Icma.az
close
up
RU
UNFCCC: Dəyişən iqlim şəraitində futbolun davamlılığı üçün düzgün infrastruktur təmin edilməlidir

UNFCCC: Dəyişən iqlim şəraitində futbolun davamlılığı üçün düzgün infrastruktur təmin edilməlidir

Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Futbol klubları iqlim dəyişikliyinə qarşı mübarizədə önəmli rol oynaya bilər.

“Report” xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasında (UNFCCC) “İdman və İqlim” üzrə rəhbər Lindita Cxaferi Saliha “Qarabağ" Futbol Klubunun təşəbbüsü ilə COP29 çərçivəsində yaradılan futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansda yer alacaq komandalar ilə təşkil olunmuş görüşdə deyib.

“Futbol klublarının bu sahədə böyük potensialı var. İlk növbədə, Avropa Klublar Assosiasiyası (ECA) kimi təşkilatların onlara dəstək olması əhəmiyyətli üstünlükdür. “İdman iqlim üçün” təşəbbüsü çərçivəsində keçirdiyimiz müzakirələr zamanı futbol klubları bir-birindən çox şey öyrəndi və bu təcrübə mübadiləsi dəyərli nəticələr ortaya qoydu.

Klublar üçün əsas məsələ daxildən başlayaraq ekoloji təsiri azaltmaq, azarkeşləri bu mübarizəyə cəlb etmək və icmalarla əməkdaşlıq edərək yerli səviyyədə həll yolları yaratmaqdır. Eyni zamanda, dəyişən iqlim şəraitində futbolun davamlı olması üçün düzgün infrastrukturun təmin edilməsi də vacibdir”, - deyə Lindita Cxaferi Saliha bildirib.

O əlavə edib ki, klubların iqlim fəaliyyətində uğur qazanması üçün tərəfdaşlarla əməkdaşlıq önəmlidir: “Əməkdaşlıq etdiyimiz tərəfdaşların mal və xidmətlərini iqlim öhdəliklərimizə uyğunlaşdırmaq vacibdir. Bu zəncirvari təsir tədarük zəncirindən başlayaraq bütün səviyyələrdə yayılmalıdır. Heç bir klub, təşkilat və ya ölkə bu işi təkbaşına görə bilməz. Daha çox insanı və qurumu idmanın iqlim üçün mübarizəsinə cəlb etmək lazımdır”.

Lindita Cxaferi Saliha vurğulayıb ki, idman sahəsi öz nüfuzu ilə digər sahələrə nümunə ola bilər.

“İdman unikal bir sahədir, çünki müxtəlif sahələrlə əlaqə qurmaq və insanları bir araya gətirmək gücünə malikdir. Bu gücü düzgün istiqamətləndirmək vacibdir”, - deyə fikrini tamamlayıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://report.az
archiveBu xəbər 16 Noyabr 2024 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri