Icma.az
close
up
RU
Kosmetik gilin istifadəsi

Kosmetik gilin istifadəsi

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

Gil qədim vaxtlardan bu günümüzə kimi qadınların gözəlliyini artıran vasitə kimi istifadə olunur.

Araşdırmalar nəticəsində məlum olub ki, gilin mineral tərkibi insanın dərisinin mineral tərkibinə çox yaxındır. Məhz bu səbəbdən gil dərimizə gözəllik və cavanlıq bəxş edir. İstənilən kosmetik gil dərini cavanlaşdırır, daha sağlam və gözəl edir.

Kosmetik gil ağ, mavi, yaşıl, qırmızı, sarı və hətta qara ola bilər.

Ağ gil (kaolin) yağlı problemli dərini çox effektli şəkildə təmizləyir, iltihabı azaldır, ağardır, qidalandırır və bərpa edir. Yağlı dəri üçün bu kimi maska hazırlamaq olar: 1 çay qaşığı ağ gil ilıq su ilə qarışdırılır (xama kimi alınmalıdır), üzərinə 3 damcı çay ağacı efir yağı əlavə olunur, bir daha yaxşı qarışdırılır və üz dərisinə çəkilir. 20 dəqiqədən sonra maska ilıq su ilə yuyulur.

Ağ gil dərinin qocalması ilə mübarizə aparır - dərini daha elastik, dartılmış edir, kiçik qırışları yox edir. Quru solğun dəri üçün bu kimi maskadan istifadə etmək olar: 1 çay qaşığı ağ gil 1 çay qaşığı yağlı xama və 1 ədəd yumurta sarısı ilə qarışdırılır və dəriyə çəkilir (maska çox qatı alındıqda bir qədər mineral su əlavə edin). 20 dəqiqədən sonra maskanı yuyun və dəriyə istənilən qidalandırıcı krem çəkin.

Ağ gil həmçinin bədən üçün də çox xeyirlidir. Müntəzəm istifadə olunduqda bu gil bədən dərisini cavanlaşdırır.

Mavi gil də yağlı problemli dərinin vəziyyətini yaxşılaşdırır. Həmçinin mavi gil sellülitin müalicəsində geniş istifadə olunur. Bunun üçün gili su ilə qarışdırıb problemli yerlərə çəkmək və plyonka ilə bürümək lazımdır. Daha sonra üstünüzü isti örtün və 1 saat uzanın, sonra duş qəbul edin. Gilə dəniz yosunları (apteklərdə satılır) əlavə etmək olar. Bu daha yaxşı effekt verəcək. Belə bürünmələri müntəzəm olaraq edən qadın, bir müddətdən sonra sellülitin və bədən həcminin azalmasını hiss edəcək. Dəri isə hamar və zərif olacaq.

Mavi gil həmçinin saçlar üçün də çox xeyirlidir - saçları daha möhkəm və canlı edir, yağlılığı azaldır.

Yaşıl gil daha çox yağlı dəriyə uyğun gəlir. Dərini çirkdən, ölü hüceyrələrdən yaxşı təmizləyir, məsamələri kiçildir, yağlı dəriyə xas olan xoşagəlməz parıltını azaldır.

Qırmızı gil müxtəlif səpgilərə, allergiyaya meyilli olan həssas dəriyə uyğun gəlir. Gil iltihabı azaldır, dərini "sakitləşdirir". Həmçinin qırmızı gil quru dəri üçün uyğun gəlir - dərinin qan dövranını yaxşılaşdırır, oksigenlə doydurur.

Sarı gil yağlı civzəli dəriyə çox yaxşı kömək edir - təmizləyir, bir qədər qurudur, artıq yağlılığı aradan qaldırır. Sarı gil sellülitlə mübarizədə kömək edir. Həmçinin sarı gili saç üçün maskalarda istifadə etmək olar - saçlar daha canlı və parlaq olacaq.

Qara gilin tərkibi çox zəngindir. Bu gil yağlı dərini təmizləyir, qidalandırır, iltihabları azaldır. Həmçinin qara gil antisellülit bürünmələrdə və bədən üçün maskalarda istifadə olunur.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 02:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see568

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see519

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see386

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see283

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see263

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see254

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see234

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see230

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see227

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see226

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see214

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see210

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see206

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see206

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see204

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see197

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see196

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see194

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri