Türkiyənin “Eyüpspor” futbol komandasının prezidenti və 3 futbol hakimi həbs edilib
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
İstanbul Baş Prokurorluğu tərəfindən aparılan və ictimaiyyətdə “hakimlərin mərc saytlarına üzvlüyü” kimi tanınan istintaq çərçivəsində 18 nəfər saxlanılıb.
APA "TRT HABER"ə istinadən xəbər verir ki, ilkin araşdırmalardan sonra “Eyüpspor” klubunun prezidenti Murat Özkaya və 3 hakim barəsində həbs qərarı çıxarılıb.
Məlumata görə, saxlanılanlardan 6 nəfər məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb, digər 9 nəfər barəsində isə istintaq tədbirləri davam etdirilir.
İstintaq hakimlərin və idman dairələrindəki bəzi şəxslərin onlayn mərc platformalarına üzv olması və bu fəaliyyətlər vasitəsilə maliyyə qazancı əldə etməsi şübhələri əsasında başlanıb.
Türkiyə Futbol Federasiyası və Ədliyyə Nazirliyinin də proseslə bağlı koordinasiyalı şəkildə məlumatlandırıldığı bildirilib.
Baxış sayı:86
Bu xəbər 10 Noyabr 2025 19:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















