Icma.az
close
up
RU
“Kotbus mənim üçün əsl əfsanəyə çevrilir” Selcan Mahsudovanın ə AÇIQLAMASI

“Kotbus mənim üçün əsl əfsanəyə çevrilir” Selcan Mahsudovanın ə AÇIQLAMASI

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Azərbaycan batut gimnastikasının lideri Selcan Mahsudova noyabrın 4-8-də Çinin Nankin şəhərində keçiriləcək dünya çempionatına böyük həvəslə hazırlaşır.

İdman.Biz xəbər verir ki, idmançı Almaniyanın Kotbus şəhərində keçirilən Dünya Kubokunun sonuncu mərhələsində uğurlu çıxış edərək iki qızıl medal qazanıb. O, fərdi yarışda, eləcə də qardaşı Mahsudla birlikdə qarışıq cütlüklər arasında sinxron tullanmalarda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yarışdan sonra Mahsudova saytımıza açıqlamasında Kotbusun onun üçün uğurlu şəhər olduğunu bildirib.

“Parisdə keçirilən Olimpiya oyunlarına məhz burada vəsiqə qazandığımı xatırlayıram. Buna görə də bu şəhər mənim üçün əsl əfsanəyə çevrilir! Bu il də Kotbusda uğur məndən yan keçmədi. Nəticənin məhz lazım olan anda əldə olunması sevindiricidir. Həm fərdi yarışda, həm də qardaşımla birlikdə qalib gəlmək isə xüsusi xoşdur”, - deyə batut gimnastı bildirib.

O, əldə etdiyi nəticənin vaxtında gəldiyini də vurğulayıb.

“Mövsüm ərzində Dünya Kubokunun demək olar ki, bütün mərhələlərində uğursuz çıxış etdim, finala yüksələ bilmədim və medal qazana bilmədim. Bu dəfə hər şeyin alınmasına çox sevinirəm. İki qızıl medal əvvəlki uğursuzluqların bir növ əvəzi oldu”, - deyə Mahsudova əlavə edib.

Selcan, həmçinin fərdi yarışda qazandığı qızıl medal sayəsində cari mövsümün bütün Dünya Kuboku mərhələlərinin yekun reytinqində üçüncü yeri təmin etdiyini bildirib. Qarışıq cütlüklərin sinxron yarışında qazanılan qızıl medal isə duetin ümumi sıralamada birinci yerini möhkəmləndirib.

“Belə bir hekayədir. Əməyi, dəstəyi və mənim üçün gördüyü hər şeyə görə millinin baş məşqçisi Vladimir Vasilyeviç Şulikinə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Noyabrın 4-də isə ilin səbirsizliklə gözlədiyim yarışı – dünya çempionatı başlayır”, - deyə Mahsudova fikirlərini yekunlaşdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 21 Oktyabr 2026 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see313

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see301

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see297

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see293

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see293

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see289

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see280

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see277

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see272

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see271

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see249

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see246

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see242

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see240

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see240

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see235

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see229

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see228

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see226

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see224
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri