi versə də, bəzi mövzularda, xüsusən də vergi siyasəti ilə bağlı onun çıxışı ifrat sağçı ritorikanı xatırladıb. Eyni zamanda, o, Sançes hökumətinin həyata keçirdiyi sosial gündəmi qorumağa söz verib. Sonda Xalq Partiyasının lideri tərəfdarlarını həddindən artıq nikbinlikdən çəkindirməyə çalışaraq bildirib ki, qarşıdakı seçkilər "parkda gəzinti” olmayacaq.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 İyul 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri