Korrupsiyaya görə həbs edilən Rəşad Daşdəmirovun yerinə təyinat oldu
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı"na yeni qanuni təmsilçi təyin edilib.
Oxu.Az Qaynarinfo.az-a istinadla xəbər verir ki, Samir Vaqif oğlu Qibləliyev "Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı"nın baş direktoru və qanuni təmsilçisi vəzifəsinə gətirilib.
Qeyd edək ki, Samir Qibləliyev uzun illər Mərkəzi Gömrük Ekspertiza İdarəsinin rəis müavini vəzifəsində çalışıb.
Bundan əvvəl "Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" ASC-nin qanuni təmsilçisi və baş direktoru Rəşad Daşdəmirov idi. Ötən ilin dekabr ayında o, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
O, xüsusilə külli miqdarda qaçaqmalçılıqda və başqa ağır cinayətlərdə ittiham edilir. İş üzrə dəymiş ziyan 3 milyon manatdan artıqdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 05 Yanvar 2026 17:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















