Icma.az
close
up
RU
COP29 çərçivəsində “Kosmosdan Yerə qədər: Dəyişən iqlim şəraitində Data əsasında qərarların qəbul edilməsi” sessiyası keçirilib

COP29 çərçivəsində “Kosmosdan Yerə qədər: Dəyişən iqlim şəraitində Data əsasında qərarların qəbul edilməsi” sessiyası keçirilib

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

COP29 çərçivəsində “Azərkosmos”un təşkilatçılığı ilə “Kosmosdan Yerə qədər: Dəyişən iqlim şəraitində Data əsasında qərarların qəbul edilməsi” mövzusunda sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, sessiya “Azərkosmos” Azərbaycan Kosmik Agentliyinin beynəlxalq əlaqələr üzrə müşaviri Vüqar Bayramovun moderatorluğu ilə keçirilib. Qeyd olunub ki, dayanıqlı inkişaf yolunda iqlim xidmətlərini əlçatan etmək və ondan daha səmərəli istifadə etmək üçün daha çox səy göstərilməlidir.

Avropa Kosmik Agentliyinin (ESA) Yer müşahidəsinin tətbiqi üzrə mühəndisi, italiyalı nümayəndə Frank Martin Seyfert çıxışı zamanı təmsil etdiyi strukturun 27 növ iqlim dəyişikliyini müşahidə etdiyini bildirib. “Bizim meteoroloji missiyalarımız var və onların miqyasını genişləndirməyi planlaşdırırıq. Bizim Datamıza çıxış hər kəs üçün pulsuzdur. Qeyd edək ki, Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) 2024-cü il İqlim vəziyyəti ilə bağlı bu yaxınlarda dərc edilmiş yeni Bəyanatında atmosferdəki istixana qazlarının səviyyəsinin daim artması ilə sürətlənən bir nəsil ərzində sürətli iqlim dəyişikliyi üçün yenidən qırmızı həyəcan siqnalı elan olunub. 2015-2024-cü illər bütün müşahidələr tarixində ən isti dövr olub. Hesabatda o da göstərilir ki, bəzi yerlərdə dəniz səviyyəsi qalxır, bəzi yerlərdə isə əksinə, Xəzər dənizində dayazlaşma baş verir.

İqtisadiyyat, gənclər və davamlı inkişaf departamentinin baş direktoru xanım Rut Kattumuri Data bazasının mühüm rolunu qeyd edib. “Big Data” proqramlar və insan əməyindən istifadə etməklə ənənəvi üsullarla emal oluna və ya təhlil edilə bilməyən böyük həcmli məlumatlardır. Onları emal etmək üçün innovativ informasiya metodlarından istifadə etmək lazımdır. Bu aspektdə kosmik tədqiqatların rolu mühüm olacaq”, - deyə o, sözünü yekunlaşdırıb.

Azərbaycan Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov ildən-ilə artan və müxtəlif mənbələrdən əldə edilən məlumatların toplanması, emalı və istifadə edilməsi üsullarını təkmilləşdirən “Big Data”, “Data Analytics”, “Machine Learning”, “Deep Learning” və süni intellekt texnologiyalarına əsaslanan intellektual sistemlərin rolundan danışıb.

“Azərkosmos”un geoinformasiya sistemləri mərkəzinin direktoru İsmət Baxışev bildirib ki, ötən ildən Birləşmiş Millətlər Təşkilatının ən böyük təşəbbüsü olan BMT Qlobal Sazişinə qoşulan qurum öz fəaliyyətində kosmik gəmilərin işlənib hazırlanması, buraxılması, orbitdə istismarı və kosmik obyektlərin idarə edilməsi zamanı ətraf mühitə təsirin minimuma endirilməsinə çalışır. O vurğulayıb ki, kənd təsərrüfatı və su ehtiyatları iqlim dəyişikliyinin mənfi təsirlərinə ən çox məruz qalır və bunun qarşısını peyk məlumatlarından istifadə etməklə almaq olar.

Sessiyanın sonunda iştirakçıların sualları cavablandırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Noyabr 2024 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see271

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see242

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see234

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see207

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see189

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see182

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see173

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see171

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see164

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see153

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see153

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see153

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see142

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see139

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see134

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see133

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri