Qəbələdə məktəblilərə öz hüquqları barədə ətraflı məlumat verilib
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Qəbələ, 16 noyabr, AZƏRTAC
Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeçiliyində fəaliyyət göstərən Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun və Qəbələ Arxeoloji Mərkəzin birgə təşkilatçılığı ilə Mərkəzin akt zalında “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Sən öz hüquqlarını bilirsənmi?” başlığı altında toplantı təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, toplantıda Vətən müharibəsi qazilərinin və iştirakçılarının övladları ilə yanaşı, müxtəlif yaş qruplarından olan məktəbli şagirdlər də iştirak edib.
Dəyirmi masa ətrafında keçirilən tədbirdə Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun direktoru Zahir Kərimov diqqətə çatdırıb ki, Azərbaycanda İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının (UHK) qəbul edilməsinin ildönümü ərəfəsində bu ilin oktyabrın 20-dən noyabrın 20-dək ölkəmizdə “Uşaq Hüquqları Aylığı” elan olunub.
Bildirilib ki, aylığın keçirilməsində əsas məqsəd uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlərin təbliği, bu sahədə ictimaiyyətin məlumatlılığının və diqqətinin daha da artırılmasından ibarətdir.
Qeyd olunub ki, Azərbaycanda dövlət uşaq siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu siyasət daim Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam etdirilir.
Tədbirdə uşaq hüquqları sahəsində qəbul olunmuş qanunlar və konvensiyalar, eləcə də dövlətimiz tərəfindən bu istiqamətdə həyata keçirilən mühüm tədbirlər barədə məlumat verilib. Bildirilib ki, görülən işlərin əsas məqsədi kimsəsiz, valideyn himayəsindən məhrum olmuş, əlilliyi olan, müxtəlif xəstəliklərdən əziyyət çəkən, keçmiş qaçqın və məcburi köçkün uşaqların, həmçinin azyaşlı məhkumların pozulmuş hüquqlarının bərpası və təmin edilməsidir.
Vurğulanıb ki, 44 günlük Vətən müharibəsindən sonra həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri çərçivəsində ölkənin digər bölgələri ilə yanaşı, işğaldan azad edilmiş ərazilərdə də uşaqlar üçün zəruri infrastruktur və xidmətlər yaradılır, onların hüquqlarının təmin olunması istiqamətində davamlı tədbirlər görülür.
Toplantıda uşaqları maraqlandıran suallar cavablandırılıb, qoruq əməkdaşları tərəfindən onlara hədiyyələr təqdim olunub.
Sonda Qəbələ Arxeoloji Mərkəzin sərgi salonlarında nümayiş olunan tarixi eksponatlara baxış keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 16 Noyabr 2026 11:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















