Icma.az
close
up
RU
Kövrək sülh və sərt silahlanma

Kövrək sülh və sərt silahlanma

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Gözünü tor örtmüş Ermənistan hakimiyyəti bölgəni hara sürüklədiyini düşünmür

Hamının sülhdən danışdığı, amma bunu deyənlərin altdan-altdan silahlandığı indiki dönəmdə gücün çox müşkülləri həll etdiyi qənaətini bölüşənlər az deyil. Müşahidə olunan kütləvi silahlanma “yarışından” geri qalmaq istəməyən, Azərbaycanla sülhdən qaçan, ipə-sapa yatmayan Ermənistan bütövlükdə, bölgənin əmin-amanlıq şəraitində yaşamasına və inkişafına əngəl olaraq qalmaqdadır.

Bu gün “sülh sazişini imzalamağa hazırıq” deyən, əslində, sülhdən yayınan İrəvanın Fransadan, Hindistandan hansı silah-sursatı aldığı, Avropa İttifaqından və bu quruma üzv bəzi ölkələrdən nə kimi hərbi-texniki yardımları aldığı barədə dəfələrlə yazmışıq. İndi Ermənistanın yersiz tərsliyinin onu nələrdən məhrum etdiyinə qısa nəzər salmaq istərdik. Əlbəttə, burada söhbət maliyyə gəlirindən, böyük dividendlərdən deyil, sülhün əldə olunmasının gətirəcəyi siyasi imkanlardan gedir. Hakimiyyətdə qalıb-qalmayacağı məsələsi Bakı ilə sülhə gəlməkdən birbaşa asılı olan Paşinyanın başı daxildə qalmaqaldadır. Hayastanın siyasi atmosfer təzyiqini artıran amil qarşıdan gələn parlament seçkiləridir.

Nə qədər bəsit səslənsə də, bu gün Ermənistanda sülhə əsas maneə kilsədir. Doğrudur, kimsə deyə bilər ki, dünya tarixində ən qəddar hərəkətlər, cəzalar məhz din adından törədilib. O da məlumdur ki, həmin hərəkətlər mütləq şəkildə dinlə siyasətin simbiozu şəraitində həyata keçirilirdi. Amma bununla belə, hələ heç kim səmavi kitablardakı dünya dinlərinin hamısına xas olan sülhsevər müddəaları ləğv etməyib. Başqa bir məsələ geosiyasətin qanunudur ki, güclülər zəifi udmaq istədikdə və dünya “gücləri”nin strateji bölgələrə, marşrutlara və planetar logistikaya nəzarət etmək arzuları hələ də tükənmədiyi halda, qlobal miqyasda müharibələrin bitməsi ehtimalından danışmaq tezdir. Cənubi Qafqaz bu geosiyasi oyun müstəvisində istisna deyil.

...Beləliklə, modernləşdirilmiş təyyarələrin saysız-hesabsız döyüş əməliyyatları, ən müasir, dağıdıcı gücə malik raket buraxılışları həyata keçirilir ki, bu da minlərlə günahsız qurbanlara səbəb olur. Bəli, bu gün planetdə baş verənləri Maltusun məşhur nəzəriyyəsinin reallaşmasının məxrəcinə qədər azaltmaq olar. Yəni, dünya əhalisinin sürətlə artması, qidanın tədricən azalması sonda insanlığın məhvinə gətirib çıxara bilər. Bu yaxınlarda “Time” jurnalının köşə yazarlarından biri “Maltus nəzəriyyəsi”nə haqq qazandırıb, hətta onu peyğəmbər adlandırıb.

Amma düzünü demək lazımdır ki, dünyada silah biznesinə yatırılan milyardlarla dollar maliyyənin dörddə biri ərzaq təhlükəsizliyi sahəsinə yönəldilsəydi, müsbət nəticələr əldə etmək olardı. O zaman dünyanın müxtəlif yerlərində içməli su problemi və ya buzlaqların əriməsi təhlükəsi öz həllini tapardı. Amma nə yazıq ki, ölkələr, təşkilatlar və çoxlu insanlar məqsədlərinə çatmaq üçün istənilən üsuldan istifadə edərək “metal uğrunda mübarizəni” davam etdirirlər. Təəssüflər olsun ki, məhz bu yanaşma öz xalqının yaradıcılıq potensialını səmimiyyətlə reallaşdırmaq istəyən ayrı-ayrı dövlətləri, sözün əsl mənasında, təkcə dinc təşəbbüslər kontekstində deyil, başqa addımlara da sövq edir.

Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan həmişə sülhün tərəfdarı və regionda sülh təşəbbüslərinin müəllifi olub, Cənubi Qafqazı əməkdaşlıq məkanına çevirmək istəyir. Lakin dövlət başçısının qeyd etdiyi kimi, Ermənistanın kütləvi silahlanmasını nəzərə alan Bakı cari ildə hərbi xərclərini xeyli artırmağa məcbur olub. (Cənubi Qafqazda Ermənistanın başlatdığı silahlanma yarışında geri qalmağın mümkünsüzlüyünə görə - red.). Bunlar olmasaydı, dövlət başçımızın dediyinə görə, müdafiəyə ayrılan büdcə vəsaitinin yarısı, digər məsələlərlə yanaşı, Qarabağın və Şərqi Zəngəzurun bərpasına yönəldiləcəkdi. Prezident İlham Əliyevin açıqladığı kimi, 2025-ci ildə bu regionların inkişafına 4 milyard manat vəsait ayrılıbsa, büdcənin 8,4 milyard manatı hərbi xərclərə yönəldilib. Baxmayaraq ki, onun sözlərinə görə, “hər şey tam əksinə ola bilərdi, amma Ermənistan və onun arxasında duran ölkələr ona pis məsləhətlər verərək, buna imkan vermirlər”. Büdcə vəsaitinin quruculuğa deyil, silahlanmaya xərclənməsinin səbəbi Ermənistan hakimiyyətinin hələ də davam edən yarıtmaz siyasətidir...

***

Beləliklə, göründüyü kimi, qlobal hərbi paradiqma öz mövqelərini gücləndirməkdə davam edir, “plankasını” inamla yuxarıda saxlayır. Amma bütün bunlarla yanaşı, Azərbaycan kimi ölkələrin təcrübəsi kifayət qədər aydın göstərir ki, bir ölkənin, hətta öz hərbi potensialını artırmağa məcbur olan dövlətin siyasəti, eyni vaxtda sülhpərvər proqramların həyata keçirilməsinə də yönələ bilər. Buna ədəbiyyatda olduğu kimi, diplomatiyada da “yaradıcı yanaşma” deyilir. Əlbəttə ki, bu yanaşma xalqın arzularını həyata keçirmək baxımından perspektivlidir. Buna görə də, dünyanın “silah elitası”nın gec-tez silahlanma yarışında qaliblərin olmayacağını anlamağa başlayacağına ümid etməsi qalır.

Necə deyərlər, pisdən daha pisə doğru yuvarlanan Ermənistanın sonda hansı quyuya düşəcəyi kənardan aydın görünür. Fəqət, özləri bunu görmək istəmirlər. Əgər bu gün Ermənistanda depopulyasiya prosesi gedirsə, bizdə, əksinə, əhali ildən-ilə artır. Bu, həm də düzgün qurulmuş siyasətin, deməli, inkişafın göstəricisidir. İndi Azərbaycana kövrək də olsa, sülh lazımdır. Doğrudur, onun kövrəkliyinin incəliyini İrəvan anlamır, ya da anlamaq istəmir. Amma Bakı bu sülhü daha etibarlı və uzunömürlü etməkdən ötrü əlindən gələn hər şeyi edir.

Fərhad MƏMMƏDOV,
politoloq

– Bu gün hərbi xərclərin digər sahələrə ayırmaları üstələməsi heç də qeyri-adi hadisə sayılmır. Dünyanın əksər ölkələrində hərbi xərclərin artımı ilə müşayiət olunan trend yaranıb. Çünki beynəlxalq hüququn zəiflədiyi indiki dönəmdə təhlükəsizlik məsələsi hərbi quruculuqla birbaşa bağlılıq təşkil edir. İkinci məsələ ondadır ki, bölgəmizə həm Şimal, həm Cənub, həm də Yaxın Şərq istiqamətlərindən müdaxilə ehtimalı hələ də var. Yəni, hazırda sadaladığımız bölgələrdə fəal hərbi münaqişələr davam edir. Belə olan təqdirdə regionun qonşu ölkələri özlərinin təhlükəsizlikləri ilə bağlı reallığın tələb etdiyi müvafiq addımları atmaq məcburiyyətində qalıblar.

Cənubi Qafqaz regionundan danışsaq, qeyd etməliyik ki, bölgədə qarşıqlıqlı münasibətlər hələ sistemli formaya düşməyib. Konkret olaraq, Ermənistanla sülh sazişi imzalanmayıb və qonşu ölkədə revanşist qüvvələrin mövcudluğu heç kəsə sirr deyil. Digər tərəfdən, həmin qüvvələrdən üçüncü dövlətlər tərəfindən istifadə olunması da danılmaz faktdır. Məhz bu səbəbdən Azərbaycanın öz təhlükəsizliyi ilə bağlı hərbi xərcləri artırması, ilk növbədə, gələcəkdə güman edilən münaqişələrin, silahlı qarşıdurmaların qarşısını almağa hesablanıb.

Yeri gəlmişkən, mayın sonlarında İrəvanda keçirilən diplomatik forumda yaşanan ən gərgin anlardan biri Ermənistanın Avropa Sülh Fondundan aldığı 20 milyon avro ilə bağlı məsələ oldu. Moderator bu mövzunu qəsdən gündəmə gətirərək vəsaitin guya “erməni xalqı üçün xəstəxanaların inşasına” ayrıldığını iddia etdi. Amma Macarıstanın xarici işlər naziri Peter Siyarto bu yalanı dərhal təkzib edərək vəsaitin Ermənistan ordusuna ayrıldığını, bu yanaşmanın isə birtərəfli olduğunu bildirdi. Siyarto 2023-cü ildə Ermənistan üçün nəzərdə tutulan 10 milyon avronun fonunda Budapeştin eyni məbləğin Azərbaycana da ayrılması üçün çalışdığını xüsusi vurğulayıb. Bu, Macarıstanın balanslı və prinsipial mövqeyinin göstəricisidir.

Tofiq ABBASOV,
siyasi icmalçı

– Əgər ötən əsrin 80-ci illərinin sonları, 90-cı illərinin əvvəllərində Ermənistanın təcavüzkar siyasəti olmasaydı, bu gün bölgənin tamamilə fərqli mənzərəsini görərdik. İrəvan enerji layihələrində, inteqrasiya proseslərində özü oyunçu kimi çıxış edərdi. Cənubi Qafqazın bütün ölkələri böyük imkanlara sahib olardı. Amma biz nə görürük? Müharibələr infrastrukturu dağıdır. Xüsusilə, Ermənistan kimi vəhşi işğalçının ölkəmizə qarşı apardığı hərbi kampaniyaların nə ilə nəticələndiyini gördük. Azərbaycan kənardakı dəstəkçilərə deyil, öz gücünə arxalanaraq, ərazilərini işğaldan azad etdi. İndi isə o torpaqlarda bərpa-quruculuqla məşğuldur. Əgər Ermənistan militarist siyasətindən əl çəksə, büdcəmizdə əsaslı dəyişikliklər edərik. Təbii ki, təhlükəsizlik sisteminin təkmilləşdirilməsi, bu məqsədlə müasir silah-sursatın alınması ordunun döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılmasına xidmət edir. Bunlar isə böyük vəsait tələb edir.

Əminliklə deyə bilərik ki, məhz İrəvanın ucbatından Bakı öz üzərinə düşən təhlükəsizlik yükünü çəkməyə məcburdur. Sanki, bunu Ermənistanda başa düşmürlər. İstər rəsmi dairələrin, istər daşnak-revanşistlərin, istərsə də terror qruplaşmaların hamısı qan-qan deyir. Xarici borc içində çapalayan bu ölkə hələ də militarizmdən əl çəkmək istəmir. Bəli, bu, bizim milli mənafeyimizə toxunan məsələdir. Amma Azərbaycanın gücü və sözü, qalib statusu regionun qayğılarını öz üzərinə götürməyə sövq edir. Bakı bunu böyük məmnuniyyətlə həyata keçirir. Həm də xarici qüvvələrə bel bağlamadan. 44 günlük müharibə bitən kimi Prezident İlham Əliyev bölgədə kommunikasiyaların açılması, yolların bərpası ilə bağlı sərəncamlar imzaladı və İrəvanı bu inteqrasiya prosesində iştirak etməyə çağırdı. Anlamadılar, dəyərləndirmədilər. Bəli, sülh bizə baha başa gəlir. Fəqət, bu yükün altından qaçmaq niyyətimiz yoxdur.

İmran BƏDİRXANLI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 İyun 2025 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsaril Səudiyyə Ərəbistanının və İordaniyanın razılığını alıb Siyasi şərhçi

10 Sentyabr 2025 17:57see261

İsrailin növbəti hədəfi Türkiyədir? III Dünya müharibəsinin əlamətləri görünür

10 Sentyabr 2025 17:33see233

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see146

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see136

Netanyahu: HƏMAS liderlərinə zərbə Qəzzada müharibəyə son qoya bilər

09 Sentyabr 2025 21:07see127

Toral Bayramov: İslandiya ilə matçdan sonra çox pis vəziyyətdəydik

10 Sentyabr 2025 13:55see126

“Rus ordusu Dobropolye yaxınlığında mühasirəyə düşə bilər” Ukraynalı ekspert

09 Sentyabr 2025 15:57see122

Neft strategiyası Azərbaycanın dövlət gəlirlərinin artmasına imkan yaratdı ŞƏRH ETDİ

10 Sentyabr 2025 16:03see120

Bu qərarı mən yox, o verdi Tramp

10 Sentyabr 2025 01:04see120

Ukrayna gecə Polşaya Rusiya PUA larının uçuşu barədə məlumat verib

10 Sentyabr 2025 13:56see119

Kaya Kallas: Moskva Ukrayna ilə danışıqlar masasına oturmalı olacaq

09 Sentyabr 2025 15:13see119

Anasını WhatsApp mesajına görə bıçaqlayan kişi HƏBS EDİLDİ

09 Sentyabr 2025 09:04see119

Kosmosda başqa ulduzları yeyən ulduz peyda oldu

10 Sentyabr 2025 15:40see119

Hesablama Palatası: Dövlət təşkilatları eyni nöqsanları təkrarlayır

10 Sentyabr 2025 17:13see118

Nigar Fərhad ilk dəfə qızını GÖSTƏRDİ söz savaşı na çıxdılar VİDEO

10 Sentyabr 2025 16:01see117

Pentaqondan ABŞ ın Çinlə müharibəyə hazırlaşmasına REAKSİYA

11 Sentyabr 2025 00:29see117

Xronika: Böyük Ermənistan xülyası Hitlerlə ermənilərin gizli planı idi

11 Sentyabr 2025 01:12see116

Eminin yeni evindən Video

09 Sentyabr 2025 20:40see116

Toral Bayramov: Əlimizdən gələni yox, gəlməyəni edirdik

10 Sentyabr 2025 01:33see115

Polşa hava məkanına daxil olan Rusiya pilotsuz təyyarələrinə cavab verdi NATO

10 Sentyabr 2025 12:22see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri