Icma.az
close
up
RU
Kredit borcu evinizi əlinizdən ala bilər?

Kredit borcu evinizi əlinizdən ala bilər?

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son illərdə kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən şəxslərin əmlakını itirməsi ilə bağlı hallar daha çox müzakirə olunur. Bank və maliyyə institutlarının tələblərinin sərtləşməsi, həmçinin borclanma səviyyəsinin artması bu tendensiyanı gündəmə gətirir. Bəzi ekspertlər bu vəziyyəti iqtisadi təzyiqlərlə, digərləri isə maliyyə savadlılığının aşağı olması ilə izah edir. 
Mövzu ilə bağlı bank məsələləri üzrə mütəxəssis Nahid Rəfail Demokrat.az-a bildirib ki, son dövrlər kredit borclarının ödənilməsi ilə bağlı problemlər yaşayan insanların sayında müəyyən artım müşahidə oluna bilər:
"Bunun səbəbləri arasında ailə gəlirlərinin azalması, gözlənilməz xərclərin artması, iş yerinin dəyişməsi və ya iqtisadi vəziyyətin insanların büdcəsinə təsiri kimi amillər yer alır. Belə hallarda bəzi borcalanlar kredit ödənişlərini vaxtında həyata keçirməkdə çətinlik çəkirlər. Ancaq kredit borcuna görə əmlakın itirilməsi adətən uzun prosesin nəticəsi olur. Banklar üçün də girov əmlakın satışa çıxarılması ən arzuolunan variant deyil. Çünki bu proses həm vaxt aparır, həm də əlavə hüquqi prosedurlar tələb edir. Buna görə də banklar ilk növbədə müştəri ilə razılığa gəlməyə çalışırlar. Məsələn, aylıq ödəniş məbləğinin azaldılması, kredit müddətinin uzadılması və ya yeni ödəniş qrafikinin hazırlanması kimi variantlar təklif oluna bilər".
Ekspert deyib ki, əmlakın itirilməsi riski daha çox uzun müddət ödəniş etməyən və bankla əlaqə saxlamayan şəxslərdə yaranır:
"Bəzi insanlar maliyyə çətinliyi ilə üzləşdikdə problemi gizlətməyə və ya gecikdirməyə çalışırlar. Halbuki ən düzgün addım vəziyyəti vaxtında banka bildirmək və çıxış yolu axtarmaqdır.
Ümumiyyətlə, kredit götürərkən aylıq ödənişlərin ailə büdcəsinə uyğun hesablanması, ehtiyat vəsaitin formalaşdırılması və maliyyə öhdəliklərinin düzgün planlaşdırılması gələcəkdə belə risklərin qarşısını almağa kömək edir. Vaxtında atılan addımlar bir çox hallarda həm kredit tarixçəsinin qorunmasına, həm də əmlakın itirilməsi riskinin azalmasına imkan verir", - deyə o qeyd edib.
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 İyun 2026 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see184

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see181

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see176

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see174

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see172

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see172

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see171

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see168

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see165

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri