Icma.az
close
up
RU
Kredit götürməzdən əvvəl özünüzə bu sualı verin Ekspert

Kredit götürməzdən əvvəl özünüzə bu sualı verin Ekspert

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kredit xidmətlərinə əlçatanlığın artması ilə bir çox insan gündəlik ehtiyaclarını və ya planlarını maliyyələşdirmək üçün bank və maliyyə təşkilatlarına müraciət edir. Lakin kredit götürülərkən edilən bəzi səhvlər sonradan ciddi maliyyə çətinliklərinə, borc yükünün artmasına və hətta hüquqi problemlərə səbəb ola bilir. Bəs vətəndaşların ən çox etdiyi səhvlər hansılardır?
Mövzu ilə bağlı iqtisadçı Asif İbrahimov Demokrat.az-a bildirib ki, təəssüf ki, bir çox insanlar kredit qərarını maliyyə hesablamaları əsasında deyil, emosional şəkildə qəbul edir və bunun nəticəsində sonradan ciddi maliyyə çətinlikləri ilə üzləşirlər:
"Ən çox rast gəlinən səhvlərdən biri gəlir səviyyəsinə uyğun olmayan məbləğdə kredit götürülməsidir. İnsanlar bəzən aylıq ödənişə baxaraq qərar verir, lakin ailə büdcəsinin ümumi yükünü, gözlənilməz xərcləri və gələcək riskləri nəzərə almırlar. Bu isə gecikmələrə və problemli borcların yaranmasına səbəb olur.
Digər geniş yayılmış yanlış yanaşma istehlak məqsədli kreditlərdən həddindən artıq istifadə edilməsidir. Xüsusilə son model və bahalı mobil telefonların, dəbdəbəli məişət texnikasının, bahalı mebellərin və digər istehlak mallarının kredit hesabına alınması maliyyə baxımından səmərəli qərar hesab edilə bilməz.
Təəssüf ki, bəzi vətəndaşlar aylıq gəlirlərinin böyük hissəsini dəyəri sürətlə ucuzlaşan məhsullara xərcləyirlər. Nəticədə kredit öhdəliyi qalır, lakin alınmış məhsul zaman keçdikcə həm dəyərini, həm də aktuallığını itirir".
Ekspert deyib ki, bəzi hallarda insanlar sosial şəbəkələrdə və ya ətraf mühitdə formalaşan istehlak təzyiqinin təsiri altında kredit götürürlər:
"Əslində ehtiyac olmadığı halda yalnız prestij və ya görüntü naminə bahalı telefon və digər məhsulların alınması ailə büdcəsi üçün əlavə risk yaradır. Kredit gəlir gətirən və ya insan kapitalını artıran sahələrə yönəldikdə daha faydalı ola bilər, lakin istehlak məqsədli borclanma uzunmüddətli maliyyə yükü yaradır.
Mövcud krediti ödəmək üçün yeni kredit götürülməsi, kredit müqavilələrinin tam oxunmaması, ehtiyat maliyyə fondunun yaradılmaması və bir neçə bankdan paralel şəkildə borclanma da vətəndaşların ən çox yol verdiyi səhvlər sırasındadır.
Hesab edirəm ki, kredit götürərkən əsas sual 'Bu krediti ala bilərəmmi?' deyil, 'Bu krediti rahat şəkildə qaytara biləcəyəmmi?' olmalıdır. Maliyyə intizamı və düzgün planlaşdırma olmadan götürülən kreditlər sonradan həm ailə büdcəsinə, həm də vətəndaşın maliyyə reputasiyasına mənfi təsir göstərir. Bu gün bir çox insan gələcək gəlirlərini cari istehlaka yönəldir.
Halbuki kreditlər daha çox gəlir yaradan fəaliyyətlərə, təhsilə, biznesə və ya uzunmüddətli dəyər formalaşdıran investisiyalara yönəldildikdə iqtisadi baxımdan daha səmərəli nəticələr verir",- deyə o qeyd edib.
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 İyun 2026 22:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see329

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see319

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see288

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see288

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see277

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see275

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see250

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see250

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see239

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see233

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see227

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see223

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see223

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see218

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see217

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see212

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see210

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see207

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see195

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri