Icma.az
close
up
RU
Uşaq qəlbi kövrək şüşədir

Uşaq qəlbi kövrək şüşədir

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Onu  ləkələnməkdən, sınmaqdan necə qoruyaq?

Uşağın şəxsiyyətinin formalaşmasında ailə mühitinin və valideyn tərbiyəsinin rolu əvəzsizdir. Hər bir valideyn övladını tərbiyəli və cəmiyyətə yararlı bir fərd kimi görmək istəyir. Lakin bu istəyin reallığa çevrilməsi üçün yalnız sevgi və qayğı kifayət etmir. Əsas məsələ tərbiyənin necə verilməsindədir. Çox vaxt valideynlər yaxşı niyyətlə başladığı tərbiyə üsullarının nəticələrinin illər sonra istədikləri kimi olmadığını görür və bunun peşmanlığını yaşayırlar. Xüsusilə də zorakı və aqressiv tərbiyə modelləri ilə böyüyən uşaqların psixoloji inkişafında ciddi pozuntular müşahidə olunur. Mövzu ilə bağlı həmsöhbətimiz psixoloq Vüsalə Əmiraslanovadır.

– Valideynlər övladlarını uğurlu, tərbiyəli, cəmiyyətə yararlı görmək istəyirlər. Amma bu istəyi həyata keçirmək üçün təkcə sevgi kifayət edirmi? Yoxsa başqa amillər də vacib rol oynayır?

– Uşaq dünyaya göz açdığı andan etibarən onun ilk tanış olduğu, ilk təhlükəsizlik və sevgi duyğularını hiss etdiyi mühit ailədir. Ailə uşağın həm emosional, həm sosial, həm də mənəvi inkişafı üçün baza funksiyasını daşıyır. Ailədəki münasibətlər, valideynlərin bir-biri ilə və övladları ilə olan ünsiyyət tərzi uşağın davranış modelini formalaşdırır. Əgər ailədə qarşılıqlı hörmət, anlayış, empatiya və sabitlik varsa, uşaq özünü güvənli hiss edir. Bu da onun xarici dünya ilə münasibətlərində açıq, empatik və sabit şəxsiyyət kimi formalaşmasına səbəb olur. Əksinə, ailədə münaqişə, laqeydlik və ya zorakılıq hökm sürürsə, bu, uşağın həm emosional, həm də psixoloji inkişafında ciddi travmalara yol açır. Ümumiyyətlə, uşağın şəxsiyyəti ilk 6-7 il ərzində formalaşır və bu dövrdə ailənin rolu xüsusilə ön plana çıxır. Valideyn davranışları bu prosesdə həlledici təsirə malikdir. 

– Deməli, ailə münasibətlərinin əsasında ər və arvadın bir-biri ilə olan münasibəti dayanır.

–  Onlar ailənin qoşa qanadları hesab olunur və aralarındakı münasibət uşaqların bu günü və gələcəyi üçün çox önəmlidir. Xüsusilə Azərbaycan ailə modelində bu münasibətlər xüsusi önəm daşıyır. Azərbaycan ailəsi kökə, nəslə və uşağa bağlılığı ilə seçilir və bu dəyərlər üzərində qurulan münasibətlər ailəni daha da möhkəmləndirir. Ər və arvad arasındakı münasibətin məzmununu qarşılıqlı hörmət və qayğı, səmimiyyət və mehribanlıq təşkil etməlidir. Uşaqların tərbiyəsində vahid mövqedə olmaq və bir-birinin nüfuzunu qorumaq ailədaxili münasibətlərin əsasını təşkil edir.

Pedaqoji və psixoloji tədqiqatlar göstərir ki, uşağın sağlam psixoloji inkişafa sahib olması üçün onun ana ilə olan ­emosional ünsiyyəti, xüsusən də ilk üç ildə son dərəcə əhəmiyyətlidir. Bu dövrlərdə uşağın əsas psixoloji ehtiyacları sevgi, məhəbbət, qayğı və digər ülvi hisslərdir. Eyni zamanda, uşağın idrak fəallığının inkişafı da müasir dövrün tələblərindəndir. Cəmiyyətdə artan informasiya bolluğu, sosial və iqtisadi dəyişikliklər uşaqların istedad və zehni qabiliyyətlərinin inkişafını zəruri edir.

Zehni və intellektual inkişaf yalnız irsiyyət və anadangəlmə qabiliyyətlərlə məhdudlaşmır. Bu səbəbdən də ailədə sağlam psixoloji mühitin və əlverişli şərait yaradılmalıdır. Məsuliyyət də ailənin üzərinə düşür. Bu baxımdan müasir dövrdə valideynlərin pedaqoji savadının və ümumi mədəniyyət səviyyəsinin yüksəldilməsi vacibdir. Xüsusilə anaların savadlı və məlumatlı olması uşaqların düzgün tərbiyəsi və ailədaxili münasibətlərin sağlam qurulması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Ailədaxili münasibətlər, yəni ər-arvad, valideyn-uşaq və uşaqlar arasındakı qarşılıqlı ünsiyyət uşağın şəxsiyyətinin formalaşmasına güclü təsir göstərir və onun gələcəkdə quracağı şəxslərarası münasibətlərin əsasını qoyur. Ailə tərbiyəsinin əsas prinsiplərindən biri uşaqlara hörmət və eyni zamanda tələbkarlıqdır. Uşaqların şəxsiyyət və ləyaqəti hər yaşda qorunmalı, onlara qarşı alçaldıcı davranış, fiziki və ya psixi zorakılıq, ələ salmaq, təhqir etmək, gülünc vəziyyətə salmaq, ya da başqalarından üzr istəməyə məcbur etmək yolverilməzdir.

Bütün deyilənləri ümumiləşdirərək demək olar ki, ailə yalnız bioloji varlığın davamı üçün yox, uşağın şəxsiyyətinin formalaşması üçün fundamental bir məktəbdir. Bu mühit uşağın gələcək həyatı üçün əsaslı təməl rolu oynayır və onun cəmiyyətə uyğun, sağlam, şəxsiyyətli bir fərd kimi yetişməsini təmin edir.

– Uşaqlarda aqressiv, passiv və ya qeyri-sabit davranışların formalaşmasının kökündə hansı valideyn yanaşmaları dayanır? Bu nə dərəcədə ailədaxili münasibətlərlə bağlıdır?

– Uşağın davranış repertuarı birbaşa valideynlərinin ona təqdim etdiyi münasibət modelindən formalaşır. Uşaqlar dünyanı valideynlərinin gözündən öyrənirlər. Əgər valideyn övladına qarşı aqressivdirsə, uşaq ya bunu öz davranışında təkrarlayır, ya da qorxu ilə susaraq passivliyə çəkilir. Məsələn, uşaq səhv etdikdə valideynin onu qorxutması – “səni uşaq evinə verərik”, “bu yeməyi yeməsən səni qara paltarlı kişi aparacaq” kimi ifadələr uşağın emosional vəziyyətini pozur. Bu cür ifadələr itirilmə qorxusu, ayrılıq narahatlığı, fobiyalar və natamamlıq kompleksi kimi psixoloji travmalar yaradır.

Digər tərəfdən, ailədə valideynlər arasında münaqişələr və ziddiyyətli tərbiyə modelləri də uşağı qeyri-sabit edir. Məsələn, bir valideyn “get”, digəri “getmə” deyir. Bu halda uşaq qərarsızlıq içində qalır və yetkinlik dövründə də qərar verməkdə çətinlik çəkən bir şəxsiyyətə çevrilə bilər.

Belə bir şəraitdə ailədə ardıcıllıq, sabitlik və koordinasiya vacibdir. Valideynlər öz aralarında razılaşmalı, tərbiyə mövzusunda vahid mövqe sərgiləməlidirlər. Unutmayaq ki, valideynlərin övladlarına qarşı istifadə etdiyi sözlər və davranışlar onların “daxili səsi”nə çevrilir. Valideynin “korsan, görmürsən?!” deyə qışqırdığı uşaq zamanla özünə bu cür yanaşır: “Mən bacarıqsızam, mən ağılsızam, mən səhvəm”. Halbuki, eyni hadisəyə daha anlayışlı və izahedici yanaşmaq mümkündür. Məsələn, “Balam, bunu bilərəkdən etmədin, amma indi biz bu stəkanı yenidən almalıyıq” deyə ifadə olunan münasibət həm empatiyanı, həm məsuliyyəti, həm də tərbiyəni ehtiva edir.

Məsələn, uşaq səhv etdikdə onu danlayıb cəzalandırmaq əvəzinə, ona nəyi niyə etməməli olduğunu izah etmək daha konstruktiv nəticələr verir. “Sən bunu bilərəkdən etmədin, amma bu stəkan sındı, indi birlikdə necə düzəldə bilərik?” kimi yanaşma həm məsuliyyət hissi oyadır, həm də uşağı alçaltmadan davranışına düzəliş verir. Tərbiyə, əslində, sevgidən doğan intizam və istiqamətləndirmədir.

Əks halda, uşaqda inamsızlıq, manipulyasiya meyilləri və sosial yöndə qeyri-adekvat reaksiyalar inkişaf edə bilər.

– Sovet dövründən qalan, cəza yönümlü tərbiyə modellərinin bu günə qədər davam etməsi uşağın şəxsiyyətinə necə təsir edir?

– Bu, çox aktual və ciddi bir problemdir. Sovet dövründə tərbiyə çox vaxt sərtlik, itaətkarlıq və cəza üzərində qurulmuşdu. Uşaqdan “sözə baxmaq” tələb olunurdu, fərdi hisslər və emosiyalar isə çox vaxt nəzərə alınmırdı. Təəssüf ki, bu yanaşma bu gün də bəzi ailələrdə davam edir. Uşağı “ağıllansın” deyə döymək, otağa salmaq, qorxutmaq, qışqırmaq və ya başqalarının yanında alçaltmaq onun şəxsiyyətini zədələyir, öz dəyərini şübhə altına salır. Bu uşaqlar zamanla ya daxilən depressiv, özgüvənsiz fərdlərə çevrilirlər, ya da həmin aqressiyanı gələcəkdə öz övladlarına və ya cəmiyyətə yönəldirlər.

Araşdırmalar göstərir ki, zorakılıqla tərbiyə olunan uşaqlar böyüdükdə ya zərər verən, ya da zərər görən tərəfə çevrilir. Valideynin “sən korsan?!” deyə qışqırdığı uşaq böyüyəndə öz-özünə “mən bacarıqsızam” deyir. Bu da onun həm akademik, həm sosial, həm də ailə həyatına mənfi təsir göstərir. Zorakılıqla tərbiyə verilən uşaq sevgi yox, qorxu ilə idarə olunur və qorxu əsasında formalaşmış davranışlar uzunmüddətli deyil. Beləliklə, cəza yönümlü tərbiyə modeli nə təkamülə, nə də emosional sabitliyə gətirib çıxarır. Əvəzində, travmalı və aqressiv bir cəmiyyət yaranır.

– Valideynlər arasında münaqişələr uşaqlara necə təsir edir? Bəziləri düşünür ki, uşaq duymur və ya anlamır... Bu doğrudurmu?

– Bu çox yayılmış, lakin yanlış bir yanaşmadır. Uşaqlar çox kiçik yaşlardan valideynlərinin münasibətini hiss edir və bu, onların daxili dünyasına birbaşa təsir edir. Hətta 6 aylıq körpələrdə belə valideynlər arasında gərginlik olduqda stres hormonu olan kortizolun səviyyəsinin artdığı sübut edilib. Bu isə onların beyin inkişafına, yuxusuna və emosional sabitliyinə mənfi təsir göstərir.

Əgər münaqişələr tez-tez baş verirsə, uşaqda narahatlıq, yuxusuzluq, davranış pozuntuları, depressiya və ya aqressiya müşahidə olunur. Uşaqlar bəzən bu münaqişələri özləri ilə əlaqələndirirlər – “mən yaxşı uşaq olsaydım, valideynlərim dalaşmazdı” düşüncəsi yaranır. Bu isə onların üzərinə daşıya bilməyəcəkləri emosional yük qoyur. Uşaq ailədə gördüyü münasibəti gələcəkdə öz həyatına daşıyır. Əgər evdə sevgi və anlayış yoxdursa, bu münasibət modelini normallaşdırır və gələcək ailəsində də eyni davranışları sərgiləyir. Yəni problem təkcə bu günə deyil, növbəti nəsillərə ötürülən bir zəncirvari travmaya çevrilir.

– Bəs sağlam tərbiyə modelinin əsas prinsipləri nə olmalıdır? Valideynlər nə etməlidirlər ki, övladları həm cəmiyyətə, həm də özlərinə faydalı fərd kimi yetişsin?

–  Sağlam tərbiyənin təməlində üç əsas prinsip dayanır: sevgi, anlayış və davamlı ünsiyyət. Valideyn, ilk növbədə, uşağı bir fərd kimi tanımalı, onun duyğularını, fikirlərini dinləməli, ona izah etməli və empatiya göstərməlidir. Uşağa qarşı həssaslıqla yanaşmaq, onun daxili dünyasını anlamağa çalışmaq tərbiyənin effektivliyini artırır.

Eyni zamanda, ailə daxilində sabitlik, emosional təhlükəsizlik və qarşılıqlı hörmət mühiti yaradılmalıdır. Uşaq evdə özünü rahat və güvənli hiss etdikdə, xarici dünyaya açılmaqdan, yeni bacarıqlar öyrənməkdən qorxmur. Valideynlər isə təkcə sözlə yox, davranışları ilə də nümunə olmalıdırlar, çünki uşaqlar valideynlərinin dediklərini deyil, görüb yaşadıqlarını təkrarlayırlar. Bunun üçün valideynlər arasında ahəngdar münasibət, münaqişələrin sivil həlli və birgə qərarvermə vacibdir. Bu mühit uşağın gələcəkdə necə bir insan olacağını, həm fərd kimi, həm də cəmiyyət üzvü kimi formalaşmasını müəyyən edir.

Valideyn olmaq asandır, amma valideynliyi daşımaq məsuliyyətdir. Bu məsuliyyət uşağa sevgi ilə yanaşmaq, onu dinləmək, düzgün istiqamətləndirmək və sərhədlər qoymaq arasında incə bir tarazlığı qorumağı tələb edir. Nəticədə isə sağlam tərbiyə həm uşağın, həm də cəmiyyətin rifahına xidmət edən güclü və mərhəmətli fərdlərin yetişməsini təmin edir.

Söhbəti hazırladı:
Ə.PÜNHAN
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Oktyabr 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see278

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see157

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see144

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see141

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see138

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri