Icma.az
close
up
RU
Kral Trampın təklifini rədd etdi

Kral Trampın təklifini rədd etdi

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

İordaniya kralı II Abdullah ABŞ Prezidenti Donald Trampın Qəzzada yaşayan fələstinlilərin ölkəsinə yerləşdirilməsi təklifini açıq şəkildə rədd edib.

O, Trampın Qəzzanı boşaldıb ABŞ-nin nəzarətinə keçirmək planına qarşı çıxdığını bildirib. 

"Cebheinfo.az" "The New York Times"-a istinadən xəbər verir ki, Kral Abdullah fevralın 11-də Ağ Evdə baş tutan görüşdə “Fələstinlilərin Qəzza və İordan çayının qərb sahilindən çıxarılmasına qarşı İordaniyanın dəyişməz mövqeyini bir daha vurğuladım”, - deyə qeyd edib. 

“Söhbətimizin konstruktiv keçdiyini düşünürəm”, - deyən Kral görüşdən sonra sosial mediada paylaşım edib: 

“Bütün diqqət Qəzzanın bərpasına və orada yaşayan fələstinlilərin dəhşətli humanitar vəziyyətinin həllinə yönəlməlidir”. 

Onun bu açıqlaması Trampın “Biz Qəzzaya sahib olacağıq. Bu, müharibədən dağılmış bir ərazidir. Biz onu alacağıq, qoruyacağıq və qayğısına qalacağıq” sözlərinin yer aldığı bəyanatdan bir neçə saat sonra verilib. 

Görüş zamanı kral Abdullah Trampın təklifini birbaşa rədd etsə də, jurnalistlərə verdiyi açıqlamalarda daha diplomatik mövqe nümayiş etdirib. 

O, Trampı Yaxın Şərqdə sülh üçün mühüm bir şəxsiyyət kimi təqdim edərək, İordaniyanın xəstə fələstinli uşaqlara yardım etməyə hazır olduğunu bildirib. İordaniya kralı deyib:

“İki dövlətli həll əsasında ədalətli sülhə nail olmaq regionun sabitliyini təmin etməyin yeganə yoludur. Bunun üçün isə ABŞ-nin liderliyi tələb olunur”.

Görüş Trampın keçən həftə İsrailin Baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransında Qəzzanın ABŞ-nin nəzarətinə keçməli olduğunu bildirməsindən sonra baş tutub. Tramp İordaniya və Misirin Qəzzada yaşayan təxminən iki milyon fələstinlini qəbul etməli olduğunu bəyan edib. 

Hər iki ölkə bu ideyanı dərhal rədd edib. Misirin Xarici İşlər Nazirliyinin sözçüsü verdiyi açıqlamada ölkəsinin ABŞ ilə birlikdə “Fələstin məsələsinə ədalətli həll tapmaq üçün” çalışacağını, lakin fələstinlilərin öz torpaqlarında qalmalı olduğunu bir daha vurğulayıb. 

Səbinə Uğur 
"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Fevral 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see392

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see266

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see263

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see259

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see259

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see255

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see254

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see252

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see250

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see249

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see238

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see230

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see228

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see228

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see228

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see227

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see226

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see224

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see224
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri