Icma.az
close
up
RU
Azər Həsrət: Dövlət rəmzlərinin görüntüsü paylaşılarkən düzgünlüyünə diqqət edilməlidir

Azər Həsrət: Dövlət rəmzlərinin görüntüsü paylaşılarkən düzgünlüyünə diqqət edilməlidir

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mədəniyyət Nazirliyinin Bayraq Günü ilə bağlı paylaşımı sosial şəbəkədə geniş müzakirələrə və tənqidlərə səbəb olub. Səbəb dövlət bayrağımızın dalğalanan formada fotosunda 8 guşəli ulduzun təhrif olunmuş şəkildə görüntüsüdür.  Vətəndaşlar dövlət atributunun bu formada təhrif olunmuş halda görüntülənməsini məqbul saymır və rəsmi qurumun belə bir paylaşım etməsinin düzgün olmadığını bildirirlər. Fərqli düşünənlər də var, onların fikrincə, bayraq dalğalanan haldadırsa rəmzlərin təhrif olunmuş görünməsi təbiidir, əslində isə hamı rəmzlərin necə olduğunu bilir. Mədəniyyət Nazirliyində də əlbəttə bunu bilməmiş deyillər, ulduz 5, yoxsa 8 guşəlidir.

Siyasi şərhçi Azər Həsrət "Sherg.az"a açıqlamasında qeyd etdi ki, bayraq dalğalanarkən təhrif olunmuş görüntü effekti yaranması təbiidir. Lakin:

- 9 noyabr xüsusi, özəl, xalqımızın, dövlətçiliyimizin tarixində önəmi, əhəmiyyəti böyük, əlamətdar bir gündür. Dövlət qurumları belə bir gündə təbrik paylaşımları yayır. Amma paylaşım edərkən diqqətli olmaq mütləqdir. Paylaşım edərkən onun görüntüsünə, hansı təsir bağışlayacağına diqqət edilməlidir. Dalğalanan zaman görüntünün dəyişməsi, rəmzlərin təhrif olunmuş görünməsi ola bilər. Amma dövlət qurumu, nazirlik buna diqqət etməli, dövlət rəmzinin tam, aydın, düzgün təsvir olunmuş variantda fotosunu paylaşmalıdır. Biz bilirik bayrağımızın rəmzləri nədir, necədir. Amma bir əcnəbi bunu yanlış anlaya, onda yanlış təsəvvür, yanlış informasiya formalaşa bilər. Ona görə də təkcə əlamətdar günlərdə deyil, ümumiyyətlə hər zaman dövlət rəmzlərinin görüntüsü paylaşılarkən düzgünlüyünə diqqət edilməlidir. Bu, vacibdir. Mən Mədəniyyət Nazirliyinə bu məsələdə tənqidi yanaşanları təqdir edirəm. Qeyd edək ki, sosial şəbəkədə tənqidlərdən sonra Mədəniyyət Nazirliyi bayram təbrikindəki görüntünü dəyişərək başqa foto ilə əvəzləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Noyabr 2025 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see482

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see205

Psixoloqlar aşağı zəkanın əlaməti sayılan 4 vərdişi açıqladı

09 Noyabr 2025 07:07see200

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see193

Zaman beyində işləyir…

09 Noyabr 2025 23:32see162

Ərəb ölkələri ABŞ ın bu planını rədd etdilər

09 Noyabr 2025 06:53see151

Noyabr bu bürclər üçün sakit və huzurlu keçəcək

08 Noyabr 2025 22:26see145

Şamaxı nın forvardı: Azərbaycan Premyer Liqası oynadığım ən çətin liqalardan biridir

09 Noyabr 2025 16:22see143

Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar

09 Noyabr 2025 00:17see141

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see140

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see132

Vətən müharibəsi mövzulu filmlər açıqlandı Siyahı

09 Noyabr 2025 01:02see132

“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” DEPUTAT

09 Noyabr 2025 05:35see132

Ermənistanı revanşizmə həvəsləndirən Makrondur RƏY

09 Noyabr 2025 05:54see131

Aygün Kazımovadan Zəfər Gününə özəl mahnı Mərd adam

08 Noyabr 2025 23:14see128

3I/ATLAS “Kosmik gəmisi” Günəşə yaxınlaşarkən qəribə reaktivlər yayıb...

09 Noyabr 2025 21:06see127

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see127

Zabitlərimiz paraddan öncə BELƏ sevindi VİDEO

09 Noyabr 2025 00:48see127

“Monqol əti”nin “halal” standartına uyğunluğu yoxlanılır? RƏSMİ AÇIQLAMA

09 Noyabr 2025 09:01see126

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri