Kosmosda 15 min sirli obyekt aşkarlandı
Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Avropa Kosmik Agentliyinin “Euclid” teleskopu kainatda qaranlıq maddənin öyrənilməsinə kömək edə biləcək təxminən 15 min yeni qravitasiya linzası namizədi aşkar edib.
Lent.az xəbər verir ki, bu barədə “Phys.org” Britaniya Kolumbiyası Universitetinin araşdırmasına istinadən məlumat yayıb.
Qravitasiya linzası böyük kütləyə malik qalaktikaların və digər kosmik strukturların özlərindən daha uzaqda yerləşən obyektlərin işığını əyməsi nəticəsində yaranır. Bu hadisə uzaqdakı qalaktikaları öyrənməyə və qaranlıq maddənin paylanmasını araşdırmağa kömək edir.
“Euclid” teleskopunun ilk geniş məlumat bazasında 900 milyondan çox qalaktika və 60 milyona yaxın kvazar barədə məlumat toplanıb. Müşahidələr gecə səmasının təxminən 5 faizini əhatə edib.
Beynəlxalq tədqiqat qrupu əldə edilən məlumatlar əsasında 15 minə yaxın güclü qravitasiya linzası namizədi müəyyənləşdirib. Alimlər bu obyektlərin əlavə müşahidələrlə təsdiqlənməsinin kainatın quruluşu və qaranlıq maddə barədə bilikləri genişləndirəcəyini düşünürlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 17 Noyabr 2026 23:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















