BDU nun Tarix fakültəsində şəhidlərin xatirəsi anılıb: “Qəlbimizdə yaşayanlar”
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı. 23 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin təşkilatçılığı ilə “Qəlbimizdə yaşayanlar” adlı tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan bildirilib.
BDU-nun Tarix fakültəsinin dekanı İbrahim Zeynalov Vətən müharibəsi zamanı qazandığımız böyük Zəfərin sonsuz qürur hissi doğurduğunu bildirib. O, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ata vəsiyyətini yerinə yetirdiyini, şanlı Zəfərin qazanılmasında xalq-iqtidar birliyinin əvəzsiz rol oynadığını vurğulayıb. İbrahim Zeynalov diqqətə çatdırıb ki, BDU-nun 22 məzunu şəhidlik zirvəsinə ucalıb, onlardan üçü Tarix fakültəsinin yetirməsidir: “Şəhid məzunlarımızla hər zaman fəxr edəcəyik. Onların istər tələbəlik dövrü, istərsə də döyüş yolu gənclərimiz üçün örnəkdir”.
Tarix fakültəsinin tədris işləri üzrə dekan müavini Aytən Abbasova-Quliyeva, Asiya və Afrika ölkələri tarixi kafedrasının müəllimi Günel Əliyeva-Məmmədova və Azərbaycan maddi-mədəniyyət tarixi elmi-tədqiqat laboratoriyasının əməkdaşı Anar Cəfərov fakültənin şəhid məzunları Elşən Salayev, Hüseyn Quliyev və Yüksəl Əlizadə haqqında məlumat verib, onlarla bağlı xatirələrini bölüşüblər.
Tədbir tələbələrin hazırladığı bədii hissə ilə davam edib.
Baxış sayı:137
Bu xəbər 23 Oktyabr 2025 17:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















