Icma.az
close
up
RU
Uşaqların kövrək dünyası

Uşaqların kövrək dünyası

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyi 2017-ci ildən etibarən fəaliyyət göstərən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların sosial-psixoloji müdafiəsi ilə məşğul olan qeyri-hökumət təşkilatıdır.

Birliyin əsas məqsədi uşaqların rifahına, hüquqlarının təmin olunmasına, təhsil və tərbiyələrinin keyfiyyətli təşkilinə, həmçinin psixoloji və emosional baxımdan sağlam fərdlər kimi yetişmələrinə şərait yaratmaqdır. İctimai birlik 2025-ci ildə “Sənət və duyğu harmoniyasının təbliği” adlı layihəni həyata keçirir. Layihənin icrası iyulun sonunda bitir. “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin sədri, layihə rəhbəri Lamiyə İsazadə ilə görülən işlərlə bağlı söhbət etmişik.

– Lamiyə xanım, uşaqlarla işləmək çətindirmi? Onların daxili dünyasını duymaq, hər birinə yardımçı olmaq istəyi necə hissdir?

– Uşaqlar yalnız böyüməyə yox, hiss etməyə də möhtacdılar. Onların duyğularını ifadə etməyə imkanı olduqda, həyatla bağları daha güclü, gələcəyə ümidləri daha möhkəm olur. Məhz bu fəlsəfədən çıxış edərək, “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyi olaraq 2025-ci ilin may–iyul aylarında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sənət və duyğu harmoniyasının təbliği” adlı sosial layihənin icrasına başlayıb.

Layihənin məqsədi valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 8 uşağın psixoloji vəziyyətinin yaxşılaşdırılması, onların emosional tənzimlənməsi və özünüifadə bacarıqlarının inkişaf etdirilməsidir. Rəsm və incəsənət yönümlü art-terapiya vasitəsilə uşaqların daxili dünyasını ifadə etmələrinə şərait yaratmaq, sosiallaşma bacarıqlarının dəstəklənməsi və gələcəyə ümidli yanaşmalarını gücləndirmək də layihənin məqsədlərindəndir.

– Keçirilən art-terapiya seansları hansı mövzuları əhatə edir?

– Mövzuları bir məqsəd birləşdirsə də, işlənmə sahəsinə görə fərqli idi. Terapiyanı 9 seansla həyata keçirdik. Təsviri sənət haqqında uşaqlara ümumi məlumat verildi. Rənglərin uşaq psixikasına təsirindən söhbət açıldı. Boyama ilə art-terapiyanın təsirini izlədik. Uşaqların xarakterik xüsusiyyətlərinin rəsm analizini müəyyənləşdirdik. Və sair mövzularda zəruri işlər görüldü.

– Layihənin əhatə dairəsi və icra mexanizmi barədə danışardınız...

– Layihə Gəncə şəhərində yerləşən Sosial Xidmətlər Agentliyinin 4 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Tədbir maydan iyul ayınadək davam edib və 7–17 yaş arası 8 uşaq art-terapiya və rəsm dərslərinə cəlb olunub.

Layihənin icra edərkən, əvvəla, ixtisaslaşmış psixoloq və rəssam-pedaqoqun iştirakı ilə həftədə 3 dəfə seanslar keçirdik. Bundan başqa, rənglər vasitəsilə duyğuların ifadəsini (rəng terapiyası) göstərmək məqsədilə toplandıq. Eyni zamanda, qrup şəklində emosional paylaşım seansları həyata keçirdik.

– Uşaqlarda hansı yeni keyfiyyətlər aşkarladınız?

– Artıq layihə yekunlaşmaq üzrədir. Aparılmış psixoloji müşahidə və monitorinqlər göstərdi ki, uşaqlarda özgüvən hissi artmış, öz fikirlərini daha aydın ifadə etmək və əvvəlkindən daha fəal olmağa başlamışlar. Eyni zamanda qrupdaxili ünsiyyətlərdə çəkingənlik və izolyasiya halları azalmış, dostluq münasibətləri formalaşmışdır.

Seanslar zamanı qeyd olundu ki, valideynsiz böyüyən uşaqlar üçün emosional travmaların sağaldılması təkcə fərdi deyil, ictimai məsələdir. Bu cür layihələr bir tərəfdən uşaqların psixoloji sağlamlığına yönəlsə də, digər tərəfdən onların cəmiyyətə inteqrasiyası, ailə modelinə yaxınlaşması və həyat keyfiyyətinin yüksəldilməsi üçün davamlı əsaslar yaradır.

Art-terapiya kimi müasir və humanist yanaşmalar psixoloji müdafiənin sadəcə tibbi və məsləhət yönümlü deyil, həm də bədii və kreativ yollarla həyata keçirilə biləcəyini sübut edir.

– Əldə etdiyiniz nəticələr sizi qane edirmi?

– Bu layihəni icra edərkən bir daha əmin olduq ki, apardığımız seanslar uşaqların daxili dünyasını dinləmək üçün bir terapiya oldu. Layihədə rənglər və fırçalar vasitəsilə uşaqlara özlərini ifadə etmək, duyğularını paylaşmaq imkanı verildi. Bu proses həm terapevtik, həm də sosial baxımdan müalicəvi gücə malikdir.

Layihə çərçivəsində keçirilən seanslarda uşaqlar yalnız rəsm çəkmədilər, onlar özlərini kəşf etdilər, hisslərini tanıdılar və başqaları ilə paylaşmağı öyrəndilər. Hər bir çəkilən şəkil, əslində, bir məktub idi, cəmiyyətə, böyüklərə, gələcəyə ünvanlanan bir çağırış idi: “Məni görün, məni eşidin!”

Kimsəsiz və valideyn qayğısından məhrum uşaqlar çox zaman səs-soraqsız, amma içlərində zəngin bir duyğu palitrası ilə böyüyürlər. Onlara rəssam deyilir, amma onlar əslində hisslərini fırça ilə danışdıran qəhrəmanlardır. Onların çəkdiyi hər fiqur, hər rəng keçmişin izlərini və gələcək arzularını daşıyır. Bu layihə uşaqlar üçün sadəcə bir dərs deyil, bir az azadlıq, bir az şəfqət, bir az da şəfa idi.

Gələcəkdə bu balaca rəssamlar öz istedadlarını cəmiyyətə təqdim edəcək, bəlkə də yüzlərlə insanın hisslərinə toxunacaqlar. Eyni zamanda layihə, cəmiyyətə və aidiyyəti qurumlara bir mesaj verdi: uşaqları dinləmək üçün bəzən bir söz kifayət deyil, bəzən bir rəsm daha çox danışır.

“Sənət və duyğu harmoniyasının təbliği” layihəsi bir çağırış idi. Duyğularını sözlə deyil, rənglərlə izah edən uşaqların səsinə səs vermək çağırışı... Bu çağırış, cəmiyyətin diqqətini bu uşaqların iç dünyasına yönəltmək istəyən bir humanizm örnəyi oldu. ..

Müsahibəni hazırladı:
Zərifə HÜSEYNOVA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 İyul 2025 09:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see570

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see231

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see216

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see208

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see206

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see196

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see196

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see189

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see189

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see183

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see183

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see179

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see176

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see174

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see173

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see172

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see170

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see170

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see168

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri