Icma.az
close
up
RU
“Kosmosdan Yerə qədər: Dəyişən iqlim şəraitində Data əsasında qərarların qəbul edilməsi”

“Kosmosdan Yerə qədər: Dəyişən iqlim şəraitində Data əsasında qərarların qəbul edilməsi”

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

COP29 çərçivəsində “Azərkosmos”un təşkilatçılığı ilə “Kosmosdan Yerə qədər: Dəyişən iqlim şəraitində Data əsasında qərarların qəbul edilməsi” mövzusunda sessiya keçirilib. SİA xəbər verir ki, sessiya “Azərkosmos” Azərbaycan Kosmik Agentliyinin beynəlxalq əlaqələr üzrə müşaviri Vüqar Bayramovun moderatorluğu ilə keçirilib. Qeyd olunub ki, dayanıqlı inkişaf yolunda iqlim xidmətlərini əlçatan etmək və ondan daha səmərəli istifadə etmək üçün daha çox səy göstərilməlidir.

Avropa Kosmik Agentliyinin (ESA) Yer müşahidəsinin tətbiqi üzrə mühəndisi, italiyalı nümayəndə Frank Martin Seyfert çıxışı zamanı təmsil etdiyi strukturun 27 növ iqlim dəyişikliyini müşahidə etdiyini bildirib. “Bizim meteoroloji missiyalarımız var və onların miqyasını genişləndirməyi planlaşdırırıq. Bizim Datamıza çıxış hər kəs üçün pulsuzdur. Qeyd edək ki, Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) 2024-cü il İqlim vəziyyəti ilə bağlı bu yaxınlarda dərc edilmiş yeni Bəyanatında atmosferdəki istixana qazlarının səviyyəsinin daim artması ilə sürətlənən bir nəsil ərzində sürətli iqlim dəyişikliyi üçün yenidən qırmızı həyəcan siqnalı elan olunub. 2015-2024-cü illər bütün müşahidələr tarixində ən isti dövr olub. Hesabatda o da göstərilir ki, bəzi yerlərdə dəniz səviyyəsi qalxır, bəzi yerlərdə isə əksinə, Xəzər dənizində dayazlaşma baş verir.

İqtisadiyyat, gənclər və davamlı inkişaf departamentinin baş direktoru xanım Rut Kattumuri Data bazasının mühüm rolunu qeyd edib. “Big Data” proqramlar və insan əməyindən istifadə etməklə ənənəvi üsullarla emal oluna və ya təhlil edilə bilməyən böyük həcmli məlumatlardır. Onları emal etmək üçün innovativ informasiya metodlarından istifadə etmək lazımdır. Bu aspektdə kosmik tədqiqatların rolu mühüm olacaq”, - deyə o, sözünü yekunlaşdırıb.

Azərbaycan Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov ildən-ilə artan və müxtəlif mənbələrdən əldə edilən məlumatların toplanması, emalı və istifadə edilməsi üsullarını təkmilləşdirən “Big Data”, “Data Analytics”, “Machine Learning”, “Deep Learning” və süni intellekt texnologiyalarına əsaslanan intellektual sistemlərin rolundan danışıb.

“Azərkosmos”un geoinformasiya sistemləri mərkəzinin direktoru İsmət Baxışev bildirib ki, ötən ildən Birləşmiş Millətlər Təşkilatının ən böyük təşəbbüsü olan BMT Qlobal Sazişinə qoşulan qurum öz fəaliyyətində kosmik gəmilərin işlənib hazırlanması, buraxılması, orbitdə istismarı və kosmik obyektlərin idarə edilməsi zamanı ətraf mühitə təsirin minimuma endirilməsinə çalışır. O vurğulayıb ki, kənd təsərrüfatı və su ehtiyatları iqlim dəyişikliyinin mənfi təsirlərinə ən çox məruz qalır və bunun qarşısını peyk məlumatlarından istifadə etməklə almaq olar.

Sessiyanın sonunda iştirakçıların sualları cavablandırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Noyabr 2024 06:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri