Icma.az
close
up
RU
Kredit kartı borcunu şişirən səhvlər

Kredit kartı borcunu şişirən səhvlər

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kredit kartları bir çox insan üçün rahat maliyyə aləti sayılsa da, yanlış istifadə edildikdə borc yükünü daha da artırır. Faizlərin necə hesablandığını və ödəniş gecikmələrinin hansı nəticələr doğurduğunu bilməmək, sadə əməliyyatların belə ciddi maliyyə fəsadlarına yol açmasına səbəb olur. Məhz buna görə də, kart sahibləri hər əməliyyatın arxasındakı şərtləri və riskləri düzgün dəyərləndirməlidirlər.

Bəs kredit kartlarından istifadə zamanı ən çox edilən səhvlər nələrdir?

Ölkə.Az xəbər verir ki, maliyyə eksperti İsmayıl Məmmədov “Valyuta.az”a açıqlamasında bildirdi ki, ən çox rast gəlinən səhv odur ki, insanlar yalnız minimum ödənişi edirlər: “Məsələn, 1000 manat borcunuz var və bank sizdən 50 manat minimum ödəniş tələb edir. Siz 50 manatı ödəyirsiniz, amma qalan 950 manata gündəlik faiz yazılmağa davam edir. Bir ildən sonra həmin 1000 manat borc 1200–1300 manata qədər şişə bilər. İkinci böyük səhv – nağdlaşdırmadır. Misal üçün, kartdan 500 manat ATM-dən pul çıxardıqda dərhal 1–3% komissiya tutulur və güzəşt müddəti işləmir. Yəni həmin gündən faiz işləməyə başlayır. Əgər sadə bunu bilmirsə, bir ay sonra 500 manatın üzərinə 20–30 manat əlavə xərc gəlir”.

Bəs faizlər necə hesablanır?

“Azərbaycanda kredit kartlarında illik faizlər adətən 26–29% arası dəyişir. Amma bu faiz gündəlik bölünür. Güzəşt müddəti (30–45 gün) ərzində borcu tam bağlasanız, faiz sıfırdır. Amma 1 manat belə borc qalırsa, o faiz artıq işə düşür”.

Niyə adi istehlak kreditlərindən faiz daha yüksəkdir?

“Çünki bank kart limitini müştəriyə çox qısa müddətdə, girovsuz və zəmanətsiz təqdim edir. İstehlak kreditində bank müştərini daha dərindən yoxlayır, amma kart limitində risk daha böyükdür. Buna görə də bank faiz dərəcəsini yuxarı müəyyən edir – risklərin əvəzini çıxmaq üçün.

Sadə dillə desək – kredit kartı düzgün istifadə olunanda çox faydalıdır, çünki siz 45 gün faizsiz puldan istifadə edə bilirsiniz. Amma məsuliyyətsiz yanaşanda, misal üçün, hər ay yalnız minimum ödəniş etməklə davam etsəniz, bu, borcun illərlə bitməməsinə və əlavə maliyyə yükünə səbəb ola bilər”-deyə ekspert qeyd edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://olke.az
archiveBu xəbər 03 Oktyabr 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see324

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see292

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see292

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see282

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see281

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see273

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see272

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see269

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see264

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see257

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see242

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see240

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see232

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see225

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see223

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see223

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see221

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see208

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see207

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri