Icma.az
close
up
RU
Kredit borcunu vaxtından əvvəl bağlamaq mümkündürmü?

Kredit borcunu vaxtından əvvəl bağlamaq mümkündürmü?

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

Azərbaycanda kredit götürən vətəndaşların ən çox verdiyi suallardan biri budur: “Mən hər ay ödəniş edirəm, amma qalan məbləği birdən ödəyib borcu tam bağlaya bilərəmmi?”

Məsələn, bir müştərinin 250 manat borcu qalıb. Müqaviləyə əsasən o, hər ay 50 manat ödəməlidir. Amma vətəndaş artıq aylıqdan çox – məsələn, 90 manat ödəyir və sual edir: gələn ay 250 manatı birdən verib krediti bağlaya bilərmi?

AzPost xəbər verir ki, maliyyə mütəxəssislərinin sözlərinə görə, “İstehlak kreditləri haqqında” Qanun və Mülki Məcəllənin müvafiq maddələrinə əsasən, borcalan kreditini vaxtından əvvəl tam və ya qismən ödəmək hüququna malikdir. Bu zaman bank və ya kredit təşkilatı müştərinin müraciətini qəbul etməlidir.

Burada diqqət edilməli əsas məqamlar:

Müştəri vaxtından əvvəl ödəniş etmək istədikdə, bunu rəsmi qaydada banka bildirməlidir;

Kredit tam bağlanarsa, gələcək aylara hesablanan faizlər tutulmur;

Əgər kredit müqaviləsində vaxtından əvvəl ödəniş üçün əlavə cərimə və ya komissiya nəzərdə tutulmayıbsa, bank müştəridən əlavə ödəniş tələb edə bilməz;

Qismən ödəniş edilərsə, ya aylıq ödəniş məbləği azalır, ya da kreditin müddəti qısalır – bu seçim müqavilədə göstərilir.

Hüquqşünasların sözlərinə görə, hər bir müştəri müqaviləni diqqətlə oxumalı və vaxtından əvvəl ödənişlə bağlı şərtlərə baxmalıdır. Əgər müqavilədə bu barədə məhdudiyyət qoyulubsa, həmin şərt qanunsuz hesab edilə bilər, çünki qanun borcalana belə bir hüquq tanıyır.

Beləliklə, qalan məbləği bir dəfəyə ödəməklə krediti vaxtından əvvəl bağlamaq mümkündür. Sadəcə bankı əvvəlcədən məlumatlandırmaq və hesablamanı dəqiqləşdirmək kifayətdir.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:325
embedMənbə:https://azpost.info
archiveBu xəbər 01 Sentyabr 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri