Koxalski “Qarabağ”dan ayrılmasının səbəblərini açıqlayıb
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Qarabağ” futbol komandasının sabiq qapıçısı Mateuş Koxalski Azərbaycan çempionatı və Ağdam təmsilçisindən ayrılması barədə danışıb.
İdman.Biz xəbər verir ki, 26 yaşlı polşalı qolkiper Polşa mediasına müsahibəsində ölkəsinin çempionatını Azərbaycan Premyer Liqasından üstün hesab etdiyini bildirib.
“Azərbaycan liqası haqqında pis danışmaq istəmirəm, amma yenə də düşünürəm ki, Ekstraklasa daha güclüdür”, - deyə Koxalski qeyd edib.
Maraqlıdır ki, qapıçı oktyabrın bir gün əvvəl “Goal” nəşrinə müsahibəsində daha sərt mövqe nümayiş etdirərək Polşa çempionatında istisnasız hər şeyin Azərbaycandakından yaxşı olduğunu söyləyib.
Koxalski “Qarabağ”dan ayrılmasının əsas səbəblərindən birinin oyun praktikası ilə bağlı olduğunu da açıqlayıb. Onun sözlərinə görə, Ağdam təmsilçisinin Bosniya və Herseqovina millisinin qapıçısı Martin Zlomisliçi transfer etməsi əsas heyətdəki yerini təhlükə altına salıb.
Polşalı futbolçu “Qarabağ”ın onun üçün 2,5 milyon avro tələb etdiyini, daha sonra isə tərəflərin razılığa gəldiyini bildirib. Koxalski klubun ona yüksək məbləğli yeni müqavilə təklif etdiyini, lakin bu təklifi qəbul etmədiyini də vurğulayıb.
“Transfermarkt” portalında keçidin 500 min avroya baş tutduğu qeyd edilib.
Qapıçı Polşaya qayıtmasında ailəsinə yaxın olmaq istəyinin də mühüm rol oynadığını söyləyib. O, nişanlısının təhsili ilə əlaqədar Azərbaycana yalnız qısa müddətə gələ bildiyini qeyd edib.
Koxalski “Qarabağ”ın heyətində Çempionlar Liqasında qazandığı qələbələri isə karyerasının unudulmaz anları kimi qiymətləndirib.
Qeyd edək ki, 2024-cü ildə “Qarabağ”a qoşulan qapıçı 2026-cı ilin yayında Ağdam təmsilçisindən ayrılaraq Polşanın “Veçista” (Krakov) komandasına keçib.
Baxış sayı:102
Bu xəbər 16 Oktyabr 2026 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















