Icma.az
close
up
RU
“Kredit faizlərini yüksək saxlayan 2 səbəb var” Vəziyyətdən sui istifadə? KONKRET

“Kredit faizlərini yüksək saxlayan 2 səbəb var” Vəziyyətdən sui istifadə? KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Marjanın yüksək olması, həm də riskin yüksək olmasıdır. Marja o vaxt yüksək olur ki, risk yüksək olur. Riskin yüksək olması isə həm iqtisadiyyatla bağlıdır, həm də kredit götürən şəxslərin özlərinin spesifik riskləri yüksəkdir”.

KONKRET.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib.

Bildirək ki, Mərkəzi Bankın sədri Taleh Kazımov keçirdiyi sonuncu mətbuat konfransında bankların bir çoxunda marjaların çox yüksək olduğunu bildirib. Sədr vurğulayıb ki, banklar aşağı marja, böyük həcm şəraitində çalışmağa öyrəşməlidirlər.

T. Kazımovun tənqidini şərh edən X. Kərimli bildirib ki, marja həmçinin rəqabətin olmaması nəticəsində yüksək olur:

“Marja rəqabətin olmaması nəticəsində yüksək olur. Biz aldığımızı nə vaxt baha sata bilirik? O vaxt baha sata bilirik ki, bazar yaxşı işləmir və rəqabət pisdir. Belə olanda satıcı üstün mövqedə dayanır və istədiyi qiyməti qoya bilir. Hamı istəyər ki, məhsulunu daha baha qiymətə satsın. Amma bu texnoloji məhsul, innovasiya deyil, puldur. Bunun üçün rəqabət yaxşılaşmalıdır. Bank sektorunda bankların ucuz pula çıxışı yaxşılaşmalıdır. Burada bir məqam da var. Marjanın yüksək olması, həm də riskin yüksək olmasıdır. Marja o vaxt yüksək olur ki, risk yüksək olur. Riskin yüksək olması isə həm iqtisadiyyatla bağlıdır, həm də kredit götürən şəxslərin özlərinin spesifik riskləri yüksəkdir. Bu 2 səbəb marjanı yüksək saxlayır”.

İqtisadçı Rəşad Həsənov isə qeyd edib ki, bankların yüksək mənfəət norması tətbiq etməsi ənənəvi hal alıb:

“Ümumiyyətlə götürsək, Mərkəzi Bankın fikri ilə razıyam ki, Azərbaycanda banklar yüksək mənfəət norması tətbiq edirlər. Təəssüf ki, bu hal ənənəvidir və institutlaşıb. Amma eyni zamanda diqqət etmək lazımdır ki, mənfəət norması, faizlər, gəlir mühiti bazar konyukturunda formalaşır. Bu gün müvafiq mənfəət normasının tətbiq edilməsi üçün şərtlər uyğundur deyə, yuxarı marja ənənələşib. Əgər bank sektorunda rəqabət mühiti daha dərin şaxələnmiş olsa, eyni zamanda benifisiarların fərqli maraq qruplarında təmsilçiliyi daha geniş yayılsa, yuxarı mənfəət normasının tətbiq edilməsi elə də asan deyil.

Amma eyni zamanda burada təsir edici digər mühüm faktor alternativ maliyyə bazarlarının zəif inkişafıdır. Bank sektoru bu sahədə öz dominantlığını qoruduqca, daha yuxarı mənfəət norması tətbiq etmək imkanları qazanır. Paralel olaraq, bunu nəzərə almaq lazımdır ki, Azərbaycan iqtisadiyyatında mənfəət norması yüksəkdir. Burada manatın illik mənfəət norması təxminən 60-70 faiz arasında dəyişir. Bank sektoru da bu və ya digər şəkildə öz payını alır. Burada əsas təyinedici amillərdən biri də risk faktorudur. Xüsusilə, iqtisadiyyatın qeyri-formal hissəsinin geniş yayılması kredit müraciətlərinin kredit qaytarma qabiliyyətini dolğun hiss etdirməsi imkanlarını məhdudlaşdırır. Bu isə riskləri artırır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 Aprel 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see298

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see296

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see281

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see251

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see242

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see233

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see228

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see199

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see197

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see193

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see174

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see162

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see157

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see155

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see155

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see150

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see149

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see148

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see145

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri