Kredit müddəti hansı hallarda uzadıla bilər? VİDEO
Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Kreditini ödəməkdə çətinlik çəkən vətəndaşlar bir çox hallarda müddəti uzatmaq istəyirlər. Məsələn, 1 il müddətinə götürülən kredit 2 ilə uzadıldıqda aylıq ödəniş azalır.
Bəs bu nə qədər əlçatandır və hər kəsə şamil oluna bilərmi?
Xezerxeber.az-ın məlumatına görə, iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, bu kimi hallarda banklar borcalanın maliyyə vəziyyətini, ödəniş tarixçəsini və risk amillərini nəzərə alaraq qərar qəbul edirlər. Yəni bu imkan müəyyən şərtlərlə tətbiq olunur. Əgər, borcalan bank qarşısında öhdəliyini müəyyən edilən müddətdə yerinə yetirə bilmədiyini sübut etsə və bank buna razılıq versə, kreditin müddəti uzadıla bilər. Bu zaman tərəflər arasında əlavə razılaşma bağlanır. Bank razılıq verməsə, kredit müddətinin uzadılması mümkün deyil.
Ekspertlərin bildirdiyinə görə, banklar bu cür güzəşt və şərtlərə fərdi qaydada baxırlar. Hər müraciət ayrıca qiymətləndirilir. Bu imkan bütün müştərilərə aid edilməyə bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 05 Yanvar 2026 00:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















