Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Korrupsiyaya görə həbs edilən icra başçıları ARAŞDIRMA

Korrupsiyaya görə həbs edilən icra başçıları ARAŞDIRMA

Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.

Məlum olduğu kimi, ötən həftə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qax rayonunda əməliyyat keçirib. Əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb. Korrupsiya əməllərində ittiham olunan başçı barəsində həbs qətimkan tədbiri seçilib.
 

2019-cu ildən indiyədək Azərbaycanda həbs edilən icra başçılarının əksəriyyəti eyni ittihamla saxlanılıb və həbs olunublar.
 

Sfera.az xəbər verir ki, Bizim.Media vəzifəsini yerinə yetirərkən tutduğu nöqsanlara görə məhkumluq həyatı yaşayan icra başçılarının siyahısını təqdim edir.

Qoca Səmədov


2019-cu ildə Yevlax rayonunun sabiq icra başçısı Qoca Səmədov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə saxlanılıb. Törətdiyi cinayət əməllərinə görə, 7 il 3 ay həbs cəzasına məhkum edilən sabiq başçının səhhəti nəzərə alınaraq həbs müddəti 6 ilə endirilib. Həbsdə olarkən 3 dəfə əməliyyat olunan, 2023-cü ildə şərti azadlığa buraxılan Qoca Səmədov həmin ilin dekabrında vəfat edib.

Nizaməddin Quliyev


Elə həmin il Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən rüşvət alarkən cinayət başında yaxalanan Ağstafa rayonunun keçmiş icra başçısı Nizaməddin Quliyev də həbsdə olarkən vəfat edən icra başçılarındandır. 9 il müddətində azadlıqdan məhrum edilən eks-icra başçısı 2021-ci ildə koronavirusdan ölüb. O, 10 il Gədəbəy Rayon İcra Hakimiyyətinə başçılıq edəndən sonra elə saxlanıldığı il Ağstafa rayonuna icra başçısı təyin olunmuşdu.
 

İcra başçılarının həbsi 2020-ci ildə də davam edib. Həmin ilin fevralında Neftçalanın, mayda isə Biləsuvarın və İmişlinin, ardından Kürdəmir, Cəlilabad rayonlarının da başçıları həbs olunub. 

İsmayıl Vəliyev


Neftçalanın sabiq və həbsdə olan icra başçısı İsmayıl Vəliyev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətində azadlıqdan məhrum edilib. Onun cəzası kassasiya şikayəti əsasında 6 il 2 aya endirilib. Qeyd edək ki, o, 2005-ci ildən Qobustan, 2011-ci il tarixdən 20 fevral 2020-ci ilədək Neftçala RİH-nin başçısı vəzifəsində çalışıb.

Mahir Quliyev


Biləsuvar Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Mahir Quliyev 2020-ci il aprelin 30-da vəzifəsindən azad edilib. 2006-cı ildən 2011-ci ilədək Astara, 2011-ci ildən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı olan Mahir Quliyev mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, təkrar rüşvət alma və vəzifə saxtakarlığında ittiham olunub. 11 il həbs cəzası alsa da, Ali Məhkəmə eks-icra başçısının şikayətini qismən təmin edərək cəzanı 8 il 3 aya qədər azaldıb.

Vilyam Hacıyev


İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyev də 2020-ci ildə DTX tərəfindən saxlanılan və sonradan cəzası azaldılan icra başçılarındandır. 16 il icra başçısı olmuş Vilyam Hacıyev 2004-2006-cı illərdə Göygöl, 2006-2012-ci illərdə Samuxun, 2020-ci ilə qədər isə İmişlinin icra başçısı vəzifəsində çalışıb. Milyonlarla manat büdcə vəsaitinin yeyintisində ittiham olunan sabiq icra başçısına 12 il həbs cəzası verilsə də, Ali Məhkəmə cəzanı 8 il 6 aya endirib.
Ceyhun Cəfərov


Həbs edilən icra başçıları arasında cəzasını bütövlükdə çəkərək azadlığa çıxan icra başçıları da var. Bu 2020-ci ildə saxlanılan Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərovdur. Məhkəmənin hökmü ilə ona 8 il 6 ay müddətində həbs cəzası verilsə də, bu müddət iki dəfə azaldılıb. Əvvəl 6, sonradan isə Ali Məhkəmənin qərarı ilə onun cəzası 4 il 6 aya qədər azaldılıb. Bu ilin fevralında korrupsiya ittihamları ilə məhkum edilmiş Ceyhun Cəfərovun azadlığa çıxıb.
Namiq Zeynalov


2020-ci ildə saxlanılan Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalova 12 il həbs cəzası verilib. 2023-cü ildə onun cəza müddəti 11 il 9 aya endirilib. Namiq Zeynalov 5 milyon manatdan artıq vəsaiti mənimsəmə və rüşvət alma yolu ilə ələ keçirməkdə ittiham olunub.
 

İcra başçılarının həbs dalğası 2021-ci ildə də davam edib.

Alimpaşa Məmmədov


Həmin il Şəmkir rayonunun sabiq icra başçısı Alimpaşa Məmmədov həbs edilib. Ona 11 il 6 ay həbs cəzası verilib, Ddaha sonra onun cəzası 10 ilə endirilib. O, mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə, təkrar, külli miqdarda rüşvət alma itiihamı ilə həbs edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://sfera.az
archiveBu xəbər 23 İyun 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see334

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see328

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see327

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see325

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see322

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see319

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see308

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see259

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see258

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see243

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see234

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see229

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see213

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see209

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see205

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see203

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see203

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see203

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see202

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri