Koxalski Neapolda dillər əzbəri oldu! “bu zərbə qol olsa, ilin ən yaxşı qolları sırasına düşəcəkdi”
Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.
“Napoli” – “Qarabağ” matçının 35-ci dəqiqəsində yaşanan həyəcanlı saniyələrə siz də şahidlik etdiz.
Xatırladaq ki, həmin epizodda sol cinahla irəliləyən Noa Lanq topu cərimə meydançasına göndərdi. Burda “kürə”ni qarşılayan David Neres isə “qayçı” zərbəsiylə fərqlənmək eşqinə düşdü. Amma “Qarabağ”ın qapıçısı Mateuş Koxalski möhtəşəm seyvlə təhlükəni sovuşdurdu.
“Fopotball-plus.az” xəbər verir ki, İtaliyanın “Sky Sport” nəşri həmin epizodu belə dəyərləndirib:
“Həmin an həm “Napoli” tərəfdarlarının, həm də Neresin boğazında qışqırıq düyünləndi. Heç şübhəsiz, bu zərbə qol olsa, ilin ən yaxşı qolları sırasına düşəcəkdi. Lakin Koxalski hər şeyi məhv etdi. Rəqibə möhtəşəm qarşılıq verən qapıçı açıq əllə etdiyi qurtarışla ustalığını sərgilədi”.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 26 Noyabr 2025 23:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















