Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Korsika Assambleyasının təşəbbüsündə Paris izi...

Korsika Assambleyasının təşəbbüsündə Paris izi...

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Assambleya Fransanın köləsi olmamalı, öz xalqının hüquqlarını qorumalıdır

Özünü demokratiyanın beşiyi kimi təqdim etməyə çalışan Fransanın əslində, tarixən müxtəlif xalqlara qarşı müstəmləkəçilik siyasəti həyata keçirdiyi bütün dünyaya məlumdur. Bu müstəmləkəçilik siyasətindən müxtəlif xalqlar hələ də əziyyət çəkir. Fransa bir sıra xalqları hələ də öz müstəmləkəsi altında saxlayır. Təəssüf ki, beynəlxalq ictimaiyyət rəsmi Parisin bu siyasətinə qarşı adekvat reaksiya vermir. Lakin Azərbaycan bu məsələdə prinsipial mövqe nümayiş etdirir və Fransanın müxtəlif xalqlara qarşı repressiv siyasətinə etiraz səsini ucaldır. Eyni zamanda, müstəmləkəçiliyə qarşı aparılan  mübarizəyə siyasi və mənəvi dəstək verilir. Bakı Təşəbbüs Qrupunun yaradılması da bu məqsədə xidmət edir. Belə ki, Bakı Təşəbbüs Qrupu  Qoşulmama Hərəkatının  2023-cü il iyulun 5-6-da Bakıda keçirilmiş nazirlər toplantısı çərçivəsində baş tutan tədbirin nəticəsi olaraq yaradılıb.

Hazırda Fransa Afrikada, Karib adaları, Cənubi Amerika, Sakit okean və Hind okeanındakı bəzi ərazilərdə müstəmləkəçilik siyasətini davam etdirir. Bakı Təşəbbüs Qrupu isə Fransanın bu siyasətinə qarşı müxtəlif yerli və beynəlxalq səviyyəli tədbirlər keçirir. Həmin tədbirlərdə fransız müstəmləkəsindən əziyyət çəkən xalqların nümayəndələri də fəal iştirak edirlər. Artıq Azərbaycanın həmin xalqlara siyasi və mənəvi dəstək göstərməsi öz nəticəsini verməkdədir. Bu ilin iyun ayında Fransa Milli Assambleyası Korsikanın respublika daxilində muxtariyyət əldə etməsini nəzərdə tutan konstitusiya qanunu qəbul etməsi də bunun göstəricisidir. Həmin qanun layihəsi 271 lehinə, 202 əleyhinə səslə qəbul edilib. Bu qərar Fransanın nəzarətindəki bir ərazi üçün ilk belə təşəbbüs hesab olunur. Səsvermə 2022-ci ilin martında həbsxanada öldürülən korsikalı millətçi İvan Kolonnanın ölümündən sonra adada baş verən etirazların ardınca başlayan siyasi prosesin mühüm mərhələsi kimi qiymətləndirilir. Məhz həmin hadisələrdən sonra hökumət Korsikanın seçilmiş nümayəndələri ilə dialoqa başlamışdı.

Əlbəttə, Korsika xalqının azadlığı yolunda atılan bu addımda Azərbaycanın mənəvi və siyasi dəstəyi, Bakı Təşəbbüs Qrupunun fəaliyyəti vacib rol oynayıb. BTQ fəaliyyət göstərdiyi 3 il ərzində dünyanın siyasi gündəmində demək olar ki, unudulmuş kolonializm və neokolonializm problemlərini yenidən gündəmə gətirib, dekolonizasiya prosesinin əsas hərəkətverici platformasına çevrilib. Bu xüsusda müstəqillik uğrunda legitim mübarizə aparan tərəflərə dəstək verilib, kolonizə edilmiş xalqların azadlığı istiqamətində ardıcıl və nəticəyönümlü fəaliyyət göstərilib. Nəticədə müstəmləkəçilikdən əziyyət çəkən xalqların səsi qlobal gündəmə daşınıb, nüfuzlu beynəlxalq platformalarda müzakirə edilib. BTQ-nin ardıcıl və məqsədyönlü fəaliyyəti bu məsələlərin müvafiq mərkəzi hökumətlər səviyyəsində də diqqət mərkəzinə gətirilməsinə töhfə verib. Bu baxımdan Fransada Korsikanın muxtariyyət statusu ətrafında müzakirələrin aktivləşməsi və sözügedən qanunun qəbul olunması da nümunə kimi göstərilə bilər. Təsadüfi deyil ki, Azərbaycan dünyada kolonializmə qarşı mübarizənin mərkəzi, baş qərargahı kimi tanınır və müstəmləkəçilikdən əziyyət çəkən ərazilər ölkəmizə ümid yeri kimi baxır.

Bununla belə, Fransa hakimiyyəti də öz təsir imkanlarından sui-istifadə edərək müstəmləkə altında saxladığı ərazilərdə Azərbaycana qarşı təxribatçı addımlar atmağa çalışır. Korsika Assambleyasının qondarma “Artsax Respublikası” və Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb olunmuş Ermənistan vətəndaşları ilə bağlı qəbul etdiyi ilkin “qanunvericilik təşəbbüsü” də bunun göstəricisidir. Bakı Təşəbbüs Qrupu Korsika Assambleyasının bu addımını qətiyyətlə pisləyib. Məsələ ilə bağlı BTQ-nin bəyanatında bildirilir ki, bu, birtərəfli, təxribat xarakterli və siyasi motivlərlə hazırlanmış təşəbbüsdür. Suverenlik, ərazi bütövlüyü və daxili işlərə qarışmamaq kimi fundamental prinsiplərə zidd olan bu təşəbbüs rəsmi Paris tərəfindən irəli sürülən geosiyasi narrativləri təkrarlayır. Bu “təşəbbüsü” dəstəkləyən şəxslərin davranışı ilk növbədə Korsika xalqının siyasi iradəsinin müstəqil ifadəsi kimi qiymətləndirilə bilməz. Onlar Fransanın xarici siyasət gündəmini ötürən vasitələr kimi çıxış etməyi seçərək, Korsikanın milli maraqlarını, dilini, mədəniyyətini və kimliyini müdafiə etməli olan nümayəndələrdən daha çox, Parisin siyasi alətlərinə - faktiki olaraq marionetlərinə çevriliblər.

Bu mövqenin ikiüzlülüyü xüsusilə diqqət çəkir. Minlərlə kilometr uzaqda öz müqəddəratını təyinetmə hüququndan yüksək səslə danışan eyni siyasi dairələr, Korsikanın özündə Korsika xalqının ən elementar dil və siyasi hüquqlarını təmin etmək istəmir. Nəzərə alaq ki, Fransa Konstitusiyasının 2-ci maddəsinə əsasən, fransız dili respublikanın yeganə rəsmi dilidir. Fransa məhkəmə orqanları Korsika və fransız dillərinin həm Korsika Assambleyasında müzakirə dili, həm də Korsika İcra Hakimiyyətinin işçi dilləri kimi tanınmasını nəzərdə tutan müddəaları ləğv edib. 2025-ci ilin iyun ayında isə Fransa Dövlət Şurası Korsika hakimiyyət orqanlarının həmin qərarlardan verdiyi apellyasiya şikayətinin qəbul olunmasından imtina edib. Bundan əlavə, Fransa 1999-cu ildə Regional və ya Azlıqların Dilləri üzrə Avropa Xartiyasını imzalasa da, bu günədək onu ratifikasiya etməyib. Avropa Şurası Korsika dilini Xartiyanın əhatə etdiyi tarixi regional dillərdən biri kimi açıq şəkildə tanıyır.

Əslində, Cənubi Qafqazla bağlı təşəbbüslər qəbul etməzdən əvvəl həmin nümayəndələr bir sıra suallara  cavab verməlidirlər. Nə üçün onlar Korsika dilinə bərabər institusional status verməkdən imtina edən dövlətə tabe olaraq qalırlar? Yaxud, nə üçün rəsmi Paris tərəfindən həyata keçirilən mərkəzləşdirici və məqsədyönlü assimilyasiya siyasətinə qarşı eyni qətiyyəti nümayiş etdirmirlər? Digər tərəfdən, xaricdə dekolonizasiya ritorikasından istifadə etdikləri halda, Korsikanın kimliyi, təhsili, dili və siyasi qərarverməsi üzərində Fransa hökmranlığının davam edən nəticələrini görməzlikdən gəlinməsi təəssüf doğurur. Bakı Təşəbbüs Qrupu isə Korsika xalqı ilə Fransa hökumətinin maraqlarına xidmət edən və Korsikanın milli maraqlarını müdafiə etmək əvəzinə Parisə siyasi itaəti seçən şəxslər arasında aydın fərq qoyur.

Korsika xalqı Korsika dilini qoruyan, Korsika mədəniyyətini yaşadan və xalqın öz siyasi gələcəyini müəyyən etmək hüququnu ardıcıl şəkildə müdafiə edən nümayəndələrə layiqdir, Fransa xarici siyasətinin alətlərinə çevrilmiş nümayəndələrə deyil. BTQ Korsika Assambleyasını diqqətini, ilk növbədə, Korsika xalqının həll olunmamış hüquqlarına yönəltməyə çağırıb. BTQ hesab edir ki, sözügedən Assambleya Fransadan Korsika dilinin tam institusional tanınması, onun təhsil, idarəetmə və ictimai həyatda maneəsiz istifadəsinə təminat verilməsini,  Regional və ya Azlıqların Dilləri üzrə Avropa Xartiyasının ratifikasiya edilməsini, Korsika xalqının milli kimliyinin və mədəniyyətinin qorunması, Korsika xalqının siyasi iradəsinə və öz müqəddəratını təyinetmə hüququna həqiqi hörmət göstərilməsini tələb etməlidir. BTQ Korsika Assambleyasını siyasi və institusional müstəqilliyini qorumağa və Fransa dövlətinin milli gündəmini irəli aparan bir alətə çevrilməsinə imkan verməməyə çağırır.

Göründüyü kimi, Korsika Assambleyasının sözügedən “təşəbbüsündə” Parisin “barmağının” olduğu şübhəsizdir. Ən azı Cənubi Qafqazdan minlərlə kilometr uzaqda olan Korsikanın qurumu olan Asambleyanın vaxtilə mövcud olmuş separatçı “Artsax” rejiminin “varlığından” xəbəri olması inandırıcı deyil. Rəsmi Paris bu addımı ilə guya Azərbaycana təzyiq edəcəyini düşünür, amma yanılır. Yəqin ki, Assambleyanın belə lazımsız “təşəbbüsünə” elə azadlıqsevər Korsika xalqı lazımi cavab verəcək.

Nardar BAYRAMLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Avqust 2026 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see707

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see543

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see492

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see361

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see348

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see280

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see262

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see239

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see233

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see232

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see232

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see220

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see220

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see214

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see196

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see194

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see193

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see189

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see175

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri