Icma.az
close
up
RU
Kosmosda 8,5 milyard illik meduza qalaktikası aşkar edildi

Kosmosda 8,5 milyard illik meduza qalaktikası aşkar edildi

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Alimlər Ceyms Vebb Kosmik Teleskopunun məlumatlarından istifadə edərək, indiyə qədər müşahidə olunan ən uzaq "meduza qalaktikalarından" birini aşkar etdiklərini açıqlayıblar. Bu kəşf qalaktikaların təkamülünə dair bildiklərimizi dəyişə bilər.

Milli.Az xəbər verir ki, Kanadanın Vaterlo Universitetinin tədqiqatçıları tərəfindən edilən bu kəşfin nəticələri nüfuzlu Astrophysical Journal jurnalında dərc olunub. Tədqiqat qrupu dərin kosmos müşahidələrini analiz edərkən bu qeyri-adi qalaktikaya rast gəlib.

Meduza qalaktikaları adlarını arxalarında uzanan və meduzanın qollarına (təmas qollarına) bənzəyən uzun qaz axınlarından alırlar.

Bu qalaktikalar çox isti qazla dolu olan sıx qalaktika qrupları daxilində yüksək sürətlə hərəkət edirlər. Hərəkət zamanı ətrafdakı qaz bir külək effekti yaradaraq qalaktikadan maddəni qopardır və arxasında uzun qaz şleyfləri buraxır. Astronomiyada bu proses "ram-pressure stripping" (təzyiqlə qaz qoparma) adlanır.

Yeni kəşf edilən qalaktikanın işığının Yer kürəsinə çatması təxminən 8,5 milyard il çəkib. Bu o deməkdir ki, astronomlar bu qalaktikanı kainatın hələ çox gənc olduğu dövrdəki halı ilə görürlər. Kəşf kosmosun ən çox öyrənilən bölgələrindən biri olan COSMOS sahəsində edilib.

Qalaktikanın əsas quruluşu disk şəklindədir və kifayət qədər tipik görünür. Lakin onu fərqləndirən cəhət arxasındakı qaz axınları boyunca görünən parlaq mavi topalardır.

Bu parlaq nöqtələrin çox gənc ulduzlardan ibarət olduğu müəyyən edilib.

Ulduzların yaşları göstərir ki, onlar qalaktikanın gövdəsində deyil, qoparılan qazların içində, yəni "quyruqda" yaranıblar.

Bu kəşf sübut edir ki, hələ 8,5 milyard il əvvəl də qalaktika qrupları qalaktikaların qazını qopara biləcək qədər sıx və sərt mühitə malik imişlər. Əvvəllər alimlər hesab edirdilər ki, o dövrdə qalaktika qrupları hələ bu qədər güclü təsirə malik deyildilər.

Vaterlo Astrofizika Mərkəzindən Dr. İan Roberts bildirib ki, bu tapıntı bu gün gördüyümüz bir çox "ölü qalaktikanın" necə yarandığını anlamağa kömək edəcək. Tədqiqat qrupu bu kəşfi daha dərindən araşdırmaq üçün James Webb teleskopu ilə əlavə müşahidə vaxtı tələb edib.
Lalə Qüdrətova
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 06 Mart 2026 02:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see304

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see295

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see292

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see288

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see287

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see284

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see274

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see272

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see266

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see265

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see245

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see239

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see238

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see236

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see235

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see232

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see226

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see225

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see223

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri