Kosta Rika futbol üzrə dünya çempionatının seçmə mərhələsində Nikaraquanı məğlub edib
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Oktyabrın 14-nə keçən gecənin ilk saatlarında San-Xosedə 2026-cı il dünya çempionatına CONCACAF üzrə təsnifat turnirində Kosta-Rika ilə Nikaraqua yığmaları arasındakı matç başa çatıb.
Oxu.Az "Çempionat" portalına istinadla xəbər verir ki, ev sahibləri 4:1 hesabı ilə qalib gəliblər.
Oyunun 12-ci dəqiqəsində Kosta-Rika yığmasının hücumçusu Alonso Martines Uqaldenin məhsuldar ötürməsi ilə hesabı açıb. 26-cı dəqiqədə nikaraqualı yarımmüdafiəçi Xunior Arteqa cavab qolu vurub, 28-ci dəqiqədə isə Martines ikinci qolunu vuraraq Kosta-Rikanı önə çıxarıb. Oyunun 50-ci dəqiqəsində Uqalde fərqlənib, 90+4-cü dəqiqədə isə müdafiəçi Fransisko Kalvo son hesabı müəyyən edib.
Bununla da Kosta-Rika yığması 2026-cı il dünya çempionatına CONCACAF üzrə təsnifat turnirinin "C" qrupunda dörd matçda altı xal toplayaraq ikinci yeri tutub. Qrupa səkkiz xalla Honduras millisi liderlik edir. Üçüncü yeri dörd matçda beş xalla Haiti tutur, cədvəlin sonunda isə cəmi bir xal toplayan Nikaraqua yığması qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 14 Oktyabr 2025 10:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















