Kreditə görə zamin duran şəxsin ölkədən çıxışına qadağa qoyula bilərmi? VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Böyük məbləğlərdə kredit götürərkən banklar zamin təmin tələb edir. Borcalan borcu ödəmədikdə isə zamin duran şəxs bank tərəfindən narahat edilir.
Zamindən hansı hallarda pul tutula bilər?
İndi də kredit müqavilələrinə zamin duran şəxslərin də borcalan kimi məsuliyyət daşıdığı, xüsusilə, onların ölkədən çıxışına qadağa qoyulması məsələsi gündəmə gəlib.
Bəs kredit müqaviləsinə zamin duran şəxsin ölkədən çıxışına qadağa qoyula bilərmi?
Avtosfer.az xəbər verir ki, iqtisadçı-ekspert Əkrəm Həsənov deyib ki, həm borcalan, həm də zamin yalnız məhkəmə qərarı olduqda borcu ödəməyə məcbur edilə bilər. Əgər zamin və ya borcalan borcu ödəmək imkanına malik olsa, lakin bilərəkdən bundan yayınsa, o halda onların ölkədən çıxışına qadağa qoyula bilər. Ekspert həmçinin onu da bildirib ki, yalnız üzrsüz səbəbdən borc ödənilmədikdə ölkədən çıxışa qadağa qoyula bilər. Əgər vətəndaşın pulu yoxdursa, bu üzrlü səbəb sayılır. Qeyd edək ki, kredit müqavilələrində zaminlə borcalanın öhdəlikləri eynidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 05 Oktyabr 2025 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















