Kral və qızı hərbi təyyarə idarə etdi Video
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
İspaniya Kralı VI Filip taxt-tacın varisi olan qızı, Asturiya şahzadəsi Leonorla birlikdə “Pilatus PC-21” təyyarələrində uçuş həyata keçirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İspaniya kral sarayının Mətbuat xidməti məlumat yayıb.
Şahzadə Leonorun 3 illik hərbi təhsilini başa vurması münasibətilə baş tutan uçuş zamanı təyyarələri monarx və qızı idarə edib.
“Asturiya şahzadəsi hərbi təhsilini başa vurduqdan sonra III Karl adına Madrid Universitetində “Politologiya” ixtisası üzrə təhsil alacaq”, - məlumatda deyilir.
Şahzadə Leonor daha əvvəl də analoji uçuşlar həyata keçirsə də, bu VI Filipin taxt-tacın varisi ilə ilk birgə uçuşudur.
Qeyd edək ki, daha əvvəl 20 yaşlı Leonor həmçinin paraşüt hazırlığı kursunu başa vurub, mayın əvvəlində isə şahzadə “F-5” qırıcısında ilk uçuşunu həyata keçirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 19 İyun 2026 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















