Kosovoda siyasi böhran böyüyür İstefa tələbi qəbul edilməyən deputatlar and içməkdən imtina etdilər
Icma.az, Mia.az portalına istinadən məlumat verir.
Bu ilin fevralın 9-da Kosovoda keçirilən parlament seçkilərində qalib gələn deputatlar bu gün and içməkdən imtina ediblər.
Mia.az xarici mətbuata istiandla xəbər verir ki, buna səbəb bir sıra siyasi partiyaların deputat seçilən nazir və Baş nazirin istefa verməmələrinə etirazları olub.
Bildirilib ki, Kosovo Demokratik Partiyası (PDK), Kosovo Demokratik Liqası (LDK), Serb Siyahısı və Kosovanın Gələcəyi üçün Alyans (AAK) partiyalarından olan deputatlar Baş nazir Albin Kurti və nazirlərin istefa vermədən deputat kimi and içməmələrini qəbuledilməz sayıblar: "Deputatların çoxunun etirazından sonra andiçmə təxirə salınıb"
Baş nazir Kurti bu qərardan sonra bildirib ki, bu addımla sözügedən siyasi partiyalar Kosovo Respublikasına və demokratik seçkilərin təməl prinsiplərini pozublar: "Bu, Kosovo Respublikasına və demokratik seçkilərə qarşı institusional hücumdur".
Etirazçı LDK sədri Lumir Abdixhiku isə deyib ki, Baş nazir Kurtinin sədrlik etdiyi partiyanın (Vetevendosje) qəsdən prosesə mane olduğunu iddia edib: "Onlar eyni anda parlament üzvü, baş nazir və nazir ola bilməz. İclasda gördük ki, baş nazirin partiyasının xeyrinə c\mi 52 deputat səs verdi. Demək ki, yenidən Baş nazir və ya nazir seçkilərindən qalib gələ bilməyəcklərindən qorxurlar...".
Lamiyə Əhmədli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 15 Aprel 2025 21:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















