Icma.az
close
up
RU
Kredit faizlərinin azaldılması ilə bağlı açıqlama

Kredit faizlərinin azaldılması ilə bağlı açıqlama

Icma.az bildirir, Metbuat portalına istinadən.

Mərkəzi Bankın maliyyə sektorunun Davamlı İnkişaf departamentinin direktoru Rüstəm Tahirov deyib ki, gələn ildən Azərbaycanda faizsiz kreditlər verilə bilər. Bəs bu nə qədər realdır? Ümumiyyətlə, faizlərin azalması hansı hallarda mümkündür?

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev Metbuat.az-a açıqlamasında bildirib ki, ölkəmizdə bank faizlərinin formalaşmasına bir sıra amillər təsir edir. Bunlar, əsasən, bankların cəlb etdikləri vəsaitlərin “qiyməti” ilə bağlıdır:

"Məsələn, banklar vəsaiti həm əhalinin depozit və əmanətləri hesabına, həm də Mərkəzi Bankdan, xarici sərmayəçilərdən və özlərinin buraxdıqları qiymətli kağızlar – səhmlər vasitəsilə cəlb edirlər. Bu vəsaitlər, xüsusən də depozit əmanətləri orta hesabla 8–10 faiz aralığında cəlb olunur. Nəticə etibarilə, bank əgər vəsaiti 8 faizlə cəlb edirsə, üzərinə öz qazancını - təxminən 3–4 faiz əlavə edərək, onu müştəriyə təxminən 11–12 faizlə təqdim edir. Çünki banklar bu cəlb etdikləri vəsaitlər hesabına kreditlər verir və həmin kreditlərdən gəlir əldə edirlər".

Ekspertin sözlərinə görə, kredit faizlərinin azalması üçün bir neçə səbəb olmalıdır:

"Əvvəla, bankların cəlb etdiyi vəsaitlərin “qiyməti”, yəni faiz dərəcəsi azalmalıdır. Məsələn, əgər bu vəsaitlər 8 faizlə deyil, 3–4 faizlə cəlb olunsa, bu zaman kredit faizlərinin də aşağı düşməsi mümkündür. Lakin bu, yalnız o halda baş verə bilər ki, ölkədə real inflyasiya səviyyəsi aşağı olsun, maliyyə bazarında sabitlik və əhalinin banklara etibarı yüksək səviyyədə qalsın. Hazırda əhalini banka vəsait yatırmağa cəlb etmək üçün məhz faizlərin yüksək olması zəruridir. Çünki insanlar ancaq bu halda evlərində saxladıqları pulları banklara yatırmağa maraqlı olurlar. Bu isə həm şəffaflığın artmasına, həm də maliyyə bazarında rəqabətin güclənməsinə səbəb olur".

R.Atakişiyev qeyd edib ki, faizsiz kreditlər adətən xarici ölkə təcrübəsində yalnız müəssisələr üçün mümkündür və əsasən investisiya şəklində tətbiq olunur:

"Yəni, böyük dövriyyəsi olan müəssisə bütün maliyyə əməliyyatlarını həmin bank vasitəsilə həyata keçirir və bank onun əməliyyat dövriyyəsindən elə bir qazanc əldə edir ki, faizsiz kredit verməkdə maraqlı olur. İslam maliyyə sistemində isə faizsiz vəsaitlərin verilməsi “ortaqlıq prinsipi” əsasında həyata keçirilir, yəni, verilən vəsaitin qarşılığında sonda mənfəət payı bölüşdürülür. Amma ümumilikdə, dünyanın heç bir yerində banklar cəlb etdikləri vəsaitləri sıfır faizlə müştərilərə təqdim etmir. Yəni, gəlir əldə etmədən, pulu tam faizsiz şəkildə verən bank yoxdur".

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:232
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 13 Oktyabr 2025 23:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see335

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see306

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see295

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see291

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see286

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see285

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see263

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see260

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see256

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see254

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see243

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see233

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see226

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see225

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see220

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see210

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see202

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see201

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see193

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri